{category-title}

Amerikanın ən cazibədar qadını – Şah nəvəsi azərbaycanlı Sara

 

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı yeni rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs ABŞ-da yaşayır, dünya kinosunun və gözəllik podiumlarının ən məşhur simalarından biridir. Sara Şahidən danışırıq.

Sara Şahi Azərbaycan əsilli amerikalı aktrisa və modeldir.

Sara Şahi 1980-ci ildə ABŞ-ın Texas ştatının Oles şəhərində doğulub. Atası Abbas Şahi Azərbaycan əsilli, anası Maxmonir isə ispandır. O, Qacarlar sülaləsinin ikinci şahı Fətəli şahın törəməsidir. Azərbaycan türkü olan ulu babası Fətəli şah 1797-1834-cü illərdə Qacarlar dövlətini idarə edib. O, Qacarlar sülaləsinin əsasını qoyan Ağa Məhəmməd Şah Qacarın xələfidir.

Sara Şahinin əsl adı Ahudur. Tirinti Liseyində təhsil alan Sara Şahi Dallas Universitetinin məzunudur. O, burada ingilis dilini və operanı öyrənir. İngilis dili ilə yanaşı, ispan dilini də bilir. Özünü gitara və fortepianoda peşəkar musiqiçi kimi göstərən Sara Şahi, eyni zamanda, karate üzrə qəhvəyi kəmər ustasıdır.

Sara gənclik illərində karyerasına Amerikanın gözəllik kraliçası kimi başlayıb. Hələ 17 yaşında Miss Fort-Uort gözəllik müsabiqəsinin qalibi olub. 1999-cu ildə “Dallas Kovboyları” idman klubuna üzv seçilir, 2000-ci il Amerika təqviminin üz qabığında çimərlik geyimində görünür.

“Doktor T və onun qadınları” filminin çəkilişlərində, ona Hollivuda köçməyi təklif edən rejissor Robert Oltmenlə tanış olur və burada məşhur seriallarda görünməyə başlayır. “Casus” filmində Cenni, “Dosuonun buxtası”nda isə Sed Şou obrazlarına həyat verir. Şahi, həmin dövrdə “Fövqəl” paranormal dramında da rol alır.

Sara tamaşaçıların yaddaşında ən çox “Yad şəhərdə seks” serialında oynadığı Karmen de la Pika Morales rolu ilə yadda qalır. Şahi serialla müqaviləni uzatmadığı üçün canlandırdığı obraz ekran əsərindən çıxarılır.

“Düşməni tanı” serialında Farra rolunu oynayan Şahi “Soprano klanı” serialına çəkilir, “Kennedi və Heydi” serialında Sonya Araqonda obrazını canlandırır.

2007-2009-cu illərdə NBC ekranlarında nümayiş olunan “Həyat hökmdür” serialında Deni Ritz obrazına həyat verir, tərəf müqabili isə məşhur ingilis aktyor Damiyen Lyuis idi. 2011-ci ildə “Keytin vasitəçisi”, 2012-ci ildə isə CBS telekanlının “Nəzər nöqtəsi” seriallarında rol alır.

Kino karyerası 2000-ci ildə başlayan Sara Şahi onlarla ekran əsərində çox sayda obrazlara can verib.

Sara Şahi 2009-cu ildən bəri toylarından 6 il əvvəl tanış olduğu məşhur amerikalı aktyor Stiv Xoui ilə evlidir. Üç övladları var: oğlu Uilyam Vulf (2008) və əkizləri - qız Violet Mun və oğlu Knoks Blu (2015). Hamiləlik dövründə “Həyat bir hökm kimi” serialında gündə bir neçə saat çəkilişlərdə iştirak edir, lakin bütün səhnələrdə hamiləliyini gizlətmək üçün üst plana çəkilir.

“Maxim” jurnalının “2005-ci ilin ən seksual üzü” siyahısında 90-cı yeri tutur. 2006-cı ildə eyni siyahıda 66-cı yerə yüksəlir. 2007-ci ildə AfterEllen.com saytında artıq 5-ci pillədə idi.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər