{category-title}

Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir

 

Bakı sessiyası UNESKO-nun fəaliyyətində ən önəmli tədbirlərdən biridir. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası bizim üzərimizə böyük məsuliyyət qoyur. İyunun 30-da bizim bir sıra məhsuldar görüşlərimiz oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə UNESKO-nun rəhbərliyi asında görüş keçirildi. Həmçinin çox möhtəşəm açılış mərasimində iştirak etdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 1-də jurnalistlər üçün mətbuat konfransında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, sessiya iyulun 10-dək işini davam etdirəcək. Təxminən 2500 iştirakçı qeydiyyatdan keçib. Ümumilikdə 150-dən artıq dövlətin nümayəndəsi bu sessiyada iştirak edir. Sessiyanın davam edəcəyi günlərdə mədəni proqramlar da nəzərdə tutulur.

Əbülfəs Qarayev deyib ki, təqdim olunan nominasiyaların sırasında Şəki şəhərinin tarixi yerləri də var. Bu tarixi məkanların UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müəyyən şərtlər var. Təbii ki, bu şərtlər komitədə müzakirə ediləcək.

Bakıda olmasından məmnunluğunu ifadə edən UNESKO-nun Baş direktorunun müavini Ernesto Toni sessiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün bir sıra təqdimatlar da keçirildi. İclasın başlanğıcında Bakı Bəyannaməsi qəbul edildi. UNESKO hər zaman öz işinin öhdəsindən məharətlə gəlib. “Biz konvensiyaların icrasını daha yaxşı təmin etməyə çalışırıq. Azərbaycan belə tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malikdir. Burada müzakirələr şəffaf şəkildə aparılacaq. Konsensus əsasında Orta Şərqə aid olan qərarlara da nail olmuşuq. Bu istiqamətdə də işimizi davam etdirəcəyik”, - deyə Ernesto Toni bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan UNESKO rəsmisi deyib: “Biz münaqişə tərəflərindən təhlükəsizliyi təmin etmələrini istəyirik. Belə olan halda UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”.

Onun sözlərinə görə, ekspert missiyasının keçirilməsi üçün şərtlər var. Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bundan başqa, regionda tərəflərin iradəsi olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayaraq deyib: “Bildiyiniz kimi, biz Azərbaycana və Qobustan qoruğuna həsr olunmuş dərgi nəşr etmişik. Urbanizasiya və iqlim dəyişikliyi bizim mədəni tədqiqlərə əngəllər yaradır. Ancaq buna baxmayaraq, biz mədəni irslərimizi qoruyuruq. On gün ərzində Bakıda 30-dan çox nominasiya nəzərdən keçiriləcək. Ümumdünya Dünya Mədəni İrs Komitəsi bu barədə qərarlar qəbul edəcək. Spesifik qərarlarımız olacaq. İki məkan var ki, onlar UNESKO-nun təhlükə altında olan siyahısından çıxarılaraq ümumu siyahıya salınacaq. Bu, bir daha ondan xəbər verir ki, biz mədəni irsin qorunmasına qismən də olsa nail oluruq. Təhlükəni görür, həyəcan təbili çalır və onun bərpasına nail oluruq”.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Bütün xəbərlər