{category-title}

Azərbaycanın tətbiq etdiyi strategiya hərb tarixində yenilik idi

 Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi Üçtərəfli Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Bu baxımdan, Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsi idi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasınıın əsasını qoydu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğalçı Ermənistana da, dün­ya­nın iri dövlətlərinə də, beynəlxalq təşkilatlara da bildirirdi ki, münaqişə danışıqlarla həll edil­mə­sə onu Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir. Bu döyüşlərə xalqımız 28 il səbr və əzmlə hazırlaşmışdır.
Vətən Müharibəsi dünya tarixində indiyə qədər baş vermiş müharibələrdən bir qədər fərqli mü­ha­ri­bə idi. Bu müharibənin iştirakçısı təkcə Azərbaycan Ordusu deyildi, bu müharibənin iştirak­çı­sı həm də bütün xalqımız idi. Öz ordusuna böyük, müqayisəyəgəlməz dəstəyi ilə, Vətən sevgisi ilə Xalq Odunun arxasında durdu.
Azərbaycan ordusu istər Lələ təpə döyüşlərində, istərsə də Tovuz döyüşləri zamanı hərbi qüdrətini Ermənistana nümayiş etdirdi. Vətən Müharibəsində reallaşdırılan hərbi taktikalar isə erməniləri vahiməyə saldığı kimi, dünyanın bir çox hərbi mütəxəssislərini heyrətə gətirdi.
Ermənilər işğal dövründə var gücləri ilə təmas xətti boyunca uzun illər bir neçə maneə zolaqlarından ibarət sədd yaratmaqla məşğul olmuşdular. Ohanyanın tövsiyyəsi və tələbi ilə bu sədd piyada əleyhina mina sahəsi, tank əleyhinə mina sahəsi, tikanlı məftillə hörülmüş dəmir-beton dirəklər, tank əleyhinə xəndəklər və digər müdafiə zolaqlarından ibarət idi. Düşmən Ohanyan səddinə arxayın idi. Ohanyan səddi mərhələli maneələr sistemi idi. Konk­ret ərazidən Azərbaycan əsgərinin irəlilə­mə­sinin qarşısını saxlamaq, müəyyən müddətdə ləngitmək məqsədi güdürdü.
Azərbayca Ordusu müharibənin ilk günlərindən haqqında yaradılan mif ilə birlikdə bu səddi də darmadağın etdi. İlkin qələbələr Böyük Qələbənin baş­lan­ğıcını qoydu. Xalq həmin günün intizarındaydı. Ordumuz həmin günü tezləşdirmək, işğalı son­landırmaq üçün qətiyyətlə döyüşürdü. Vətən Müharibəsində diqqət çəkən önəmli məqamlardan biri də Şanlı Ordumuzun 44 gün ərzində bir gün belə durmadan irəliləməsi idi.
Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Dün­yanın hərbi ekspertlərinin rəyinə görə dünyanın ən güclü orduları sırasındakı Azərbaycan Ordusunun reytinqi xeyli yüksəlmişdir. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir da­ha əmin oldu ki, Azərbaycan güclü döv­lət­dir. Xarici ekspertlar Vətən müha­ri­bəsinin taktika və strategiyasını öyrənilməsini vacib hesab edirlər. Bu, Azər­baycana da, onun müzəffər or­du­suna da böyük ehtiram deməkdir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliy­yat­lar həm texniki imkanlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Bu Qələbə həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi təkcə görkəmli siyasi xadim deyil, həm də əsl Sərkərdə kimi dünyaya tanıtdı.

 

Son xəbərlər

İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Tramp: ABŞ Azərbaycan və Ermənistan arasındakı dayanıqlı sülhü dəstəkləməyə davam edir

İyunda bəzi yerlərdə havanın temperaturu normadan yüksək olacaq

Prezident maliyyə inklüzivliyinin genişləndirilməsinə dair yeni Dövlət Proqramını təsdiqləyib

Prezident bir sıra məhkəmələrə sədr təyin edib

Pakistan Prezidenti: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirməyə qətiyyətlə sadiqik

ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO

Vətəndaşların dövlət orqanlarına müraciəti ilə bağlı yenilik

Sahibə Qafarova: "Qadınların iqtisadiyyatla məşğul olması daha məqsədəuyğundur"

İyunun 7-si onlar coğrafiyadan da imtahan verəcək

Türkiyədə bələdiyyə sədri saxlanılıb

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ağsuda avtomobil aşaraq çayın yatağına düşüb, iki nəfər ölüb

Putin İlham Əliyevi təbrik etdi

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...

Metronun hərəkət qrafiki dəyişdirilir

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Ərdoğan: Azərbaycanla bütün sahələrdə özünəməxsus sıx əməkdaşlığımızın inkişafına davam edəcəyik

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Sərdar Berdiməhəmmədov: Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırıq

Bakıda 3 nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb

QMİ Qurban bayramı ilə bağlı fətva verib

Xəzər dənizində zəlzələ olub

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

Bütün xəbərlər