{category-title}

Fərid Fərhadzadə: 20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi

 

Fərid Fərhadzadə - Bu gün dünyamızda baş verən qlobal siyasi-iqtisadi hadisələr fonunda ölkəmizin yeni dövrdə də dayanıqlı və davamlı inkişafını təmin etmək məqsədilə 1990-cı illərdə öz siyasi müstəqilliyini əldə etmiş müasir demokratik Azərbaycan Respublikasının tarixinə hər zaman nəzər yetirməli və bu günki Azərbaycanın vətəndaşı olaraq müstəqil Azərbaycan tarixinin yazılmasında iştirakı olmuş görkəmli, siyasi şəxsiyyətlərin əvəzsiz rolunuheç vaxt unutmamalıyıq.
Azərbaycan xalqı böyük fəxarət hissi və sevinclə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ili – “Heydər Əliyev İli” elan etdi.
1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi.
Tarixin səhifələrinə nəzər yetirərkəno dövrdə məhz 1990-cı ilin yanvar ayının Azərbaycan xalqının müqəddəratı üçün əhəmiyyətli ay olduğunu bu gün əminliklə deyə bilərik. Totalitar rejimin, mürəkkəb dövrün astanasında Azərbaycan xalqının vəhdətini və birliyini təmin edən, heç nədən qorxmayaraq özünün Azərbaycana bağlılığını bir daha nümayiş etdirən, o zaman Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək Azərbaycan xalqını birliyə səslədi. O, oyanmış və öz taleyinə sahib çıxmaqda qərarlı olan xalqımıza rəhbərliyikönüllü olaraq öz üzərinə götürdü.
Ulu Öndər Sovetlər Birliyinin süquta uğradığını, Kommunist Partiyasının üzərinə götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmədiyini,nüfuzdan, gözdən düşərək artıq insanlar tərəfindən qəbul olunmadığını cəsarətlə bildirərək Azərbaycan xalqının birliyinin təmin olunması və onun gələcək taleyi ilə bağlı vacib məsələləri bir müdrik lider olaraq öz üzərinə götürdüyünü məsuliyyətlə bəyan etdi.
O zamanlar bu proseslərə qiymət vermək, münasibət bildirmək həddindən artıq qorxulu məsələ idi. Bu cür cəsarətli, məsuliyyətli addımı atan lider öz əməli ilə xalqı naminə canından belə keçməyə hazır olduğunu nümayiş etdirdi.
20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı, eyni zamanda milli oyanış tarixidir. Dəfələrlə müxtəlif mənbələrdə qeyd olunan və geniş araşdırılan bu tarixillər keçsə də Azərbaycan xalqının dostu və düşmənini tanıması üçün istinad edə biləcəyi bir tarix olaraq qalacaq.
Ölkəmizin ictimai-siyasi həyatına 20 Yanvar faciəsi kimi daxil olmuş bu günün xalqımızın milli yaddaş fəlsəfəsi, milli özünüdərk prosesində özünəməxsus yeri vardır. Tariximizdə bir sıra hadisələr vardır ki, bunlar xalqımızın milli mənlik şüurunda, həmçinin azərbaycançılıq ideologiyası təfəkküründə dərin və əbədi iz qoymuşdur.
Azərbaycan xalqı 1990-ci ilin yanvar ayında televiziya ekranlarında öz həmvətənlilərinin nə cür qəddarlığa məruz qalmasına dəhşətli şəkildə şahidlik etdi. Ümumilikdə Respublikada 147 nəfərin öldürülməsi, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz həbs olunması, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət və şəxsi əmlakların məhv edilməsi ilə nəticələnən Qanlı Yanvar hadisəsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən birinə çevrildi.
Faciədən sonra Azərbaycanda milli azadlıq hərəkatı dönməz xarakter aldı və xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanın yaranmasında gördü. Baş vermiş hadisələrdən sonra dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
Hesab edirəm ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə rəsmi olaraq müstəqilliyi əldə etməsi üçün qanla yazılmış bir tarixdir.
“Heydər Əliyev İli”nin elan olunduğu 2023-cü ildə tarixə nəzər yetirərkən Ulu Öndərin müasir Azərbaycanıninkişafı naminə əzmkar fəaliyyətini,heç nədən qorxmayaraqvaxtında şəraitə uyğunağıllıqərarlarqəbul etdiyini,habelə həmin ağır günlərdə Moskvada cəsarətli çıxışı ilə xalqın birliyinə nail olmasını,beləliklə 20 Yanvar gününün Azərbaycan xalqının milli oyanışı üçün nə qədər təsirli olduğunuxüsusi qeyd etməmək mümkün deyildir.
Baş verən hadisələrdən artıq 33 il keçmiş və bu gün fəxarətlə deyə bilərik ki, Azərbaycan xalqı müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən bütün qəhrəman övladlarının qanınıyerdə qoymadı. 2020-ci ildə Ümumilli Lider Heydər Əliyevin layiqli və uğurlu davamçısı olan Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dəmir yumruq kimiformalaşdırdığıAzərbaycan xalqıİkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Zəfərimizi təmin edərəkmüstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi və bu gün də, “Heydər Əliyev İli”ndə biz çoxəsrlik Azərbaycan tarixinin şanlı səhifələrini qürurla yaşamaqdayıq.

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər