{category-title}

35 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN

 

 

Azərbaycanın 35 tanınmış ziyalısı adından Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlanıb.

Modern.az saytının redaksiyasına göndərilən müraciətdə ziyalılar məhkəmədə haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini ölkə rəhbərliyindən xahiş edirlər.

Həmin müraciəti olduğu kimi təqdim edirik.


***

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya

surəti: AR Konstitusiya Məhkəməsinin sədri Cənab Fərhad Abdullaye və AR Məhkəmə-Hüquq şurasının sədri Cənab Fikrət Məmmədova

Hörmətli Möhtərəm Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli cənablar! 


Bu müraciəti Sizə ünvanlamaqda yeganə məqsədimiz Azərbaycan məhkəmələri tərəfindən bir ziyalı vətəndaşımız və onun ailə üzvlərinin başına gətirilmiş faciəni nəzərinizə çatdırmaq, nə qədər gec deyil ədalətin bərpa edilməsinə yardımçı olmağınızı istəməyimizdir.

Öncə təəssüf hissi ilə onu qeyd etmək istəyirik ki, kobud saxtakarlıq və qanun pozuntuları ilə müşayiət olunan bu qərarların çıxarılmasında bilavasitə məhkəmə orqanları və hakimlər iştirak etmişdir.

Belə ki, iddiaçı İbrahimov Fikrət adında birisi məhkəməyə müraciət edərək cavabdehlər Ağayev Sakin Abdulhüseyn oğlu, onun həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızı və qızı Ağayeva Dilarə, həmçinin onların tanımadığı Novruzov Abuzər Novruz oğlundan birgə qaydada küllü miqdarda pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı şəhəri Pirallahı rayon Məhkəməsi (hakim - Qəhrəmanov Əkrəm Sabir oğlu) heç bir əsası olmayan bu iddiaya 26.07.17-ci il tarixdə baxaraq, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə ölkəmiz adına ləkə gətirən qanunsuz 2(094)-396/2017 saylı Qətnamə qəbul etmişdir.

Qətnamə qəbul edilərkən yol verilən əsas prosessual pozuntular və qanunsuzluqlar aşağıdakılardan ibarətdir.

Məhkəmənin əsas kimi qəbul etdiyi iki hüquqi səxs arasında olan 14-01 nömrəli 02.02.2015 il tarixli «müqavilə» ancaq iddiaçı “İmpact Sales Co” şirkətinin direktoru İbrahimov Fikrət Vəli oğlu tərəfindən imza edilərək möhürlənsə də, “Caspian Marine Service Ltd” tərəfindən bu sənəd nə imzalanmış, nə də möhürlənmişdir (saxta və imzasız müqavilə müraciətə əlavə olunur). Qarşı tərəf iradə ifadəsini bildirmədiyinə görə həmin «müqavilə»-nin sübut kimi qəbul olunması tam qanunsuzdur. İş materiallarından göründüyü kimi iddiaçı İbrahimov Fikrət Vəli oğlu və cavabdeh Rəhimli Vüsalə Mahmud qızı və ya onun ailə üzvləri arasında hər hansı bir müqavilə mövcud olmamış və iddiaçı tərəfindən cavabdehlərə olmayan müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir.

Mülki işə Pirallahı rayon Məhkəməsi tərəfindən baxılması ərazi aidiyyatı prinsipinin pozulması ilə müşayiət olunmuşdur. İki hüquqi şəxs arasındakı mübahisəyə inzibati-iqtisad məhkəməsində baxılmalı olduğu halda nə üçünsə işə Pirallahı rayon Məhkəməsində baxılması faktı da bu məhkəmə prosesinin qabaqcadan iddiaçının yaxın münasibətdə olduğu hakimlə razılaşdırdığı bir sifariş olduğunu göstərir. Hətta bu saxta iddia işdə adı hallanan fiziki şəxslərə qarşı olsaydı belə, Pirallahı rayon Məhkəməsində bu işə baxılmasına heç bir hüquqi don geyindirmək mümkün olmazdı, yəni iddiaçı və cavabdehlərin heç biri Pirallahı rayonunda pasport qeydiyyatında deyillər və olmamışlar. “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyi üçün” cavabdeh qismində cəlb edilmiş Novruzov Abuzər Novruz oğluna qarşı işə iddiaçı tərəfindən heç bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Novruzov A.N. nə iddiaçını, nə də cavabdehləri tanımadığı halda bu işə cəlb edilməsi sadəcə aidiyyətin Pirallahı Rayon Məhkəməsinə verilməsi üçün lazım olmuşdur. Bunu məhkəmənin çıxardığı xüsusi qərardadın araşdırılması zamanı A.N. Novruzovun verdiyi ifadə və izahatı da təsdiq edir. İş üzrə cavabdeh olan Novruzov A.N. Pirallahı RPİ-nin rəisi, polis polkovniki Cümşüd İsmayılovun adına verdiyi izahatında göstərmişdir ki, o nə iddiaçı İbrahimov Fikrət Vəli oğlunu, nə də cavabdehlər Ağayev Sakin Abdulhüseyn oğlu, Rəhimova Vüsalə Mahmud qızı və Ağayeva Dilarə adlı şəxsləri tanıyır və nə də onlarla hansısa bir münasibəti olub (A.N.Nozruzovun izahatı müraciətə əlavə olunur). Göründüyü kimi mülki işə iddianın inzibati iqtisad məhkəməsinə deyil, məhz Pirallahı rayon Məhkəməsinə verilməsi üçün Novruzov A.N. cavabdeh qismində formal olaraq cəlb edilmişdir.

Cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsi məhkəmə prosesinə dair cavabdehlərin heç birinə xəbərdarlıq etməmiş və hər hansı bir bildiriş göndərməmişdir. Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi arayışa əsasən isə bu məhkəmə prosesi ərəfəsində həmin şəxslər ümumiyyətlə respublika ərazisində olmamışlar. Məhkəmə prosesi demək olar ki, gizli keçirilmiş və iş materiallarından görünür ki, bu sifarişli məhkəmə prosesində yalnız iddiaçının oğlu İbrahimov Şahin şahid qismində iştirak etmişdir. Sual olunur, görəsən bu Fikrət İbrahimov kimdir, belə bir saxta qətnamənin çıxarılmasına o necə nail olub və nə üçün bu qanunsuzluqlar bu ailə üzvlərinə qarşı yönəldilib? F.İbrahimov əvvəllər polis orqanlarında işləmiş və sonradan oradan xaric edilmiş şəxs olsa da, çox yüksək vəzifəli məmurlarla qohumluq əlaqələrinin olduğunu çəkinmədən hər yerdə dilə gətirən birisidir. Bununla yanaşı, Fikrət İbrahimovun fırıldaqçılığı Qazaxstan Respublikası Məhkəmələrində açıq məhkəmə çəkişməsində sübuta yetirilmiş və əksinə, məhz onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq qətnamə qəbul edilmişdir. Lakin İbrahimov Fikrət Vəli oğlu Qazaxstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün müxtəlif saxtakarlıqlara əl ataraq məhkəmə və hüquq-mühafizə orqanlarındakı qohumluq əlaqələrini işə salmaqla, bəzi məhkəmə hakimlərini öz çirkin əməllərində bir alət kimi istifadə etməklə növbəti fırıldaqlara əl ataraq Azərbaycanda bu ailəyə qarşı qanunsuz qətnamə çıxarılmasına nail olmuşdur.

Hörmətli Möhtərəm Prezident!

Hörmətli və əziz Mehriban xanım!

Bu işin ən acınacaqlı tərəfi orasındadır ki, yuxarıda göstərilən bütün bu qanunsuzluqlara və saxtakarlıqlara baxmayaraq kimlərinsə tapşırığı ilə yuxarı məhkəmə instansiyalarında da bu biabırçı və ölkəmiz adına ləkə gətirən qətnamə öz qüvvəsində saxlanılmışdır.

Biz, bir qrup ziyalı, bu ilin əvvəlində Milli Məclisin deputatı, hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin üzvü cənab Çingiz Qənizadəyə müraciət edərək bu xoşagəlməz halın ədalətli araşdırılmasına, hansısa vəzifəli şəxslərin vasitəsi ilə məhkəmə hakimləri tərəfindən törədilən bu özbaşınalıqlara və ölkəmiz adına ləkə gətirən bu qanunsuzluqlara son qoyulmasında köməklik göstərməsini xahiş etmişdik.

Aldığımız məlumatlara görə, bu müraciət əsasında hörmətli deputatımız Ç.Qənizadə Məhkəmə-Hüquq Şurasının sədri və Ədliyyə naziri cənab Fikrət Məmmədovla, Apelyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevlə, AR Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevlə və həmçinin Ali Məhkəmənin Mülki Kollegiya sədri Şəlalə Məmmədova ilə görüşərək, hakim Əkrəm Qəhrəmanovun bu saxta müqavilə əsasında çıxardığı Qətnamə barəsində müzakirələr aparmış və bu işdə ədalətin barpa olunmasına səy göstərmələrini onlardan xahiş etmişdir.

Cənab Ç.Qənizadə «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında AR Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanını» Lider TV , ATV və Real TV proqramlarında müdafiə etməklə bu Fərmanla bağlı verdiyi şərhlər zamanı da bəzi məhkəmə hakimlərinin qanunsuz qərarları barədə fikir bildirərək, hakim Əkrəm Qəhrəmanovun yuxarıda adı çəkilən bu saxta müqavilə əsasında çıxardığı qərarı misal kimi göstərərək məhkəmə hakimləri tərəfindən qanunların belə açıq-aşkar surətdə tapdalanmasının yolverilməz olduğunu bildirmişdir. 
Bundan sonra Ali Məhkəmənin sədri hərəkətə keçmiş və həmin qətnamənin araşdırılmasını Ç.Qənizadənin də iştirakı ilə Ali Məhkəmənin hakimi Qəhrəman Allahverdiyevə tapşırmışdır. Q.Allahverdiyev elə ilk görüşdə bu işdə araşdırılası bir halın qalmadığını, hakim Əkrəm Qəhrəmanovun çıxartdığı qətnamənin nəinki qanunsuz, hətta Allahsız olduğunu göstərmiş və bu barədə Ali Məhkəmə sədrinə və Mülki kollegiya sədrinə məruzə etdiyini demişdir. Lakin bu məruzədən bir aydan çox vaxt keçməsinə baxmayaraq Ali Məhkəmə sədri R.Rzayevin hələ də bu işin Ali Məhkəmə Plenumuna çıxarılmasına dair heç bir hərəkət etməməsi faktı bizi narahat edir.

Ali Məhkəmə sədrinin məhkəmə hakimi tərəfindən törədilən bu qanunsuzluqlara göz yummasına və ədalətin bərpa olunması üçün heç bir hərəkət etməməsinə nə ad vermək olar? Ali Məhkəmə rəhbərliyi ölkə daxilində qəbul edilmiş qanunsuz qətnaməni müdafiə etməkdə davam etməklə yanaşı, həmin fırıldaqçı F.İbrahimovun sifarişi ilə başqa bir beynəlxalq konvensiyanı da pozmuşdur.

Belə ki, Qazaxstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq Qazaxstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, Ali Məhkəmə tərəfindən bu Qətnamə əsassız və qanunsuz olaraq təftiş edilir və tanınmasından heç bir əsas göstərilmədən imtina edilir.

Görünür bu şəxslər üçün öz şəxsi maraqları nəinki Azərbaycan qanunlarından, hətta beynəlxalq hüquq və qanunlardan da üstündür. Buna baxmayaraq, aldığımız məlumata görə AR Konstitusiya Məhkəməsi Qazaxstan Respublikası Məhkəməsi Qətnaməsinin tanınması ilə bağlı AR Ali Məhkəməsinin qanunsuz qərarından verilmiş şikayəti artıq icraata götürmüş və əminik ki, yaxın günlərdə bu işə hüquqi qiymət verəcəkdir.

Hörmətli Möhtərəm Prezident!

Hörmətli və əziz Mehriban xanım!

Biz, aşağıda imza edən bir qrup ziyalı Sizə olan sevgi və inamımıza, bu cür hallara qarşı Sizin barışmaz mövqeyinizə əmin olduğumuz üçün müraciət edərək, belə açıq-aydın qərəzli, məqsədli və tam qanunsuz qətnamənin çıxarılmasında iştirak etmiş hər kəsin, istər hakimlərin, istərsə də digər vəzifəli şəxslərin aşkarlanıb cəzalandırılmasını və ədalətin bərpa olunması üçün müvafiq qurumlara göstəriş verməyinizi xahiş edirik.
 

Son xəbərlər

Türkiyə ordusu İraqda PKK-nın 6 üzvünü öldürüb

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlanıb

Sadır Japarov Avropa Parlamentini Qırğızıstanın işlərinə qarışmamağa çağırıb

Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi

Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb

Yol polisi sürücülərə çağırış etdi

Azərbaycanda aktyor vəfat edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

Makronun sözləri müxalifəti qəzəbləndirdi

Sabahdan Azərbaycanda qış fəsli BAŞLAYACAQ

Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır

Sabah arabir yağış yağacaq - Şənbə gününün HAVASI

Tovuzda 71 nəfərin tüstüdən zəhərləndiyi məktəbdə tədris prosesi bərpa olunub

Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır

Müəllimlərə xüsusi güzəşt kartları veriləcək - Tarix AÇIQLANDI

"Mən ruhən Ak Partiyadan ayrılmamışam" - Davutoğludan ŞOK AÇIQLAMA

Parlament bu gün əsgərliklə bağlı qanunu müzakirə edəcək - GÜNDƏLİK

Çad Fransa qoşunlarının yanvarın 31-dək ərazisindən çıxarılmasını tələb edir

Azərbaycanda yeni Mərkəz yaradıldı

“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə dəyişdi

“Juninyo dedi ki, “Sevilya”dan təklif aldıqdan sonra yata bilmirdim” - Qurban Qurbanov

Bütün xəbərlər