{category-title}

Ermənistanda revanşizm təhlükəli hal alır - Azərbaycan terrorla hədələnir - ŞƏRH

 
Ermənistanda revanşist qüvvələr yeni-yeni təxribatçı bəyanat və populist çıxışları ilə gündəmə gəlməkdə davam edirlər. Onlar Azərbaycanla şərti sərhəddə təxribatlar törətməklə yanaşı, sülh prosesinə əngəl ola biləcək fikirlər, hətta terrora çağırış, yeni müharibə hədələri ilə çıxış edirlər.
Sanki 44 günlük müharibədə məğlub olmamış kimi davranmağa davam edən bu qüvvələrə Ermənistan Xüsusi Təyinatlı Polis Dəstəsi Veteranlar İttifaqının sədri polkovnik Qrişa Sarqsyan da qoşulub. O, erməni mediasına verdiyi müsahibədə bildirib ki, Ermənistan Azərbaycanın strateji obyektlərinə - xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft kəmərinə və Mingəçevir Su Elektrik Stansiyasına raket zərbəsi endirməlidir.
"O zaman Azərbaycan özü Ermənistandan sülh diləyəcək", - polkovnik vurğulayıb.
Sarqsyan bu bəyanatlarla Ermənistanın aktiv media resurslarından biri - 214 min abunəçisi olan və müxtəlif erməni analitiklər üçün platforma rolunu oynayan "Noyan Tapan" telekanalının efirində çıxış edib. Müsahibə zamanı o, həmçinin Ermənistan konstitusiyasına görə, "Qarabağın Ermənistana məxsus olduğunu" bildirib və müharibəyə hazır olmağın vacibliyini vurğulayıb: "Müharibədən qorxmaq lazım deyil. Əgər düşmənin bizdən qorxmasını istəyiriksə, istənilən anda döyüşməyə hazır olduğumuzu göstərməliyik. Biz o ölkəni daimi qorxu içində saxlamalıyıq".
Ermənistanda revanşizm təhlükəli hal alır - Azərbaycan terrorla hədələnir - ŞƏRH

Bu fikirlər daha çox hansısa sərsəmin xəstə təfəkkürünün nəticəsi olsa da, hər halda bəyanat ölkənin aparıcı KİV-lərindən birində tirajlanır. Bu, açıq-aşkar terror hədəsi kimi qəbul olunmalı və əslində, hakimiyyət tərəfindən təqib olunmalıdır. Lakin Ermənistan rəsmiləri, hüquq-mühafizə sistemi bununla bağlı tədbirlər görməkdən yayınmağa üstünlük verirlər.
Ermənistanda güclənən revanşizm və hədələyici bəyanatları Azərbaycan Prezidenti İlham Əliyev aprelin 9-da ADA Universitetində təşkil edilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumdakı çıxışında səsləndirdiyi fikirlərlə bir daha təsdiq edib.
Prezident həmin tədbirdə Cənubi Qafqaz regionunun gələcəyi ilə bağlı maraqlı fikirlər söyləyib, regionda sülh və təhlükəsizliyin təmininin həm də Ermənistanın atacağı addımlardan asılı olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda güclü revanşist qruplar mövcuddur, Azərbaycan sülh üçün əlindən gələni edib və prosesin tamamlanması üçün Ermənistanın da üzərinə düşən öhdəlikləri yerinə yetirməsi lazımdır.
Bir sözlə, dövlət başçısı İrəvana üzərinə düşən məsuliyyəti bir daha xatırladıb, Ermənistanın nicatının region dövlətləri ilə səmimi əməkdaşlıqda olduğuna diqqət çəkib.
Ermənistanda revanşizm təhlükəli hal alır - Azərbaycan terrorla hədələnir - ŞƏRH

“Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır”, - Prezident İlham Əliyev bəyan edib.
Bəli, Ermənistan anlamalıdır ki, onun real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir. İrəvan regional sülhü revanşist qrupların hikkə və avantürasına qurban verməməlidir.
İrəvan hökuməti Prezident İlham Əliyevin xəbərdarlıqlarından ciddi nəticə çıxarmalı, revanşist qruplara meydan verməməlidir. Ermənistan hakimiyyəti regional sülh və təhlükəsizlik üçün konkret addımlar atmalıdır. Bu addımlar mahiyyət etibarilə olduqca sadədir. Sülh səylərini dəstəkləməklə yanaşı, revanşist qrupların regionda vəziyyəti gərginləşdirməsinə imkan verməməlidir. İrəvan anlamlıdır ki, Ermənistan üçün real xilas yolu Azərbaycanın sülh səylərini dəstəkləməkdir və bunun heç bir alternativi yoxdur.
Prezidentin də söylədiyi kimi, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Yəni, onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Dövlət başçısı xüsusi vurğulayıb ki, Azərbaycan buna hazır olmalıdır - həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən.
Ermənistanda revanşizm təhlükəli hal alır - Azərbaycan terrorla hədələnir - ŞƏRH

"Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər”, - deyə Prezident vurğulayıb.
Ermənistanda revanşizmin güclənməsinə rəvac verən həm də onun bədnam konstitusiyasıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı və konstitusiya dəyişdirilməlidir. Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb ki, Ermənistan konstitusiyası dəyişmədən heç bir sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bununla da dövlət başçısı Ermənistanın siyasi elitasının qarşısına yeni tapşırıq qoyub.
Qeyd edək ki, Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsi ilə bağlı 1989-cu il 1 dekabr tarixli deklarasiyaya əsasən, "Dağlıq Qarabağ vilayəti Ermənistana birləşdirilməlidir" fikri yer alır. Maraqlıdır ki, dəfələrlə Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edən, sülh müqaviləsini tez bir zamanda imzalamağa həvəsli olduğunu bəyan edən erməni siyasi elitası bu maddəni dəyişdirməyə həvəssiz yanaşır. Baş nazir Nikol Paşinyan özü də deyir ki, konstitusiyanın preambulası sülhə maneədir. Göründüyü kimi, hökumətin rəhbəri də bunu etiraf edir.
Ermənistanın siyasi hakimiyyəti sözügedən maddənin ləğvi ilə sülh müqaviləsi yolundakı ən böyük əngəllərdən birini aradan qaldıra bilər. Bu isə regionun, xüsusən də maliyyə və iqtisadi sferası çökmüş Ermənistanın inkişafına səbəb ola bilər.
Şübhəsiz ki, Ermənistanda revanşizmin gündəmə gətirilməsində onun xarici havadarlarının xüsusi rolu var. Bu məsələdə Fransa başda olmaqla, Avropa Parlamenti və Avropa İttifaqı xüsusi canfəşanlıq göstərir. Konkret olaraq elə həftə, az qala elə gün olmur ki, Fransadan Azərbaycana qarşı hədyanlar, Ermənistanı revanşizmə sürükləyən açıqlamalar səslənməsin.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa rəsmilərinin ölkə əleyhinə iddialarına bu gün cavab verib. O, rəsmi Bakının Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun bu ölkənin Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiyini və pislədiyini bildirib: "Fransanın siyasətindəki ikili yanaşma, sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur".
A.Hacızadə deyib ki, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.
Xatırladaq ki, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro aprelin 14-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.
Beləliklə, Ermənistanın biabırçı kapitulyasiya aktına imza atmasından beş il ötsə də, qonşu dövlətdə müharibə çağırışları, revanşizm bəyanatları səngimək bilmir.
Ermənistanda səslənən revanşist, riyakar bəyanatlara, eləcə də, onların təbliğatına elə Prezident İlham Əliyevin bəyanatı ilə yekun vurmaq istərdik. Dövlət başçısı bildirib ki, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini bərpa edib, separatizmə son qoyub və sərhədlərini nəzarəti altına alıb:
"Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik”.(Report)

Son xəbərlər

Fransız hərbçiləri nüvə sualtı qayıqlarının bazası üzərindəki dronlara atəş açıblar

Azərbaycanda gömrük təmsilçiliyi institutu beynəlxalq standartlara uyğunlaşdırılır

Kənd təsərrüfatı torpaqlarında müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib

Azərbaycanda 21 peşə məktəbi tikiləcək, 2-i əsaslı təmir olunacaq - SƏRƏNCAM

Qırğızıstan BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir - Liderlərdən ÇAĞIRIŞ

Naxçıvanda Komando kursunun növbəti buraxılışı olub - VİDEO

KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Putin Hindistana getdi

ATƏT-in sədrindən Bakı və İrəvana MESAJ

Şuşada ifaçılıq mərkəzi tikiləcək

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası - ŞƏRH

Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib

Norveç XİN başçısı Azərbaycan və Ermənistan arasında sülh prosesinin dəstəklənməsinə çağırıb

Ceyhun Bayramov Vyanada ATƏT XİNŞ-in iclasında iştirak edir

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Beynəlxalq Türk Akademiyasının prezidenti: Azərbaycan böyük alimləri ilə fəxr etməlidir

Təfəkkür Universitetinin prorektorunu qətlə yetirən şəxslə bağlı qərar verilib

Ermənistanda məcburi hərbi xidmət müddətini qısaltmaq təklif olunub

23 nəfəri daşıyan mikroavtobus kanala aşdı

KİV: İtaliya tərəddüdlərdən sonra Ukrayna ilə bağlı siyasətini dəyişib

“Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

"Dövlət xidmətləri haqqında" qanun təsdiqlənib

Bütün xəbərlər