Rəşad Cəbrayılov

Salyan Rayon İcra Hakimiyyətinin Başçısının müavini 

 

Azərbaycan 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsində qələbə qazanaraq Ermənistanı məğlub etdi və işğala son qoydu. 44 günün hər günü bizim şanlı tariximizdir, çünki bizim ordumuz hər gün irəli gedir, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. Biz yalnız bir amalla vuruşurduq ki, işğala və uzun illər davam edən haqsızlığa son qoyaq. Bu gün qürur hissi ilə deyə bilərik ki, biz öz istədiyimizə nail olduq, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarix yazdı, güclü liderin qətiyyətli mövqeyi və siyasəti, xalqın dəstəyi sayəsində bənzərsiz nailiyyətə imza atıldı. Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə milli qürur və ləyaqətin bərpasına, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Bu gün müqəddəs Azərbaycan Bayrağı mədəniyyət beşiyimiz olan Şuşada, füsünkar təbiətə malik Kəlbəcərdə, Laçında, gözəl şəhərimiz Xankəndidə, eləcə də Qarabağın və Şərqi Zəngəzurun digər ərazilərində vüqarla dalğalanır.

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti hələ 1980-cı illərin sonlarından başlamış, 1990-cı illərin əvvəllərində isə artan işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuş və 30 ilə yaxın müddət ərzində Azərbaycan əraziləri işğal altında qalmışdı. 1980-ci illərin sonlarında Zəngəzur, Göyçə, İrəvan mahalı kimi tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlı didərgin salınmışdır. Bu mənzərə daha sonra Dağlıq Qarabağda müşahidə olundu və düşmən dinc əhalimizə qarşı hərbi cinayətlər törətmişdir.

Son illər ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları müharibəni qaçınılmaz etmişdi. “Qarabağ Ermənistandır” deməklə Ermənistan rəhbərliyi danışıqlıqlara son qoymuş və xaricdən gələn ermənilərin Qarabağda məskunlaşdırılması ilə növbəti hərbi cinayət törətmişdir.

Azərbaycan uzun illər beynəlxalq tədbirlərdə Qarabağın tarixi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmış və apardığımız siyasi-diplomatik səylər öz bəhrəsini vermişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar bizim haqq işimizi dəstəkləmiş və beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaranmışdır. Lakin son illər dünyada gedən proseslər onu göstərdi ki, beynəlxalq hüquq kobudcasına pozulur, bəzi ölkələr güc tətbiq edərək, öz məqsədlərinə çatırlar. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi.

2020-ci ilin sentyabrın 27-də kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qaldı və mülki şəxslər, hərbiçilər arasında itkilərimiz oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan əsgərinə işğal altında olan torpaqlarımızın azad edilməsi və işğala son qoyulması haqqında əmr verdi. Azərbaycan cəmi 44 gün ərzində öz gücünə tarixi ədaləti bərpa etdi. Baxmayaraq ki, Dağlıq Qarabağın ərazisinin coğrai relyefi düşmən üçün daha əlverişli idi, lakin əsgər və zabitlərimiz qəhrəmanlıq, şücaət göstərərək, şərəfli missiyanı yerinə yetirdilər və torpaqlarımız düşmən tapdağından azad olundu. Cəbrayıl, Füzuli, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi döyüş meydanında düşməndən təmizləndi və müqəddəs şanlı Azərbaycan bayrağı orada dalğalandırıldı. Noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi və bununla da Ermənistan təslim olmağa məcbur edildi. Şuşanın azad edilməsi olduqca mühüm tarixi hadisə idi. Qəhrəman övladlarımız Şuşanı dağlardan, dərələrdən, qayalardan keçərək, əlbəyaxa döyüşdə azad etdilər. Şuşanın 30 ilə yaxın hərbi-siyasi əsarətdən xilas edilməsi ayrıca qəhrəmanlıq dastanıdır. Daha sonra daha 70 kənd azad edildi və Ermənistan ağ bayraq qaldıraraq, diz şökdü. Beləliklə, biz Ermənistanı döyüş meydanında məhv etdik. Uzun illər dillər əzbəri olan güclü Ermənistan ordusu haqqındakı mif darmadağın edildi. Noyabrın 10-da Ermənistan məcbur qalaraq, kapitulyasiya aktına imza atdı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bu özü də onu sübut edir ki, biz həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazandıq.  Münaqişə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi ərazilərimiz düşmən tərəfindən hədəfə alınmış, mülki şəxslər şəhid edilmişdir. Müharibə qanunları kobud şəkildə pozularaq, insanlıq ayaqlar altına alınmışdır.

Bu il sentyabrın 19-20-də isə torpaqlarımızın qalan hissəsi uğurlu antiterror tədbirləri ilə 24 saatdan da az müddətdə düşməndən təmizləndi və azadlığa qovuşdu. Azərbaycanın suverenliyi tam şəkildə bərpa olundu.

İndi bizim üçün tamamilə yeni dövr – quruculuq dövrü başlayıb. Ermənistan işğal edilmiş bütün torpaqlarımızı yerlə-yeksan edib, bütün binalar, tarixi abidələr, məzarlıqlar dağıdılıb. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Şəhidlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Qarabağ Ana Vətəninə qovuşub və otuz illik həsrət sona çatmışdır.

Son xəbərlər

Prezident İlham Əliyev onu böyük lider adlandıran Donald Trampa təşəkkür edib

Növbəti üç gündə Bakı və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ

Qəbələdə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq

İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Bütün xəbərlər