
---
1.03.2023, 11:11
Sədərək Gömrük Postunun rəisi dəyişib - ƏMR

Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb.
PressXeber.info apa-ya istinadən xəbər verir ki, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib.
Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.