{category-title}

 

“Orbita” MKT-nin direktoru Famil Bağıyev Təxminən 30 ilə yaxındır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz siyasi, hüquqi həllini tapmır və ya buna mane olunurdu. Atəşkəs haqqında razılıq əldə edildiyi tarixdən etibarən tərəflər arasında qeyri-müəyyən vəziyyət yarandığına görə, problemin beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olunurdu. Dünyanın aparıcı dövlətləri bu münaqişəyə münasibətdə müxtəlif mövqelərdə dayandıqlarından bu variant da real nəticə verməmişdir. Şübhəsiz ki, Ermənistanın işğal etdiyi torpaqlardan xoşluqla çıxacağı məntiqə uyğun deyildi. Azərbaycan tərəfi də torpaqlarının heç bir şəkildə güzəştə getməyəcəyini bütün rəsmi və qeyri-rəsmi səviyyədə keçirilən görüşlərdə bəyan etmişdir. Heç təsadüfi deyildir ki, Azərbaycan hərbi güc tətbiq etməkdən belə çəkinməyəcəyini hər dəfə vurğulamışdır. Düzdür, Azərbaycanın hərbi büdcəsini artırması Ermənistan tərəfindən siyasi manevr olaraq qəbul edilsə də, 8 iyun 2010-cu ildə Hərbi Doktrinanın qəbulu Azərbaycanın bu məsələdə son dərəcə ciddi olduğunu ortaya qoydu. Doktrinada beynəlxalq hüququn Azərbaycana tanıdığı haqlar çərçivəsində hərbi güc tətbiq edərək işğal altında olan torpaqların qaytarılması təsbit edilmiş və bu məsələ dəfələrlə təkrarlanmışdır. Lakin Ermənistan hər dəfə öz havadarlarından mənəvi, siyasi, hərbi dəstək alaraq ənənəvi siyasətini davam etdirmişdir. Məhz ikili standartlar siyasətinin nəticəsi idi ki, ardıcıl olaraq hər il prezidentlər və Xarici İşlər nazirləri arasında görüşlər keçirilmiş, münaqişənin həlli ilə bağlı prinsiplər önə sürülmüş və bəyannamələr imzalanmış, heç bir nəticəsi olmamışdır. Bu da hər şeydən əvvəl onunla əlaqədar idi ki, qoyulan müddəalar ya hər iki tərəfi qane etməmiş, ya da bəzi tövsiyələr müsbət qarşılansa da, bəziləri qəbulolunmaz hal almışdır. Məlum olduğu kimi, 1994-cü ildə ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycan ilə Ermənistan arasında vasitəçilik etməyi öz üzərinə götürsə də, bu qurumun regionda sülh yaratmaq cəhdləri iflasa uğradı. Həmsədr ölkələr olan Rusiya, ABŞ və Fransanın ikili standartlar mövqeyindən çıxış etmələri Azərbaycanda haqlı olaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətinə inamsızlıq yaratdı. Halbuki qlobal güc mərkəzlərini təmsil edən həmin həmsədrlər təcavüzkara təzyiq etmək üçün geosiyasi nüfuza malik idilər. Lakin onlar daha çox “münaqişənin həlli mexanizmləri”nin icrası ilə deyil, “münaqişənin idarə edilməsi” ilə məşğul olublar. Azərbaycan ictimaiyyətində də həmsədrlərin dəfələrlə regiona səfərləri haqlı olaraq “turistik ekskursiya” kimi qiymətləndirilib. Həm beynəlxalq təşkilatların, həm ATƏT-in Minsk Qrupu üzvlərinin, həm də digər dövlətlərin yeritdikləri ikili standartlar siyasətinin nəticəsi idi ki, Ermənistan tərəfi problemin öz real həl­linə yanaşmaq istəməmiş, üstəlik, atəşkəs rejimini də sıx-sıx pozmuşdur. Nəticədə 2-5 aprel 2016 və 12 iyul 2020-ci illərdə baş vermiş toqquşmalar Qarabağ münaqişəsinin əslində dondurulmuş olmadığını ortaya qoydu. Düzdür, müəyyən səbəblərdən dövlətlərin, xüsusilə də Rusiyanın müdaxilə etməsiylə vəziyyət əvvəlki məcrasına qayıtdı. Lakin Ermənistan vəziyyətin həmişə bu cür davam edəcəyini hesablayaraq, növbəti dəfə təxribatlara əl atmaqda davam etdi. Əlbəttə ki, Azərbaycan tərəfi strateji məqamı gözləməkdə səbr edirdi. Təxminən 30 il səbr edən Azərbaycan, nəhayət ki, əlverişli strateji məqamı ələ keçirdi. Olduqca səriştəsiz bir siyasətçi olan Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” kimi özündənrazı və beynəlxalq hüquqa zidd olan daha sərt bəyanatlar səsləndirməsi və yeni bir macəra həvəsiylə atdığı yanlış addımlar bu strateji məqamın xəbərçisinə çevrildi. Baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” bəyanatı belə demək mümkündürsə, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı etiraf xarakterli işğalçı siyasətini ortaya qoydu. Ermənistan artıq bütün dünyaya özünün necə bir dövlət olduğunu tanıtdı. 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən atəşkəsin pozularaq Azərbaycan torpaqlarına gerçəkləşdirilən hücum “ani müharibə”nin başlanmasının işarəsi oldu. Nəticədə Azərbaycan tərəfi əks-hücum gerçəkləşdirərək işğal altındakı mühüm yerləri, yüksəklikləri, tarixi torpaqları, strateji əraziləri ələ keçirdi. Rayonlarımızın böyük əksəriyyəti, şəhərlərimiz, qəsəbə və kəndlərimiz erməni işğalından azad edildi. Dəfələrlə atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan onu pozdu, mülki əhalinin yaşadığı ərazilərə ballistik raketlər atdı və danışıqlar yolu ilə işğal etdiyi torpaqları geri qaytarmayacağını göstərmiş oldu. Ermənistanın törətdiyi cinayətlər ATƏT-in Minsk Qrupunun həmsədrləri, aparıcı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qınanmadı. Lakin Azərbaycan öz qətiyyətini və gücünü ər meydanında göstərərək, torpaqlarını işğaldan qurtarmağa davam etdi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra - noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Noyabrın 10-da Azərbaycan Ermənistanı məhz öz dəmir yumruğu sayəsində sülhə məcbur etdi. Bu, Azərbaycanın tarixi qələbəsidir. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar və bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Ermənistan qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracağı barədə öhdəlik götürdü. Bəyanata görə, Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşdiriləcək.
Ən mühüm amillərdən biri isə budur ki, proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Ermənistan ərazisində dəhliz yaradılır. 9-cu maddəyə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Artıq insanlarımız çox rahat şəkildə həmin dəhliz vasitəsilə hərəkət fəaliyyətini davam etdirəcəklər. Bu dəhliz, eyni zamanda Türk Dünyasını quru yolu ilə bir-birinə bağlayacaq. Mahiyyət etibarilə, türk qapısı Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək və Türk Dünyasına öz töhfəsini verəcək. Bütün bunlar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qəti siyasi iradəsinin təzahürüdür. Nəticə etibarilə, döyüş meydanında igid əsgər və zabitlərimiz, siyasi meydanda isə cənab Prezidentimiz qalib gəldi və 2 ay müddətinə işğal edilmiş torpaqlarımızı azad etdi. Var olsun Azərbaycan!

Qarabağ Azərbaycandır!

Son xəbərlər

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblar

Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir

Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar

Belarus Prezidenti Füzuli rayonuna səfər edib

Deputat: Bəzən iş elanları vasitəsilə müəyyən şəxslər insan alveri qurbanlarına çevrilir

"Manaf Manafovu deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb

Azərbaycana qar yağır - FOTOlar

Günün qoroskopu: Uzun söhbətlərə baş qoşmayın

Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir

Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL

Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR

“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək

Azərbaycan liderinin belaruslu həmkarı ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq - RƏSMİ

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Cəmil Rustəmxanli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

MİQ-ə sənəd verənlərə çağırış: kömək üçün bu ünvanlara gedin! - SİYAHI

Prezidentlərin təkbətək görüşü başladı

Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR

Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan

Bütün xəbərlər