{category-title}

"Bu qanunsuzluqlar hələ də aradan qaldırılmayıb..." - GİLEY

 Vətəndaş Sakin Abdulhüseyin oğlu Ağayev Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanovun fəaliyyətinən ölkə başçısına şikayət edib.

Unikal.org-un məlumatına görə, şikayət ərizəsində vətəndaş məhkəməni bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, qanunları pozmaqda ittiham edib.
Şikayəti aşağıda olduğu kimi təqdim edirik:

- Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə 
Hörmətli Möhtərəm Prezident!
Nəzərinizə çatdırıram ki, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu İbrahimov Fikrət Vəli oğlu adlı bir fırıldaqçı ilə cinayət əlaqələrinə girərək, aidiyat prinsipini pozmaqla iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017 - ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir (Yalnız iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanmış, mən və ailə üzvlərimin heç birinə aidiyyatı olmayan və bizim tərəfimizdən imzalanmayan, iş materiallarından götürülmüş saxta «müqavilənin» sürəti əlavə olunur).

Baxmayaraqki, bütün bu qanunsuzluqları və saxtakarlıqları təstiq edən sübutlar ortadadır və həmin faktlar kütləvi informasiya vasitələrində də yayımlanmışdır, kimlərinsə tapşırığı ilə bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılmışdır. Bu haqqsızlıqlardan xəbər tutan Azərbaycanın 35 tanınmış ziyalısı 12 iyun 2019-cu il tarixdə müraciət edərək məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına gətirilmiş bu faciə barəsində Sizi məlumatlandıraraq bizim pozulmuş hüquqlarmızın bərpa edilməsinə yardım etməyinizi xahiş etmişlər (müraciətin surəti əlavə olunur). Lakin, təəssüf hissi ilə qeyd etmək istəyirəmki, bəhs etdiyimiz müraciətdən bir ay keçməsinə baxmayaraq, bu qanunsuzluqlar hələdə aradan qaldırılmamışdır.

Əlacsızlıq ucbatından mən həmin qətnamədən Avropa Məhkəməsinə şikayət vermək məcburiyyətində qalmışam. Lakin bu biabırşı qətnamənin Avropa Məhkəməsində müzakirəsinə qədər Ali Məhkəmənin Plenumuna çıxarilıb baxılması və ədalətli qərar qəbul edilməsi mümkündür!

Əlavə olaraq mən 21.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edərək, məhkəməni aldatdığına və saxta sənəd təqdim etdiyinə görə İbrahimov Fikrət Vəli oğlu və bilə-bilə ədalətsiz qətnamə çıxarmış Pirallahı Rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu barəsində cinayət işinin başlanması üçün şikayət ərizəsi vermişəm (şikayət ərizəsinin surəti əlavə olunur). Lakin, əməllərində açıq-aydın cinayət tərkibi olan bu şəxslər barəsində hələdə heç bir tədbir görülməmişdir.

Hörmətli Möhtərəm Prezident!

Mənim və ailə üzvlərimin həyatı təhlükədədir. Bir fırıldaqçının sifarişi ilə məhkəmə orqanları məni özümə qəsd etmək həddinə çatdırıblar. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sizdən bu işi Ali Məhkəmənin Plenumuna çıxarilıb qanuna uyğun şəkildə baxılması və ədalətli qərar qəbul edilməsi, bu iş üzrə əməllərində açıq-aydın cinayət tərkibi olan şəxslər barəsində cinayət işinin başlanılması məsələlərini nəzarətə götürməyinizi və məni şəxsən qəbul etməyinizi xahiş edirəm.

Ailəmizin ümüdü Sizədir, Möhtərəm Prezident! 

Hörmət və ehtiramla,

Ağayev Sakin Abdulhüseyin oğlu, 

10 iyul 2019-cu il

Əlaqə telefonu: 012 490 29 13, mob. 050 213 13 04.

Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.
 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər