Azərbaycan 2020-ci ildə səyahətlər üçün ən yaxşı istiqamətlərin ilk onluğuna daxildir

 

 

İspaniyanın ən qocaman nəşrlərindən biri olan “La Vanguardia” qəzetində “2020-ci ildə səyahətlər üçün on ən yaxşı istiqamət” sərlövhəli məqalə dərc edilib.

İspaniya nəşriyyatı ilə əməkdaşlıq edən “Lonely Travel” turoperatoru özünün “Best in Travel” siyahısını təkrar nəşr edib. Gələn il üçün səyahətlərin reytinq siyahısına qiymət və keyfiyyət nisbətləri ən münasib olan ölkələr, regionlar, şəhərlər və istiqamətlər daxil edilir.

 

“Lonely Travel” nəşrinin müəllifləri növbəti dəfə səyahətə çıxarkən sərf edilən hər qəpiyin müqabilində ləzzət almaq istəyənlər üçün on anklav seçiblər.

Bələdçiyə daxil edilmiş on ən yaxşı istiqamət arasında Azərbaycan da var. Nəşrdə yazılır: “Cənubi Qafqazda yerləşən Azərbaycan Qərb və Şərq mədəniyyətlərinin qovuşduğu məkandır. Bu səbəbdən ölkə daha da cəlbedici olub. Azərbaycan öz təbii gözəllikləri, sahilyanı rayonların fərqli landşaftı ilə qonaqları heyrətləndirir. Respublikanın paytaxtı Bakı şəhəri orta əsrlərə aid qala ilə məşhurdur. Buradakı tikililər ən müasir memarlıq nümunələri ilə heyrətamiz təzad təşkil edir. Bütün bunlar sizə az görünürsə, bunu da əlavə edək ki, Azərbaycan dünyada ən ucuz ölkələrdən biridir”.

Ən yaxşı turizm istiqamətləri siyahısına Şərqi Nusa Tenqara (İndoneziya), Budapeşt (Macarıstan), Madhya-Pradeş (Hindistan), Buffalo (ABŞ), Serbiya (Tunis) və Keyp Uaynlends də (Cənubi Afrika) daxildir.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər