Kərim Tahirov

Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi,

Professor, kitabxanaşünas alim 

 

Millətlərin tərəqqisində, milli şüurun oyanışı və milli özünüdərk prosesində, dünya sivilizasiyasından yararlanmasında mətbuatın özünəməxsus yeri var. Təsadüfi deyil ki, Azərbaycanın maarifpərvər ziyalıları, klassik ədəbi nümunələrin yaradıcıları mətbuatı "xalqın görən gözü, eşidən qulağı, danışan dili" adlandırırlar. Azərbaycan xalqının milli dirçəliş yoluna qədəm qoyması, dövlət və dövlətçilik ideyalarının formalaşması, ictimai münasibətlərə hazırlanmasında milli mətbuatın rolu böyük və əvəzolunmazdır. Məlum faktdır ki, mətbuat tariximizin başlanğıcı ictimai-milli şüurumuzun inkişaf tarixi ilə üst-üstə düşür. Çünki bu şüurun yaradıcısı milli mətbuat nümunələridir. XIX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya imperiyasının daxilindəki hadisələr Azərbaycandan da yan ötmədi. İmperiya daxilindəki xalqların həyatında milli-mənəvi oyanış prosesi baş qaldırdı.

XIX əsrin ortalarında ölkəmizdə gedən siyasi, iqtisadi və mədəni proseslər maarifçilik hərəkatının inkişafına, ictimai fikrin yeni ifadə vasitəsi olan mətbuatın meydana gəlməsinə şərait yaratmışdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır. "Əkinçi" nəşri ilə Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

"Əkinçi"dən sonra işıq üzü görən "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" kimi onlarla qəzet və jurnal ötən əsrin əvvəllərində anadilli mətbuatımızın sonrakı tarixini yaratdılar. 

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.

         Bu il 149 yaşını qeyd edən mətbuatımızın inkişaf tarixindən bəhs edərkən, dövlət müstəqilliyimizin bərpəsından sonrakı dövrə də toxunmaq mütləqdir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümumilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində həyata keçdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır.

Bu gün Ulu Öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrii üçün hərtərəfli şərait yaradılır. Ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.  KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir.  

Son xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın stolüstü tennisçiləri Türkiyə Super Liqasının ikinci turunda mübarizə aparacaqlar

Vladiqafqazda pirotexnikanın qanunsuz istehsalında şübhəli bilinən şəxslər saxlanılıb

Masazırda iki qadın qətlə yetirilib

Qoxu itkisi və yuxusuzluğa diqqət: Gizli əlamət ola bilər

XTQ-nin bölmələrində inspeksiya yoxlamaları keçirilib

Naxçıvanda Ombudsman təsisatı ləğv edilib

Xameneinin nümayəndəsi: İran Hörmüz boğazını ABŞ-la müharibə bitdikdən sonra açacaq

MİDA-nın bir qrup əməkdaşı "Tərəqqi" medalı ilə təltif edilib

WUF13: Bakı qlobal şəhərsalma siyasətlərinin formalaşdığı mərkəzə çevrilir

BMT: Livan İsrailin zərbələri səbəbindən ərzaq böhranı ilə üzləşəcək

MM əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifini ilk oxunuşda qəbul edib

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Bu gün Suraxanıda işıq kəsiləcək

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

KİV: İranda gecə partlayışlar və atışma səsləri eşidilib

Parlamentdə vacib gün: 11 məsələ bir iclasda

İsrail ordusunun Livana hücumlarında 303 nəfər ölüb

Danışıqlarda İranı onlar təmsil edəcək

İnvestorlar atəşkəsə görə 1 milyard - Pul qoydular

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib - YENİLƏNİB

Paytaxtın bəzi yollarında gecə saatlarında təmir işləri aparılacaq

Vilayət Eyvazov Türkiyənin daxili işlər naziri ilə görüşüb

MM-də Azərbaycan-Türkiyə-Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının iclası keçirilir

Bütün xəbərlər