pressxeber.info
pressxeber.info

Britaniya telekanalı Putin haqqında film çəkəcək

30 dəfə baxılıb 22-08-2019, 10:47

Britaniya telekanalı Putin haqqında film çəkəcək

 

Böyük Britaniyanın “Channel 4” telekanalı Rusiya Prezidenti Vladimir Putin haqqında sənədli film çəkməyə hazırlaşır.

Rusiya, ABŞ, Avropa və Britaniyada çəkiləcək, üç bölümdən ibarət sənədli filmdə Rusiya liderinin cavanlığı, kəşfiyyatçı bacarıqları, eləcə də siyasi karyerasından danışılacaq.   

Prodüser Ceyms Roqanın sözlərinə görə, hazırda dünyada baş verənləri başa düşmək üçün Vladimir Putini anlamaq lazımdır.

Telekanalın əməkdaşı Fatimə Salariya əlavə edib ki, yeni film hamını maraqlandıran fiqura yeni baxış bucağı açacaq.

Filmin dəqiq yayım tarixi hələlik açıqlanmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi