İmani Müəllim - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

XX əsrin son onilliyində ölkəmizdə cərəyan edən ictimai-siyasi proseslərin birbaşa məntiqi nəticəsi və başlıca siyasi hadisələri sırasında Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının yaranması özünəməxsus yer tutur. Onun yaranması hər şeydən əvvəl zamanın çağırışlarına və ölkəni real təhlükələrdən xilas etməyə qadir olan lider axtarışlarına cavab reaksiyası kimi qiymətləndirilməlidir. Həmin dövrdə Azərbaycan xalqı və Azərbaycan ziyalıları ölkənin düşdüyü çətin vəziyyətdən çəxartmaqın, daxili qarşıdurmanın, vətəndaş müharibəsinin qarşısının alınmasının yeganə yolunun Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişində gördülər. Həmin dövrdə  gələcəyin ən güclü siyasi partiyasının - YAP-in meydana çıxması, əslində, bir sosial sifariş, tarixi zərurət idi. Yeni Azərbaycan Partiyası həqiqi mənada əvvəldən nəzərdə tutulduğu kimi, tədricən ümumxalq partiyasına çevirmək mərhələsinə başladı, tamamilə yeni siyasi mədəniyyət daşıyıcısı kimi hamının diqqətini özünə cəlb etdi. Partiya bütün respublikada ictimai əsaslarla, yəni hec bir maliyyə imkanı olmadan fəaliyyət göstərirdi. Öz tarixi köklərinə söykənən müstəqil Azərbaycan  cəmiyyətində  siyasi sistem  institutu bir təsisat olaraq 1993-cü ildən yeni, həm də çətin bir mərhələyə qədəm qoymağa başladı. Həmin il hakimiyyətə gələn Ulu Öndər mədəniyyətimizi, siyasi dəyərləri dağılmaq təhlükəsindən xilas etmiş oldu. Ümummilli liderin qətiyyətli  addımları nəticəsində Azərbaycanın maddi sərvətləri, mənəvi dəyərlərı özünə  qaytarıldı. Hələ o vaxt dahi rəhbər dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi Azərbaycanın gələcəyi üçün qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoyurdu. Dövlət siyasətinin səmərəlliyi bütün dövrlərdə Ulu Öndərimiz Heydər Əliyevin böyük diqqəti və qayğısı əhatəsində olmuşdur.

 Ulu Öndərin yenidən siyasi hakimiyyətə qayıdışı bu dəfə suveren, müstəqil Azərbaycanın təməlini qoydu. Ulu Öndər ilk diqqəti məhz cəmiyyətin daxili resurslarına səfərbərliklə başladı. Cəmiyyətə yönələn müasir mütərəqqi ideyalar Ulu Öndər şəxsiyyətinin böyüklüyündən xəbər verirdi. Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər məhz Ümummilli liderin ideyaları ilə reallaşdı. Nəticədə öl¬kənin sərvətləri, iqtisadı, siyasi və mədəni potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi.  Müstəqil dövlət qurmaq üçün vacib olan milli iradədən tutmuş iqtisadi imkanlar və beynəlxalq dəstək də daxil olmaqla, bütün şərtlər, demək olar ki, mövcud idi. Ölkənin sərvətləri, iqtisadı, siyasi və mədəm potensialı, əlverişli geosiyasi vəziyyəti, zəngin neft-qaz yataqları və digər resursları həm müstəqil dövlət quruculuğunu, həm də Azərbaycanın regionda və dünyada özünə layiq yerini tutmasını şərtləndirirdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin əməyi sayəsində Azərbaycan öz müstəqilliyini əbədi və dönməz etdi. Bu uğurlu siyasətin nəticəsidirki, bu gün Azərbaycan qalib və güclü dövlət kimi dünya dövlətləri arasında oz layiqli yerini tutur.

Son xəbərlər

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Bütün xəbərlər