{category-title}

DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi

 

Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan olunmasıdır. Bu qaydanı pozan şəxslər barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə protokolları tərtib edilir. Əksər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.

Bakıda keçirilən reydlərin birində də vətəndaşın "yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə də yazılan rəylərdən görünür ki, bu fikirdə olanlar az deyil. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

"Deyilənlər tamam yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Karantin rejimi qaydalarını pozan şəxsə barəsində tərtib edilən protokoldan qanunamüvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində isə sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.

Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, dərhal cəriməni ödəsinlər. Cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq və cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq. Cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq. Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidirlər ki, cəriməni mütləq şəkildə vaxtında ödəməlidirlər. Əks təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir".

Son xəbərlər

Ukraynanın XİN başçısı: Əsas məqsəd müharibəni bu il başa çatdırmaqdır

Elm və təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir - Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb

Üç rayon xəstəxanasına yeni direktorlar təyin edilib

Türkiyə parlamentinin PKK-nın tərk-silahı üzrə komissiyası avqustun 5-də işə başlayacaq

Prezident nekroloq imzaladı

Türkiyədə dəhşətli mədən qəzası - Fəhlələr dağıntı altında qalıb

Sabahın hava proqnozu açıqlanıb

Pezeşkian sabah Pakistana səfər edəcək

Xalq artisti Arif Babayev vəfat edib

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Çoxuşaqlı analarla bağlı AÇIQLAMA

İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir

Məhəmməd Fadila: "Suriyanın elektrik stansiyaları Azərbaycan qazını qəbul etməyə hazırdır"

Zəngəzurda yolayrıcında qalan İran – hakimiyyətdaxili ziddiyyətlərin təzahürü - ŞƏRH

Avqustun 6-dan MİQ üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi başlayır

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Bütün xəbərlər