{category-title}

Yuri Lesniçi: “Ölkənizdə adambaşına düşən ÜDM yüksəkdir” – MÜSAHİBƏ

 

Bu həftə telekonfrans yolu ilə OPEK+ toplantısı keçiriləcək. Konfrans iştirakçıları, ehtimal ki, neft hasilatının azaldılmasına razılıq verəcəklər, bu isə “qara qızıl”ın qiymətinin sabitləşməsinə kömək edəcək. “Reuters” agentliyinin mənbələri müzakirələrin cümə axşamı, aprelin doqquzunda keçiriləcəyini söyləyirlər. Ancaq OPEK+ yalnız ABŞ-ın da güzəştə gedəcəyi təqdirdə neft hasilatını azaltmağa razılıq verəcək. ABŞ Prezidenti Donald Tramp isə, öz növbəsində, OPEK+ bu cür qərar verərsə, ölkəsinin neft hasilatını azaldacağını istisna etməyib.

İstənilən halda, neft hasil edən ölkələr arasında müsbət əhval-ruhiyyə müşahidə olunur. Təsadüfi deyil ki, dünyanın ən böyük neft şirkəti sayılan “Saudi Aramco” may fyuçerslərinin dərcini aprelin 10-dək təxirə salıb. Bundan əlavə, G20 ölkələrinin energetika nazirlərinin, “Bloomberg” mənbələrinin bildirdiyinə görə, aprelin 10-na planlaşdırılan təcili iclasının keçirələcəyi ilə bağlı xəbərlərdən sonra neft qiymətləri artdı. Bu görüş OPEK+ iclası yenidən təxirə salınacağı halda ona alternativ rolunu oynayacaq.

Qeyd etmək lazımdır ki, neftin qiymətlərinin aşağı düşməsi artıq Amerikanın şist nefti hasil edən şirkətlərinin onlarla, yüzlərlə qazma qurğusunun fəaliyyətinin azalmasına gətirib çıxarıb. Bu barədə “Baker Hughes” servis şirkəti məlumat verib.

Ukrayna Təhlil və Proqnozlaşdırma İnstitutunun direktoru Yuri Lesniçi Media.Az-a verdiyi müsahibədə qeyd edib ki, OPEK+ həqiqətən neftin barelinin qiymətinə təsir edə biləcək hasilatın azaldılması ilə bağlı razılaşmalar əldə edə bilər.

- Aprelin doqquzunda “OPEK+”un “virtual sammit”i keçirilə bilər. Ekspertlər neftin qiymətinin aşağı düşməsini yalnız koronavirus pandemiyası ilə deyil, həmçinin iştirakçı ölkələrin bir neçə həftə əvvəl razılığa gələ bilməməsi səbəbindən pozulan OPEK+ sazişi ilə əlaqələndirirlər...

- Vəziyyəti belə başa düşürəm: yaxınlaşan böhran fonunda OPEK+ ölkələrindən biri neft hasilatını azaltmağı davam etdirməyi təklif edib. Lakin növbəti azalma razılaşmada iştirak edən digər ölkələri qane etməyib. Rusiyada anladılar ki, hasilat səviyyəsinin azaldılması qiymətlərin qorunub saxlanılmasına kömək edəcək. Lakin bu, ABŞ-da şist nefti istehsal edən rəqiblər üçün əlverişli olacaq. Nəticədə, OPEK+ sazişi pozuldu. Moskvada deyirlər ki, səudiyyəlilər sazişdən çıxdılar, Ər-Riyadda isə tam əksini iddia edirlər.

Düşünürəm ki, indi sövdələşmə gedir. Həmçinin digərlərinin hasilatı azaltdığı halda bəzi ölkələrin hasilatı əvvəlki səviyyədə saxlaması və hətta artırması faktına da diqqət yetirmək lazımdır. İndi Rusiya hasilatı azaltmağa hazırdır, çünki Amerikadakı rəqiblərə artıq müəyyən ziyan vurulub, baxmayaraq ki, bu, ani hal ola bilər. Ümumiyyətlə, hesab edirəm ki, artıq bu həftə OPEK+ sazişini bərpa etmək tamamilə mümkündür.

- Bəs bu “neft müharibəsi”ndə kim qalib gəldi?

- Ukraynada bir məsəl var: “Poki tovstiy sxudne, xudiy zdoxne”, yəni “gombul arıqlayana qədər arıq ölər”. Mənə belə gəlir ki, heç kim Amerika ilə, hətta səudiyyəlilərlə belə rəqabət apara bilməz. Odur ki, Rusiya indi ümumi qaydalara uyğun oynayacaq. Bunun kəşfiyyat döyüşü olması da mümkündür.

- “Moody's” reytinq agentliyi bir neçə ölkənin neft qiymətlərinin düşməsi ilə bağlı şoklardan daha az zərər görəcəyini bildirib. Onların arasında Azərbaycan, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Qazaxıstan da var. Venesuela və İran siyahıda göstərilməyib.

- Venesuela və İran ciddi sanksiyalar altındadır. Neft qiymətləri isə faktiki olaraq həyatın dəyəridir. Rusiya “qara qızıl” baha olanda “piy qatı”nı artırdı. Bundan əlavə, hərbi-sənaye kompleksi, yəni silah və texnologiyaların ticarəti, həmçinin nüvə sənayesi mövcuddur.

Azərbaycana gəlincə, təəccüblənmirəm. Ölkənizdə adambaşına düşən ÜDM yüksəkdir. Təbii ki, çətinliklər var. Lakin Azərbaycanın topladığı ehtiyatları nəzərə alsaq, “Moody's”in qiymətləndirməsi tamamilə ədalətlidir.

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər