{category-title}

İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ

 

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bir sıra müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı münasibəti ilə təbrik edib.
 
BakuPost xəbər verir ki, Prezidentin təbrikini partiya sədrlərinə və digər simalara Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. O deyib ki, Prezidentin tapşırığı ilə şəxsən onun adından partiya sədrlərinə, ictimai xadimlərə və onların ailələrinə xüsusi təbrikini çatdırır.
Azərbaycanın müstəqil tarixində ilk dəfədir ki, bələ hadisə baş verir. Prezidentin bu jesti maraqla qarşılanıb. əksər partiyalar bununla bağlı öz minnətdarlığını çatdırıblar. Məsələn, Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa özünün feysbuk səhifəsində ölkə başçısının bu təbrikini yüksək qiymətləndirdiyini, bu alicənablığa görə ona təşəkkür etdiyini yazıb:
"Bu təbriki Böyük Quruluş Partiyasının başqanı kimi Şəxsimə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev telefonla zəng edərək çatdırıb. Mən də Böyük Quruluş Partiyasının üzvləri adından cənab Prezidentin Novruz bayramını təbrik edərək, ona can sağlığığı diləyimizi çatdırdım, ölkəmizin üzləşdiyi bu çətin şəraitdə atdığı bütün zəruri addımları dəstəklədiyimizi bildirdim. Bu həqiqətən də Azərbaycanda yeni bir münasibətlər sisteminin başlanması deməkdir. Çünki ölkəmizdə hər bir müsbət irəliləyiş siyasi qüvvələr arasında sağlam münasibətlərin yaranması ilə mümkündür. Bu alicənab addımına görə cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm”.

Son xəbərlər

Ramazan ayının təqvimi açıqlanıb - CƏDVƏL

Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək

Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb

Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb

DYP: Yük avtomobillərinin iştirakı ilə baş verən avto qəzaların artması ciddi narahatlıq doğurur

Bu gün Biləsuvar, Lənkəran və Lerikin bəzi ərazilərində işıq olmayacaq

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Kiyevdə partlayış törətməkdə ittiham olunan 2 nəfər saxlanılıb

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Türkiyədə mədəndə uçqun baş verib

Azərbaycan 2025-ci ildə Suriyaya 120 mln. dollarlıq qaz ixrac edilib

Əraqçi və Qrossi texniki müzakirələr aparıb

Sabah Ruben Vardanyana hökm oxunacaq

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrindəki müəllimlərin imtahan qaydası dəyişir

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

Rubio: Tramp Xamenei ilə görüşməyə hazırdır

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanda 19 min nəfərə yeni silahlardan istifadə qaydaları öyrədilib

Müdafiə Nazirliyi: Azad olunan ərazilərdə 571 km-dən artıq yol bərpa edilib

Prezident İlham Əliyev Münxendə bolqarıstanlı həmkarı ilə görüşüb

Rəsmi Ankara: İran-ABŞ danışıqlarının Omanda keçirilməsi Türkiyəni narahat etmir

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vəsaitlərin yerləşdirilməsi üzrə banklar arasında müsabiqə elan edib

Əli Əsədov qısamüddətli məzuniyyətə çıxıb

Emin Hüseynovun qadın paltarında "səfirlik macərası" - Nə olmuşdu? - FOTO

Bütün xəbərlər