İradə Əliyeva: 22 İyul – Milli Mətbuat Günü: Həqiqətin keşiyində dayanan peşənin bayramı

 

İradə Əliyeva - Ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ölkə başçısı, cənab prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olmuş və bu istiqamətdə Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Dövlətimiz tərəfindən KİV-lərinə birdəfəlik və aylıq maddi yardımlar göstərilmiş, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlər fəxri adlarla təltif edilmiş, dövlət başçısının sərəncamları əsasında yaşayış binaları tikilərək jurnalistlərin istifadəsinə verilmişdir. Azərbaycan dövləti mətbuat sahəsinə diqqət və qayğısına görə dünya ölkələrinə nümunə olacaq model formalaşdırmışdır.

Ölkəmizdə mətbuata diqqət və qayğının əsası xalqımızın Ümumilli Lideri, Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  digər sahələrdə olduğu kimi mətbuat sahəsində də sürətli inkşaf dövrü başlamışdır. Bütün bu diqqət və qayğının nəticəsi olaraq, 2001-ci ildə Ulu Öndərimiz Heydər Əliyev  “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür:

Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş mətbuatın inkişafına dövlət qayğısı bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməkdədir. Ölkə başçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır.

Azərbaycan prezidentinin mətbuata qayğısı, kütləvi informasiya nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər mətbuat nümayəndələri tərəfindən də böyük məmnunluq hissi ilə qarşılanır. Dəfələrlər ölkə başçısı, cənab Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə "Jurnalistlərin Dostu" seçilmişdir.

2025-ci il aprelin 25-də 150 illik yubileylə bağlı Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq, Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ölkəmizdə geniş qeyd olunub, bir sıra jurnalistlərə fəxri ad verilib və “Təqəqqi” medalları ilə mükafatlandırılıblar.

Hörmətli mətbuat nümayəndələri, hər birinizi Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, sizlərə cansağlığı və səmərəli fəaliyyətinizdə müvafəqqiyyətlər arzu edirəm.

Son xəbərlər

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Bütün xəbərlər