{category-title}

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycan-Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Çinə səfəri çərçivəsində Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşü zamanı deyib.

Cao Lıc Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasından keçən 34 ildə münasibətlərin qarşılıqlı hörmət və dəstəklə müşayiət olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, son illərdə iki ölkə başçısının rəhbərliyi altında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Qeyd olunub ki, ötən il Azərbaycan və Çin liderləri arasında iki görüş keçirilib.

Spiker Sahibə Qafarova son dövrlərdə bu münasibətlərin yeni mərhələyə yüksəldiyini və Prezident İlham Əliyevin ölkələrlə arasında əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağını söyləyən Milli Məclis sədrinin sözlərinə görə, ölkələr arasında münasibətlər həmişə dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub və bu gün Azərbaycan – Çin əməkdaşlığı bir çox sahələr üzrə genişlənməkdə davam edir.

Söhbət zamanı ərazi bütövlüyü və suverenliyi məsələsində də qarşılıqlı dəstək ifadə olunub. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan "Vahid Çin" siyasətini hər zaman qətiyyətlə dəstəkləyir, Çin isə öz növbəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim dəstək göstərib.

C.Lıci Azərbaycanın "Vahid Çin" siyasətinə, Çinin Tayvan, Honkonq və Sintszyan-Uyğur Muxtar regionlarına dair mövqeyinə dəstəyi və bu istiqamətdə verdiyi bəyanatları yüksək qiymətləndirdiklərini bildirib. O, həmçinin Çin vətəndaşlarının İrandan təxliyə olunmasına göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub və Çin tərəfi bunu yüksək qiymətləndirir. S.Qafarova deyib ki, bu gün Azərbaycan Avrasiyada mühüm nəqliyyat qovşağıdır. Orta Dəhliz Çin ilə Avropanı Xəzər dənizi vasitəsilə birləşdirən etibarlı, təhlükəsiz və səmərəli marşruta çevrilib.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Çin qlobal cənubun üzvləridirlər. Cao Lıci Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolun getdikcə daha da gücləndiyini və Çinin beynəlxalq səviyyədə Azərbaycana dəstəyini və Azərbaycanla əlaqələndirməni daha da artırmaq niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Çin, həmçinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü və ölkənin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyini də dəstəkləyir.

C.Lıci həmçinin Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü sessiyasının yekunları və qəbul etdiyi qərarlar, eyni zamanda, Çinin əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında da məlumat verib. O, Çinin bu nailiyyətləri dost ölkələrlə, o cümlədən Azərbaycanla paylaşmağa hazır olduğunu söyləyib.

Son xəbərlər

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

Sabah bəzi rayonlara yağış yağacaq

İsraildə İranın zərbələri nəticəsində 5 mindən çox insan yaralanıb

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinə start verir

FHN gözlənən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Sabah yağış yağacaq

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Səudiyyə Ərəbistanı və BƏƏ İrana qarşı hərbi əməliyyatlara qoşula bilər

Azərbaycan və Özbəkistan aqrar məhsulların birgə ixracını müzakirə edib

Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək

KİV: ABŞ-İran danışıqları İsrailin iştirakı olmadan davam edir

Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Media: Təbrizə endirilən zərbələr nəticəsində 6 nəfər ölüb

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

Prezident Şamaxıya gedib - FOTOLAR

Polis Azərbaycanda 24 nəfəri saxladı

Bu gün 20 dərəcə isti olacaq - PROQNOZ

Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır

Bu gün Beynəlxalq Novruz günüdür

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Bütün xəbərlər