Zəfər Qurbanov: “Azərbaycan Gəncliyinin tərəqqisi dövlətin daim diqqət mərkəzindədir”

 

Zəfər Qurbanov

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru 

 

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Dövlət gənclər siyasəti dedikdə də gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur. “Gənclər siyasəti haqqında” Qanunda da bu məqsədlər özəksini tapıb. Kompleks tədbirlər gənclərin hərtərəfli inkişafını yüksək səviyyədə təmin edir, gələcəyə daha inamla baxmaları üçün stimulverici amil rolunu oynayır.

Zəfər Qurbanov: “Azərbaycan Gəncliyinin tərəqqisi dövlətin daim diqqət mərkəzindədir”

 


Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Azərbaycan müstəqillik qazandıqdan sonra, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu. Həmçinin Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən gənclərin I Forumunun xüsusi rolu oldu. 1996-cı il fevralın 2-də keçirilən bu forum Ümummilli Lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Sonrakı illərdə 1999, 2003, 2005, 2008 və 2011-ci illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramını təsdiq edib. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişafetdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti lhamƏliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktblərində təhsil almağa göndərilməsi də gənclərin təhsilinin artırılmasına xidmət edən addımlardandır. Gənclərimiz həm təhsillərini davam etdirir, həm də ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəal iştirak edirlər. Onların təhsil aldıqları ali məktəblərdə keçirdikləri təbliğat xarakterli tədbirlər də bu məqsədə yönəlir.
Azərbaycan Prezidentinin 2007-ci ilin fevralın 2-də Prezident Sarayında Gənclər Günü münasibətilə gənclər təşkilatının nümayəndələri ilə görüşməsi, həmin ilin Azərbaycanda “Gənclər ili” elan olunması gəncliyin həyatında ən unudulmaz, yadda qalan hadisələrdən biridir. Cənab Prezidentin gənclər qarşısında nitqi təkcə gənclər üçün deyil, bu sahədə çalışan hər bir vəzifəli şəxs üçün fəaliyyət proqramına çevrildi. Dövlətimizin başçısı gənclərlə bağlı siyasətində çoxsaylı yeniliklərin olduğunu açıqlamaqla yanaşı, gəncliyin qarşısında üç mühüm vəzifənin durduğunu qeyd edib: “Peşəkarlığı və intellektual səviyyəni artırmaq, torpağa, yurda bağlılıq və ən nəhayət yüksək, insani keyfiyyətlərin formalaşdırılması”.
Yuxarıda qeyd edildiyi kimi, Prezidentİlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi gənclər siyasətini daha da inkişaf etdirməyə, gənc mütəxəssislərin işlə təminatına, sosial-iqtisadiproblemlərin həllinin təmin edilməsinə xidmət edir.
Qəbul olunan proqramda bütün həlli vacib məsələlər öz əksini tapıb. Dövlət başçımız 19 dekabr 2011-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması, eyni zamanda, 2 iyul 2013-cü il tarixli Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də əhəmiyyətli addımlardandır. Məqsəd gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etməkdir. Dövlət başçısı İlham Əliyevin 2011-ci ildə keçirilən Gənclərin VI forumunun iştirakçılarına təbrik məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.
Bu gün möhtərəm Prezidentin rəhbərliyi ilə təhsil ocaqlarında yüksək standartlara uyğun maddi - texniki bazanın yaradılması, müasir tədris prosesinin tətbiq edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən məktəblər tikilir, tədris müəssisələri yeni avadanlıqlarla, kompüterlərlə təchiz edilir.
Gənclərimiz artıq başqa Azərbaycanı, qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. 44 günlük Vətən müharibəsində hərbiçilərimizlə birgə idmançılarımızda silaha sarılaraq möhtəşəm Qələbəmizin reallaşmasına öz imzalarını atdı.
Həmçinin, bu gün respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna daha bir sübutdur.
Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır.

Son xəbərlər

Binəqədi rayonunun bəzi ərazilərində işıq olmayacaq

Tramp ABŞ texnologiya şirkətlərinə təzyiq edən ölkələri rüsumları artırmaqla hədələyib

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Bütün xəbərlər