pressxeber.info
pressxeber.info

“I am Jazzman” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

113 dəfə baxılıb 24-10-2019, 17:12

“I am Jazzman” müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

 

Beynəlxalq Muğam Mərkəzində “Bakı Jazz” Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən gənc ifaçıların “I am Jazzman” müsabiqəsinin iştirakçılarının qala-konserti və qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə gənc ifaçılar vokal imkanlarını nümayiş etdiriblər. Rusiya, Ukrayna və Azərbaycanın gənc vokal ifaçıları birlikdə çıxış edərək, dünyaca məşhur caz ustalarının əsərlərini və milli caz kompozisiyalarını səsləndiriblər.

Konsertdə vokal ifalarla yanaşı, skripka, piano, gitara və başqa musiqi alətlərində instrumental caz improvizələr də təqdim edilib.

Sonda gənc caz ifaçılar festivalın direktoru Leyla Əfəndiyeva və münsiflər heyətinin sədri Rauf Əliyev tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ağustos 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi