{category-title}

 

Bu günədək fermerlərə nə qədər əkin subsidiyası verilib? - RƏSMİ

 



Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən əkin bəyanları və torpaq məlumatları ilə bağlı monitorinqləri başa çatmış daha 44 038 torpaq sahəsi üzrə (parsel) 30 715 fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib. Son ödəmə üzrə AKİA tərəfindən fermerlərin kartlarına 7 919 101 manat subsidiya köçürülüb.

Bununla da 2020-ci ilin payız əkinlərinə görə 294 499 fermerə 121 milyon manatdan artıq subsidiya ödənilib. Bu da payız əkinlərinə görə EKTİS-də subsidiya müraciəti formalaşmış fermerlərin 96 faizi deməkdir. Ümumilikdə yanvar ayının 31-dək 306 mindən artıq fermer payızlıq əkinlərlə bağlı subsidiya almaq üçün elektron qaydada müraciət edib. Fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) 591 027 bəyan daxil ediblər. Bəyan olunmuş sahələrin ümumi sahəsi 969 205 hektar təşkil edir.

“AKİA əkin bəyanlarının monitorinqini başa çatdırdıqca, ödəmələri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Sənədlərin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar bizə dövlətin aqrar sahəyə ödədiyi vəsaitin ədalətli çatdırılmasını təmin etməyə imkan verir” - deyə AKİA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal verib.

Onun sözlərinə görə, 2021-ci ildə həmçinin EKTİS-ə daxil edilmiş, torpaq sənədləri doğru olan, bir hektardan az əkin sahələrinin monitorinqi peyk vasitəsilə yoxlanılıb və fermerlərə dərhal subsidiya ödənilib. Torpaq sənədlərində problemlər olan, icarə müqavilələrinin vaxtı başa çatan, əkdiyi bitkinin növü subsidiya məbləğinə əhəmiyyətli dərəcədə təsir edən və monitorinq üçün bitkinin cücərməsini gözləmək vacib olan fermerlərin sahələrində yerüstü monitorinqlər daha detallı aparılıb.

Hazırda 3 000 nəfərə yaxın fermerin sahəsində monitorinqlər bitmək üzrədir. 3 183 fermerin torpaq sənədləri isə təhlil edilir. 5 107 fermerə isə yeni “Fermer kartı” sifariş edilib.

Ruslan Zeynal əlavə edib ki, bu ilki monitorinqlərə təsir edən amillərdən biri də ölkədə ilk dəfə iri torpaq sahələrinin icbari qaydada aqrokimyəvi analizlərə cəlb olunmasıdır. Hazırda 1 503 nəfər fermer ümumilikdə 24 761 hektar torpaq sahəsi üzrə aqrokimyəvi analizlərin nəticələrini təqdim etməyib, bu səbəbdən həmin fermerlərə subsidiyaların ödənilməsində ləngimələr baş verir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, ödənişlər fermer kartlarına 25 % nağdlaşdırıla bilən və 75 % nağdsız hissə şəklində ödənilir. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər. Subsidiya qaydalarında edilmiş son dəyişikliyə görə, fermerlər təsərrüfatları üçün gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.

Son xəbərlər

Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək

Şərqşünas-alim Aida İmanquliyevanın anım günüdür

Ədalət Hacıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək

Qubada insan sümükləri tapılıb

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

BƏƏ Prezidentinin önəmli səfəri - Azərbaycanın Yaxın Şərqlə genişlənən əməkdaşlığı - ŞƏRH

İsrailə qarşı bir sıra beynəlxalq sanksiyalar razılaşdırılıb

Avropa ölkələrinin İran qarşısında qoyduğu tələblər açıqlanıb

Badara kəndində bu il 115, gələn il isə 128 ev bərpa ediləcək

Məhi Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

"Bakı Kart"a yeni direktor təyin edilib

Lavrov ABŞ-la Ukrayna üzrə danışıqların bəzi təfərrüatlarını açıqlayıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Prezident “Qarabağ”ı təbrik etdi

QMi sədri Qazaxıstanda gənc dini liderlərə xitab edəcək

Müdafiə Nazirliyi məlumat yaydı

Sabahın hava proqnozu açıqlanıb

Xocalının daha bir kəndinə İLK KÖÇ oldu

Məktəblərdə şagird sıxlığı: Siniflər hansı hallarda birləşdirilir?

Goranboydakı cinayətin TƏFƏRRÜATI

Qızılağac Milli Parkının ərazisində yanğın olub

Kamçatkada 7,1 bal gücündə zəlzələ olub, sunami təhlükəsi elan edilib

Mirzoyan Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb

Bütün xəbərlər