Azərbaycan xalqı tarixən mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağı bacaran və s. kimi göstəriciləri özündə cəmləşdirən övladlarının qürurlu adları ilə fəxr edib, onların atdıqları addımları yaddaşlarda saxlayıb və həmin övladların adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, yaxın-uzaq tariximizin hər bir dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə oğul və qızlarımız olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Bu belə olub, yəqin ki, bundan sonra da belə olacaq.

 

Çünki, dünyanın bir çox xalqlarında olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri və s. var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübut edən göstəricilərdir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Belə bir göstəriciləri özlərində cəmləşdirənlər nəcib işlər gördüklərinə görə sevilirlərsə, onların boya-başa çatdıqları torpağı təmsil edənlər isə, daha çox sevinirlər, daha çox qürur hissi keçirirlər. Çox vaxt belə bir hisslər ümumxalq xarakteri daşıyır və xalq öz sevimli övladlarının qürurlu adları ilə fəxr edirlər. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq məhəbbətini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Ramazan Zeynalovdu.

Yaxşı hal o olar ki, hər bir Adəm övladı yaşadığı ömür yollarında elə bir iz qoysun ki, həmin şəxsin barəsində söhbət düşərkən adı həmişə fəxrlə çəkilsin, hər kəs öz yanaşması ilə həmin şəxsə qarşı bəlli münasibətini ortaya qoymağı bacarsın. Ramazan Zeynalovun xeyirxah əməllərinin, böyüklüyünü, atdığı addımlarının, verdiyi məsləhətlərinin, insanlara qarşı münasibətinin və s. əhəmiyyətini bu gün də hər kəs görür, lazımınca da dəyərləndirir. Əslinə baxsan, bu şəxsə qarşı yüksək insani münasibətin formalaşmasına əsas səbəb, ona göstərilən hörmət və ehtiramın nəticəsidir.

Ümumiyyətlə, Ramazan Zeynalovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyəti onu göstərir ki, hal-hazırda hər kəsin bu şəxsə qarşı xüsusi rəğbəti, sonsuz məhəbbət hissi var. Düzdür, hər bir bölgədə, ayrı–ayrı şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksəriyyətin tanıdığı tanınmış ağsaqqallar, imkanlı şəxslər, müəyyən qədər nüfuza malik olan insanlar var. Amma, onu da etiraf etmək lazımdır ki, həmin şəxslər əksəriyyət tərəfindən tanınsalar da, heç də onlar hər kəsin rəğbət hissini qazana bilmirlər. Çünki, həmin şəxslərin sahib olduqları və milyonlarla dəyərləndirilən var–dövlətləri, hətta malik olduqları nüfuzları və s. çox zaman onların şəxsi məqsədlərinin həllinə yönəldilir. Belə insanlardan tamamilə fərqlənən Ramazan Zeynalov isə, bu gün nəinki təmsil etdiyi bölgənin, hətta digər bölgə sakinləri tərəfindən də rəğbət hissi ilə qarşılanan şəxs olaraq tanınır və qəbul edilir. O, əslində əksər imkansızlar, köməyə ehtiyacı olanlar, könülləri intzarda qalıb yol gözləyənlər üçün sanki bir dayaqdır, "sönməz məşəldir”. Unutmaq olmaz ki, Ramazan Zeynalovun fəaliyyəti hər zaman göz önündə olub, geniş ictimaiyyəti tərəfindən daim qiymətləndirilib.

Hal-hazırda respublikamızda hər kəs Ramazan Zeynalovun qürurlu adı ilə öyünür, onunla iftixar hissi keçirirlər. Çünki, bu şəxs indiyə kimi xeyirxah əməlləri, atdıgı addımları ilə yaşadığı ömür yollarında elə bir iz qoyub ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub. Bu gün o, hər kəs üçün əzizidir, hər kəsin rəğbət bəslədiyi, hörmət göstərdiyi bir şəxsdir. Belə bir səbəbdəndir ki, vətənimizin sayılıb–seçilən övladlarından biri olan Ramazan Zeynalovun adı el-oba arasında dillər əzbəridir. Qeyd edək ki, kim onu hansı tədbirdə, hansısa ünvanda görürsə daxilən sevinir, bu şəxsə qarşı olan hörmət-izzətini bildirməyi də gizlətmir. Bəli, belə bir münasibətin varlığı onu göstərir ki, Ramazan Zeynalov böyük şəxsdir, hər kəs üçün örnək ola biləcək bir ziyalıdır.

Bəli, bu gün Ramazan Zeynalov olduqca strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, zəhmət çəkir və o, böyük Allah-Təalanın bəxş etdiyi ömür yollarında silinməz izlər də buraxır. Bir anlığa diqqət yetirək ki, indiyə kimi Ramazan Zeynalov sahəsində çoxsaylı yeniliklər əldə olunub və bu gün də əldə olunmaqdadır. Hər kəsə bəllidir ki, bu şəxs yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olmasından xəbər verir. Hal-hazırda Ramazan Zeynalov daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran Ramazan Zeynalov, hazırda elə bir addımlarını atır ki, o, son anda hər kəsin rəğbət hissini qazanmağı bacarır. Ən əsası, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, bu şəxsin heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Ramazan Zeynalov elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidə və amala sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Bundan əlavə,Ramazan Zeynalov yüksək elmi savada və texniki biliyə malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəblər üzündəndir ki, bu şəxs istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları da əldə edir. Belə ki, bu şəxs hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutaraq lazımi addımlarını atır. Faktdır ki, xarakterik xüsusiyyətində sadəliyi sevən, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibət nümayiş etdirməyi bacaran Ramazan Zeynalov, bu gün də insanlara lazımi səviyyədə diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində mümkün olan köməkliyini də göstərir. Bu şəxs ona həvalə olunan hər bir işin öhdəsindən yüksək səviyyədə gəlməyi də bacarır. Bəli, o, bugünə kimi hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, hörmətli Ramazan Zeynalovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.

Bundan əlavə o, ölkə rəhbərinin yürütdüyü daxili iqtisadi siyasətə də lazımınca dəstəyini ifadə edir. Ötən illər ərzində dövlətçiliyə sədaqətlə xidmət edən və bir çox vəzifələri daşıyan Ramazan Zeynalova, heç bir halda "qara ləkə” yapışmır. Unutmaq olmaz ki, bu şəxs 44 günlük Vətən müharibəsinin gedişi zamanı şəhid ailələrinə baş çəkir, hüzr mərasimlərində iştirak edir, imkan daxilində onların ailələrinə müəyyən köməkliyini də göstərir. Yəni, bu gün də Ramazan Zeynalov şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğısını göstərməkdə davam edir.

O halın varlığını da qeyd edək ki, bugünədək Ramazan Zeynalovun əldə etdiyi uğurlar təkcə onun deyil, bütövlükdə xalqımızın, dövlətimizin uğurlardır. Faktdır ki, bu gün qarşımızda daha böyük məqsədlər, strateji amallar durur ki, bu da hər bir vəzifə sahibindən öz işinə məsuliyyətlə yanaşmağı tələb edir. Əgər vəzifə sahibi olan hər kəs üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələrsə, o halda nəinki ümumi məqsədlərimizin həllinə, hətta dünyaya şölə saçan doğma Azərbaycanımızın daha da şan-şöhrət tapmasına nail ola bilərik. Bəli, bu günün özü də bir tarixdir. Əgər vəzifə sahibi olan hər kəs xalqı, dövləti üçün çalışarsa, potensialını bu yöndə səfərbər edərsə, deməli həmin şəxsin adı bugünkü tariximizə yazılacaq və illər keçsə də, həmin şəxs lazım olduğu qiymətini də alacaq.

Son xəbərlər

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib

DİN: Ötən gün 2 avtomat, 13 tüfəng aşkarlanıb

Bütün xəbərlər