pressxeber.info
pressxeber.info

Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək

19 dəfə baxılıb 13-11-2019, 11:57

Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək

 

Türkiyə noyabrın 14-dən 16-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək VIII Beynəlxalq Mədəniyyət Forumunda beş film nümayiş etdirəcək. AZƏRTAC xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz söyləyib.

Nazir müavini qeyd edib ki, Rusiyanın şimal paytaxtının “Rodina” kinoteatrında nümayiş olunacaq filmlər rus dilində subtitrlərlə təqdim ediləcək. Tük filmlərinin nümayişi Kann kino festivalında göstərilmiş “Vəhşi qrup” ekran əsəri ilə başlayacaq. Özkan Yavuz əlavə edib ki, Rusiyada Türkiyənin seriallarına və filmlərinə böyük maraq var. Bundan başqa, bu il türk kinematoqrafçıları Moskva Kino Festivalının fəxri qonağı olublar.

Türkiyəli nazir müavini xatırladıb ki, 2019-cu ildə hər iki ölkədə keçirilən Rusiya-Türkiyə Mədəniyyət İli çərçivəsində mədəniyyət, habelə turizm sahəsində bir sıra tədbirlər keçirilib. “Nazir Məhmət Nuri Ərsoy iki dəfə Moskvaya səfər edib. İki ölkə arasında mədəni əlaqələrin inkişafı xalqlarımızı da məmnun edir”, -deyə o əlavə edib.

Xatırladaq ki, çarpaz Mədəniyyət İli aprelin 8-də Rusiya və Türkiyənin nazirlərinin iştirakı ilə açılıb. Bu çərçivədə konsertlər, teatr və sirk tamaşaları, sərgilər təşkil olunub. Noyabrın 21-də isə Rusiyanın Əməkdar artisti, pianoçu Andrey Pisarev Türkiyənin Prezident Simfonik Orkestrinin müşayiəti ilə Türkiyədə konsert verəcək.

Türkiyə Peterburq Beynəlxalq Mədəniyyət Forumunda “Xüsusi proqram” statusu çərçivəsində iştirak edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi