{category-title}

Media prinsiplərini ayaqlar altına alanlar: Rövşən Camalxanov ətrafında qurulan uydurmalar və reallıqlar

 

Müasir medianın əsas missiyası cəmiyyəti obyektiv, dəqiq və tərəfsiz məlumatlarla təmin etmək, ictimai rəyi formalaşdırarkən həqiqətdən kənara çıxmamaqdır. Lakin təəssüf ki, bəzi hallarda informasiya məkanında peşəkar jurnalistika prinsipləri unudulur, KİV adı altında fəaliyyət göstərən bəzi subyektlər şəxsi maraqların və ya müəyyən qruplaşmaların təsir dairəsinə düşərək qarayaxma kampaniyalarının alətinə çevrilirlər. Son dövrlər 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rövşən Camalxanovun adına qarşı yönəldilmiş, heç bir fakta və obyektivliyə əsaslanmayan birtərəfli yazılar da məhz bu qəbildən olan sifarişli məhsullardır. Məsələnin mahiyyətini araşdırdıqda, dərc olunan məqalələrin arxasında duran gizli məqamlar və onların hansı çirkin maraqlara xidmət etməsi açıq-aydın üzə çıxır.

Bəzi media qurumlarında müəyyən vəzifə sahibləri barəsində reallığı əks etdirməyən, qərəzli və xoşagəlməz məqalələrin dərc olunması artıq ənənə halını alıb. Lakin bu cür materialların dərin təhlili göstərir ki, onların arxasında heç bir ictimai maraq dayanmır; əksinə, bunlar əvvəlcədən ssenariləşdirilmiş, müəyyən maliyyə və ya qrup maraqları müqabilində həyata keçirilən sifarişli kampaniyalardır.

9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rövşən Camalxanovla bağlı yazılan məqalələr də məhz bu ssenarinin tərkib hissəsidir. Bu cür materialları tirajlayan KİV nümayəndələri öz peşə borclarını unudaraq, hansısa maraqlı qruplaşmaların əlində "muzdlu alət"ə çevrilirlər. Onlar unudurlar ki, jurnalistika cəmiyyətin güzgüsüdür və bu güzgünü qərəzli şəkildə bulandırmaq həm də oxucuya qarşı hörmətsizlikdir. Həmin şəxslərə sadəcə bir məsləhət vermək olar: qərəz eynəyini çıxarıb ətrafa açıq və obyektiv gözlə baxsınlar, ağ ilə qaranı, şər ilə xeyiri ayırmağı öyrənsinlər. Əks halda, başqalarının sifarişi ilə atılan hər bir əsassız addım gec-tez elə həmin "qələm sahibləri"nin öz imicinə vurulan silinməz ləkəyə çevrilir.

Hər bir insanın keçdiyi həyat yolu, cəmiyyətdəki mövqeyi və gördüyü işlər onun əsl simasını müəyyən edən amillərdəndir. Rövşən Camalxanovun həyat yolu və əmək fəaliyyəti hər zaman dürüstlük, peşəkarlıq və dövlətə sədaqət prinsipləri ilə seçilib. Ona qarşı yönələn haqsız və əsassız hücumlar cəmiyyətdə, eləcə də onu yaxından tanıyanlar arasında yalnız ikrah və təəssüf hissçi doğurur.

Müasir dövrdə bəzi vəzifə sahibləri haqqında deyilənlərlə Rövşən Camalxanovun həyat tərzi arasında böyük bir uçurum var. O, heç vaxt var-dövlət hərisliyi ilə yaşayan, oliqarx təfəkkürlü məmur olmayıb. Əksinə, hər zaman sadə həyat tərzi keçirən, xalqına və dövlətinə ləyaqətlə xidmət etməyi üstün tutan şəxsiyyətdir. Əldə olunan məlumatlar da təsdiq edir ki, o, heç vaxt hansısa vəzifə kürsüsü uğrunda mübarizə aparmayıb, səriştəsi, işgüzarlığı və dürüstlüyü nəzərə alınaraq rəhbərlik tərəfindən bu məsuliyyətli vəzifəyə irəli çəkilib. Rəhbərliyin ona bəslədiyi etimad da məhz onun gördüyü işlərin və təmiz adının bariz nümunəsidir.

Hər hansı bir şəxsin nüfuzuna kölgə salmaq üçün şər-böhtandan istifadə etmək, sübuta əsaslanmayan şantaj xarakterli məlumatlar yaymaq heç vaxt jurnalistika ola bilməz. Bu, açıq-aşkar şərəfsizlik və qeyri-etik davranışdır. Təəssüf ki, bəzi saytlar məhz bu yolla başqa vəzifə sahiblərinin sifarişlərini yerinə yetirir, onların maraqlarını qorumaq üçün hədəf seçilmiş şəxslərə qarşı qarayaxma kampaniyası aparırlar.

Lakin sifarişlə hərəkət edən həmin saytlar və onların arxasındakı qüvvələr bir həqiqəti dərk etməlidirlər: yalan ayaq tutar, lakin yeriməz. Heç bir fakta əsaslanmayan, sırf qərəz və sifariş üzərində qurulan kampaniyalarla uzağa getmək, cəmiyyəti uzun müddət aldatmaq qeyri-mümkündür. İctimaiyyət artıq kimin həqiqətən işlədiyini, kimin isə sifarişlə "qələm oynatdığını" çox yaxşı görür və qiymətləndirir. Rövşən Camalxanov kimi prinsipial və dürüst məmurlara qarşı yönələn bu cür ucuz manipulyasiyalar yalnız onların nüfuzuna xələl gətirə bilməz, əksinə, sifarişçilərin və icraçıların əsl simasını bir daha ifşa edir.

Son xəbərlər

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Media prinsiplərini ayaqlar altına alanlar: Rövşən Camalxanov ətrafında qurulan uydurmalar və reallıqlar

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

Bütün xəbərlər