{category-title}

Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yeni hissəsi üçün tariflər müəyyənləşdirilib.

Sumqayıtın H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinədək uzanan yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında sözügedən yolda təhlükəsizilik qaydalarının tam təmin olunduğunu bildirib:

Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?

“Yeni ödənişli yolda, təhlükəsizlik ən yüksək səviyyədə təmin olunub. Xüsusi təhlükəsizlik, müşahidə kameraları qurulub. Hər şey öz yerindədir.

Ödənişli yolun istifadəsinə dair qaydalar hazırlanır. Hələ ki sürət həddi məsələsi açıq qalıb. Bu, qaydalarda öz əksini tapacaq. Çox güman ki, orada sürət həddi ilə bağlı bəzi dəyişikliklər olacaq”.

Anar Nəcəfli yolun fərqi və üstünlüyündən də danışıb.

“Sürətli, daha qısa olması yolun əsas üstünlüyü olacaq. Hazırda mövcud, alternativ yol var, ödənişsizdir. Kim ödənişli yoldan istifadə emək istəməsə, alternativ ödənşsiz yolla gedə biləcək. Keçən il həmin yol Bakı şəhəri istiqamətində əsaslı şəkildə bərpa olundu. Bu il isə Quba istiqamətində müəyyən hissələrin bərpa işləri həyata keçirildi. Sürücülərimiz o yoldan da istifadə edə biləcək”.

Azərbaycanın ilk ödənişli yolunda sürət həddi saatda neçə km OLACAQ?

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, ödənişli yollarla bağlı Azərbaycan qanunvericiliyində müəyyən müddəalar olub:

“Bakı-Quba yolu ilk layihədir. Artıq qiymətlər də müəyyənləşdirilib. Oraya operatorlar cəlb olunacaq, onlar məsələni tənzimləyəcəklər. Qanunvericiliyin tələbinə görə ödənişli yollar ödənişsiz yollarla təxminən eyni rahatlıqda olmalıdır. Fərq yolun daha qısa, təhlükəsiz olmasındadır. Burada siz ödəniş edib yola çıxırsız, digər yola nisbət daha tez çatırsız. Bakı-Quba yolunda təxminən ödənişsiz yola nisbətən ödənişli yolda 20 km-dən artıq məsafəyə qənaət olunur. Üstəlik bu yolun rahatlığı var. Yol müasir standartlara uyğun qurulub. Digər tərəfdən, bu yol yaşayış məntəqələrindən kənar keçir. Sürücü şəhərin içinə daxil olmur, işıqfor, piyadalar, mal-qara görmür. Sadəcə, yola müəyyən nöqtələrdən qoşulmalar var. Yanacaq sərfiyyatında fərq yaranacaq, zamana qənaət etmiş olacaqlar”.

Ekspertin sözlərinə görə, ödənişli yol sürət baxımından digər yollardan fərqlənməyəcək:

“Sürətin yüksək olması heç bir qəzaya səbəb olmayacaq. Çünki bu yol daha rahatdır. Burada sürət həddi digər yollardan çox da fərqlənməyəcək. Adi yollarda sürət həddi 110 km/saat-dırsa burada da elə olacaq. Başqa sürət rejimi nəzərdə tutulmur. Ölkədə icazə verilən maksimal sürət nədirsə, bu yolda da o tətbiq olunacaq. Sadəcə, bu yolda qət edilən məsafə daha qısadır. Pullu olmasının da səbəbi elə budur. Ödənişlə bağlı müxtəlif üsullar tətbiq olunacaq. Rahat, onlayn ödəniş etmək mümkün olacaq. Bu da əlçatanlığı təmin edir”.

Tarif Şurasının qərarına əsasən, yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimi olacaq:

- minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib;

- kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək;

- avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib;

- qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).

Son xəbərlər

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mundialda mübarizəyə başlayır

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Bütün xəbərlər