Ədalət Hacıyev

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi 

 

Hər bir millətin mənəvi, mədəni siması onun milli adət-ənənələri və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemidir ki, bu gün də mədəni dəyərlərimiz qorunaraq saxlanmaqdadır. Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Bu səbəbdəndir ki, xalqımız milli-mənəvi dəyərlərinə, adət-ənənəsinə, mədəniyyətinə, tarixinə bağlılığı sayəsində özünəməxsusluğunu qoruya bilib. Özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib.
Məlum olduğu kimi güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan başlıca amil də məhz adət-ənənələrimizdir ki, bu da cəmiyyəti əxlaqi, milli vətənpərvərlik baxımından düzgün istiqamətə yönəldir, saf təməllər üzərində tərbiyə edir. Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlamış, ona ən qiymətli sərvəti kimi yanaşmışdır. Xalqımızın ən zəngin milli mədəni irsi olan adət və ənənələrinin və bu əsasda formalaşdırılan milli mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Vaxtilə Heydər Əliyev cəsarətlə Azərbaycan xalqının öz kökündən, adət və ənənələrindən uzaqlaşdırılması yönündə Moskva tərəfindən atılan sərt addımların əleyhinə çıxırdı. Bu baxımdan ulu öndərin adət və ənənələrimizə bütün varlığı ilə bağlı olmasını onun xalqımızın ən qədim bayramı olan Novruza olan dərin sevgisini sübut edir. Belə ki, SSRİ rəhbərliyi tərəfindən rəsmi şəkildə qadağan edilməsinə baxmayaraq, 1967-ci ildə Azərbaycan xalqı Novruz bayramını təntənəli şəkildə qeyd etdi. Novruz bayramının yüksək səviyyədə keçirilməsi isə həmin dövrdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin şəxsi xeyir-duası baş tutmuşdu. Halbuki Heydər Əliyev Moskvanın məsələyə xoşagəlməz reaksiya verəcəyini yaxşı bilirdi. Buna baxmayaraq, Heydər Əliyev cəsarətlə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə razılıq vermişdi. Üstündən illər ötəndən sonra Heydər Əliyev ona ünvanlanan: “Ən çox sevdiyiniz bayram?” -sualına məhz : “Novruz”, - deyə cavab vermişdi. Azərbaycanda Novruz, hər il martın 20-21-də qeyd olunur və bu, həm təbiət, həm də insan həyatının yenilənməsi kimi qəbul edilir. Novruzun milli adət-ənənələrimizin bir hissəsi kimi qəbul edilməsi, bu bayramın xalqımızın qədim və müasir həyatının birləşdiyi nöqtə olması ilə bağlıdır. Hər bir Novruz bayramı, milli kimliyimizin qorunub saxlanması, qədim adətlərin yaşadılması və onların gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır. Novruz bayramı, yalnız təbiətin oyanışını deyil, həm də müxtəlif adət-ənənələrin bərpa olunmasını və təkrar yaşadılmasını təmsil edir. Bayramın qeyd edilməsi zamanı müxtəlif ənənələrə, adətlərə və ritualara yer verilir.
Novruz yeni gün, yeni həyatın başlanğıcı deməkdir. Qoy bu bayram xalqımıza firavanlıq, dövlətimizi əmin-amanlıq gətirsin. Novruz bayramınız mübarək!
Əhmədli İlqar

Son xəbərlər

9 milyonluq yeyintiyə görə tutulan polkovniklə bağlı QƏRAR

Hakan Fidan Fransaya gedir

Azərbaycanda hərbi xidmətə çağırış başladı

Nəsimidə yerləşən evə pəncərədən daxil olurlar? - AÇIQLAMA

Bu gənclərə xüsusi təqaüdlər veriləcək - Pul ayrıldı

Prezident İvanovka kəndi ilə bağlı sərəncam imzaladı

Pezeşkianın müşaviri İlham Əliyevin QƏBULUNDA

6 aprel tarixli imtahanların iştirakçılarına vacib XƏBƏR

Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarını FIFA referiləri idarə edəcəklər

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Almaniya Azərbaycandan üzr istədi

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb

Putin 160 min nəfəri orduya ÇAĞIRDI

“Santuş istefaya göndərilməsini gözləyir” - Polşa mətbuatı

Fransanın müxalifət liderinə cəza VERİLDİ - 4 İL

Məni torpağa basdırmayın! - Volkan Konakın VƏSİYYƏTİ

Paşinyan bu müsəlman dövlətlərinin başçılarını təbrik etdi - SİYAHI

Üç lider arasında tarixi görüş: bəyannamə imzalandı - FOTO

Tramp İranı bombalasa... - Xameneidən CAVAB

Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Tramp yenidən Ukrayna nizamlanmasında “böyük irəliləyiş” olduğunu söyləyib

Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Ombudsman bəyanat yayıb

İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi - Foto

Bütün xəbərlər