{category-title}

"İpoteka kreditlərini aylıq 300-400 manata salaq" - Deputat

"Böyük şəhərlər olmalıdır ki, mənzil tikintisi maraqlı olsun. Gənclərə ev lazımdır. Necə alsın, hansı maaşla, hansı işlə, hansı qazancla? 2-3 sot yer alıb, 2-3 ev tikirlər. Nə etsin bəs?".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu eybəcərliyin və qanunsuzluğun qarşısını almaq üçün sosial evlərin tikintisi sürətləndirilməlidir. 

"Hər bir rayon mərkəzində hündür mərtəbəli binaların tikinitisi üçün iş adamlarına həvəsləndirici təkliflər edilə, şirnikləndirici güzəştlər verilə bilər ki, onlar az xərclə evlər tikib, satsınlar. Əvəzində isə onlara şəhərlərin ən gözəl yerlərindən torpaqlar ayrıla bilər, kənar yerlərdə infrastrukturunu dövlət yaratmaqla yerlər ayrıla bilər ki, bahalı mənzillər tikib satsınlar. Həm varlının maraqları təmin olunsun, həm də kasıb-kusubun. Kasıb gedib kvadratı 2000 manatdan mənzili haradan alsın? Kiçik şəhər və rayon mərkəzlərində isə mənzillər tikmək üçün iş adamında stimul yoxdur".

Deputat qeyd edib ki, ipoteka krediti də əlçatan deyil: "İpoteka krediti ilə ev almaq və dolanmaq üçün gərək minimum 1500 manat əmək haqqı alasan. Azərbaycanda sosial cəhətdən həssas olan nə qədər adam ayda 1500 manat qazanır? Dövlət Neft Fondundan ilkin olaraq 2 milyard vəsait ayrılsın və dövlət özü sosial evlərin tikintisini genişləndirsin. İpoteka kreditlərini də aylıq 300-400 manata salaq, daha həssas təbəqələr üçün isə 200 manat olsun. Gənclər ev sahibi olsun. O zaman biz gənclər siyasətindən danışa bilərik".

Son xəbərlər

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Bütün xəbərlər