Tofiq Hüseynov: “Azərbaycan xalqı tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi”

Tofiq Hüseynov-“İşğalçı Ermənistan 30 il ərzində doğma torpaqlarımızı işğal altında saxlamaqla bərabər, vaxtaşırı təxribatlar törətməkdən heç çəkinmədi. Mənfur düşmənin silahlı qüvvələri ölkəmizə qarşı təxribat törədərək, hərbi obyektləri, eyni zamanda, mülki əhalini hədəfə aldı. İllərlə davam edən danışıqlar təəssüf ki, heç bir nəticə vermədi.

Beləliklə Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qeyd edim ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.

Məhz, bütün bunlardan sonra Rəşadətli Ordumuz beynəlxalq hüquqa əsaslanaraq, ərazi bütövlüyümüz uğrunda əks-hücuma keçməklə tarixi torpaqlarımızı düşmən tapdağından xilas etməyə başladı.

Tarixi II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Elə Şəhidlərimizin qisası döyüş meydanında alındı. Azərbaycan dövləti öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ məhz, döyüş meydanında təmin etdi. Düşmənin hərbi birləşmələrinin işğal etdiyi və 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları böyük Zəfərlə azad edildi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu ərazi bütüvlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı. Bəli,
vaxtilə işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması, əlbəttə ki, bütün dövrlərdə cənab Prezidentin uğurlu dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi olmuşdu və buna da böyük müvəffəqiyyətlə nail oldu.

Hər zaman danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan dövləti bütün bunlarla bərabər, dayanıqlı, güclü ordu yaradırdı. Ümummilli Liderin hakimiyyəti dövründə olduğu kimi, Ordu quruculuğu hər zaman Ali Baş Komandan İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Sözsüz ki, bütün bu illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Fəxrlə qeyd edə bilərəm ki, Ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Eyni zamanda, ölkəmizdə hərbi sənaye kompleksinin yaradılması dövlətimizin hərbi qüdrətini artırdı. Bütün bu uğurların ən ümdə və unudulmaz nəticəsini məhz, Böyük Zəfərlə bitən II Qarabağ müharibəsində gördük.

Bəli, bunlarla yanaşı, ölkəmiz son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal edir. Bugün, dünyanın aparıcı beynəlxalq sərgilərində ölkəmizin hərbi məhsulları nümayiş olunur. Təbii ki, bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Hər zaman olduğu kimi, bugün də Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Heç şübhəsiz ölkəmiz öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Milli Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Həmçinin hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələrini genişləndirir, tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuş beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir.

Hər bir halda, bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan dövləti transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaradıb. Ölkəmiz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib edib. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, eyni zamanda, bütün Türk dünyasının, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Dövlətimizin beynəlxalq nüfuzu günü gündən güclənir.”

Son xəbərlər

Ceyhun Bayramov ilə Sergey Lavrov regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

Tramp Zelenski və Putini təkbətək görüşdürmək istəyir

Aİ, Britaniya və Avstraliya XİN başçıları İsrailin yeni planını pisləyib

Füzuli və Arxadağ şəhərləri qardaşlaşıb

Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərlənib

Əli Əsədov Çin Yol və Körpü Korporasiyasının prezidenti ilə görüşüb

Füzulidə Türkmənistanın hədiyyəsi olan məscid tikiləcək

Üç ölkə lideri yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış ediblər

Ermənistanın hücumları nəticəsində Laçında yaralanmış şəxs: İşğal zamanı qəbirlərin başdaşıları dağıdılıb, meyitlərin qızıl dişləri çıxarılıb

Rusiya Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədovla təkbətək görüşü olub

Azərbaycan neftinin qiyməti 69 dolları keçib

Polşa XİN Rusiyaya etiraz notası göndərib

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib

Prezident İlham Əliyev Kəlbəcər şəhər parkının təməlini qoyub - YENİLƏNİB

Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər

Prezident: 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi

Bütün xəbərlər