Mais Məmmədov: Milli mətbuatımız- Dünəndən bugünə uzanan yol

Mais Məmmədov - XIX əsrdə siyasi, iqtisadi və mədəniyyət sahəsində çox vacib hadisələrə səhnə olan Azərbaycan 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay müqavilələri ilə parçalanmış, şimal bölgəsi Rusiya imperiyasının təsiri altına düşmüşdü. Ancaq bu hadisələr sosial həyatdan siyasətə, iqtisadiyyatdan mədəniyyət sahələrinə   qədər  bütün istiqamətlərdə depressiya dönəmi yaratsa da xalqımız üçün yenidən dirçəlmək və milli kimliyinə daha sıx bağlanmaq üçün istiqamətverici rol oynadı.

Məlum olduğu kimi o dönəmdə Fransa inqilabının Avropaya təsirləri, Rusiya İmperiyasında baş verən  müxalifət hərəkatları və Tiflis olmaq üzərə bir çox mərkəzi şəhərlərdə  ortaya çıxan  təşkilatlanma araşdırmaları, dil, təhsil, hüquq və ədalət kimi məsələləri müzakirə etməkdə ən  əsası isə bu mövzuları geniş xalq kütləsinə çatdırmaqda mətbuata böyük ehtiyac var idi. Belə bir çətin zamanda mətbuat orqanlarının təsisi Azərbaycanda 1990-cı illərə qədər davam edən müstəqillik mübarizəsinin siyasi və sosial sahələrdə əsas xətlərini təşkil edirdi. 

  Çoxminillik dəyərlərimizin və ana dilimizin yer aldığı milli mətbəə yaratmaq səylərini XIX əsrin birinci yarısında Mirzə Fətəli Axundov  başlasa da bununla bağlı ilk vacib addımı  Həsən bəy Zərdabi atmışdır. Zərdabinin 1875-ci ildə min bir çətinliklə nəşr elətdirdiyi "Əkinçi" qəzeti ilə ana dilində ilk milli mətbuatımızın əsası qoyuldu. Azərbaycan jurnalistikası tarixində ilk dəfə olaraq Həsən bəy Zərdabi “Əkinçi” nin timsalında mətbuata kütləvi informasiya vasitəsi, maarifçiliyin əsası, ictimai-siyasi şüurun formalaşması faktı kimi yanaşdı.  Zərdabinin "Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun", "yaxşı-yamanlığı aşkar eləsin", "xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün" kimi dərin mənalı fikirləri bu gün də mətbuatımızın əsas prinsipləri olaraq qalmaqdadır. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika sistemininin formalaşması və peşə prinsiplərini yaranması ilə yanaşı Azərbaycan dilini rəsmi statusda fəaliyyətinin əsası da qoyuldu.  Eyni zamanda "Əkinçi" milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

  Azərbaycan mətbuat tarixində çarizm ideologiyasını qəbul etməyən qəzetlərdən birincisi olan "Əkinçi" sosial problemlərə toxunmaqla yanaşı milli kimlik qazanmaq üçün Türk dünyasının birləşməyinin zəruriliyini də önə çəkmişdi. Təfəkkürümüzdə milli kimlik toxumlarını "əkən" bu qəzet vasitəsiylə ziyalılarımız  bir millətin kimliyi sayılan ana dilinin varlığı ilə millətçilik ruhunun yaranacağına inanırdılar.

  Daha sonra nəşr edilən "Ziya", "Ziyayi-Qafqaziyə", "Kəşkül","Şərqi Rus", "Həyat", "İrşad", "Füyuzat", "Açıq söz " və başqa qəzet, jurnallar "Əkinçi" ilə eyni ideologiyanı bölüşmüşdülər. 

  Yarandığı gündən bu günə qədər keçən 151 il ərzində Milli Mətbuatımız azadlıq hərəkatının başlanması, ölkəmizin müstəqillik qazanması yolunda daim ön sıralarda olaraq vətənimizin həqiqətlərini  dünyaya çatdırmaqda  yorulmadan mübarizə apararaq öz töhfələrini vermişdi. 

 "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. Bu gün əsas vəzifə onun geniş imkanlarından milli dövlət quruculuğunda, demokratik dəyərlərin bərqərar edilməsində, sivil vətəndaş cəmiyyətinin formalaşmasında, islahatların həyata keçirilməsində, insanların mənəvi saflaşmasında səmərəli istifadə etməkdən ibarətdir. Mətbuat həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, humanist ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir". deyən Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi. 1998-ci ildə senzuranın ləğvi haqqında və ardından 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” qəbul edilən qanun KİV-in istehsal və yayımın bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəd oldu. 

Ulu Öndər siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev də ənənələrə sadiq qalaraq medianın inkişafı ilə bağlı bütün məsələləri daim diqqətdə saxlayaraq mətbuata dövlətin diqqət və qayğısını heç bir zaman əsirgəmir. Məhz İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması dövlətin mətbuata olan qayğısının ən bariz nümunəsidir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradılıb. Bu gün Agentlik tərəfindən ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

  Bu gün müstəqilliyinə qovuşan Azərbaycanımız kimi mətbuatımızda günü gündən inkişaf edərək 151 il bundan əvvəl "Əkinçi"nin əkdiyi ideyaların bəhrəsini görür. Bu şərəfli yolda gənclərdə vətənpərvərlik ruhunun tərbiyəsini, milli adət və ənənələrə riayət etməyi, vətənə sədaqətlə xidmət göstərməyi, ana dilinin saflığını qoruyub saxlamağı və mükəmməl bilməyi qarşısına məqsəd qoyan mətbuatımıza daha böyük uğurlar və nailiyyətlər arzulayıram. 

 

 

Son xəbərlər

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Azərbaycan gəmilərin ballast sularının idarə edilməsinə dair beynəlxalq konvensiyaya qoşulub

XİN Perunu Milli Günü münasibətilə təbrik edib

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Sabah Bakıdakı 5 məktəbə tədrisi digər dildə aparılan bölmələr üzrə sərbəst qəbul başlayır

Bütün xəbərlər