{category-title}

 

 

Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə videokonfrans şəklində keçirilən müşavirədə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr müzakirə olundu. Dövlət başçısının proqram xarakterli nitqi göstərdi ki, qlobal koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan öz inkişafını inamla davam etdirir.Müşavirədə cənab Prezidentin və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin diqqətə çatdırdıqları statistika respublikamızın inkişaf prioritetlərinin uğurla reallaşmasından xəbər verir. Ən əhəmiyyətlisi isə odur ki, neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadi inkişafı istiqamətində hər hansı kəskin fəsad doğurmur. Bunun bariz təsdiqi cari ilin 3 ayında qeyri-neft sektorunun 3 faizdən artıq, qeyri-neft sənayesinin isə 23 faiz artımıdır. Bu da Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində başlatdığı islahatların uğurlu nəticə verməsinin bariz təsdiqidir. Beləliklə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır”.

Məmnunluqla qeyd olunmalıdır ki, birinci rübün göstəricilərinə görə, ölkə iqtisadiyyatının əldə etdiyi nəticələr bütövlükdə müsbətdir. Təbiidir ki, bu dövrdə iqtisadi nailiyyətlərimiz daha da yüksək ola bilərdi. Amma qeyd etdiyim kimi koronavirus infeksiyasının yayılması bütün dünyada iqtisadiyyata təsirsiz ötüşməyib. Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatına bağlı olduğundan xüsusən mart ayında müəyyən təsirlər hiss olundu. Lakin bu məsələ ilk gündən Prezident İlham Əliyevin diqqətindədir. Məlum olduğu kimi, mart ayından başlayaraq koronavirusla mübarizə çərçivəsində kompleks qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Vətəndaşların virusa yoluxmalarının qarşısını almaq üçün karantin rejimi tətbiq olunub, hərəkətə məhdudiyyətlər qoyulub.İqtisadiyyata gəldikdə, pandemiyanın bu sahəyə, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.

Yaranmış vəziyyətin vətəndaşların sosial rifahına təsir etməməsi də diqqət mərkəzindədir. İşsiz vətəndaşlara sosial müavinətlərin verilməsi də cənab Prezidentin yüksək diqqət və qayğısının göstəricisidir. Artıq bir neçə gündür ki, bu vəsaitin ödənilməsinə başlanılıb. Ümumilikdə, koronavirus pandemiyası ilə əlaqədar olaraq respublikamızda məşğulluqla bağlı problemlərin həllinə, o cümlədən iqtisadi sabitliyin təmin edilməsinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2,5 milyard manat nəzərdə tutulur.

Azərbaycan vətəndaşları ilk gündən koronavirusla mübarizə və bu qlobal problemin sosial-iqtisadi həyatımıza təsirlərinin aradan qaldırılması üçün Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin və vətəndaş qayğıkeşliyinin şahidi olmaqdadır. Vəziyyətin ciddi nəzarət altında olması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birillik əməkhaqlarını bu fonda ianə etmələri, pandemiyanın ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün maliyyə vəsaitinin ayrılması və həssas təbəqənin də maddi təminatı ilə bağlı göstərişlərin verilməsi, qısa müddət ərzində yerli tibbi maska istehsalına başlanılması müdrik rəhbərliyin və uğurlu siyasətin ayrı-ayrı göstəriciləridir. Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışı, Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı həmvətənlərimizə müraciəti, sosial şəbəkə hesabından etdiyi paylaşımlar bir daha bunu əks etdirir ki, ən gözəl xüsusiyyətlərlə sabaha, xoş ümidlərlə rifaha doğru addımlayırıq.Həyata keçirilən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət həm insanlarımızın sağlamlığını qorumağa, həm də iqtisadiyyatımıza olan mənfi təsirlərin sürətlə aradan qaldırılmasına imkan verəcək.

Bu günlərdə həm də xalq-iqtidar birliyinin sarsılmaz olduğu bir daha öz təsdiqini tapdı. Belə ki, koranavirusla mübarizə tədbirləri Azərbaycan ictimaiyyətinin öz Prezidenti ətrafında sıx birləşməsini növbəti dəfə nümayiş etdirdi. Xalqımız bir daha göstərdi ki, özünü müxalifət adlandıran, əslində isə dövlətimizə qarşı düşmənçilik mövqeyində dayanan, antiazərbaycançı dairələrin dəyirmanına su tökən qruplara aramızda yer yoxdur və heç vaxt da olmayacaq.

Mirdamət Sadıqov

Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru

Son xəbərlər

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Bütün xəbərlər