{category-title}

Türkiyənin səhiyyə naziri: Türk dövlətləri yaxında səhiyyə sahəsində dünyada əsas mərkəzlərdən olacaq
<!-- x-tinymce/html -->

Türkiyə səhiyyə sistemi baxımından inkişaf etmiş ölkə kimi Türk dövlətləri ilə işbirliyini gücləndirmək üçün çalışır.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu fikirləri Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V yubiley görüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə bu dəstəyi verməyə həmişə hazırdır:
"Səhiyyə böhranı göstərdi ki, bu istiqamətdə ölkələrarası işbirliyi vacibdir. Türkiyə olaraq insanlara yardım əlini uzadan bir sistem qurmuşuq, bu sistemlə Türk dövlətlərinə dəstək verməyə hazırıq. Şübhəsiz, onların inkişaf etməsi bizim də inkişafımız deməkdir. Türk dövlətlərinin yaxın zamanda səhiyyə sahəsində dünyada əsas mərkəzlərdən biri olacağına ümid edirik".
Nazir Şimali Kipr Türk Respublikasının da bu kimi tədbirlərdə iştirakından məmnunluğunu ifadə edib.