{category-title}

"Bütün bunların isə ən böyük zərbəsi yenə də təhsilimizə dəyir"

 Azərbaycan təhsilində baş verən son dəyişikliklər, aparılan islahatlar bir çoxlarının yuxusunu ərşə çəkib. “Ax,necə kef çəkməli əyyam idi” düşüncəsiylə nostalji hisslər yaşayan, yeniliyə,innovasiyalara sipər çəkən “təhsil xadimləri” suları bulandırmaqla, yalan məlumatları cəmiyyətə sırımaqla bəd niyyətlərini reallaşdırmaq istəyirlər.

Vaxtilə təhsil sektorunda at oynadan, bu sahəni bazar ideologiyası ilə idarə edən bir çox sabiqlər itirdikləri mövqeləri, qazanc mənbələri üçün bərk xiffət çəkirlər. Təhsilimizə vurduqları yaraların hələ uzun illər sağalmayacağının fərqində olmayan “sabiqlər ordusu” hər vəchlə bu günkü dəyişiklikləri, islahatları gözdən salmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Hətta Misir Mərdanovun islahatların onun zamanında indikindən daha sürətli,davamlı olduğu,indikilərin onun başlatdığı “islahatları” məhv etdiyi barədə dedikləri də çoxlarına məlumdur.

Təhsil sistemində bazar düşüncəsi ilə işləyən bir çoxları rəhbər mövqelərdən uzaqlaşdırılıb, mövqeləri sarsıdılıb. Amma, hələ də müxtəlif yollarla kreslosunu qorumağı bacaran, əməllərini davam etdirənlər vardır. Həm də bu əməllər heç bir əxlaqa, mənəviyyata sığmır. Su içdiyi qaba tüpürməmək, oturduğu budağı baltalamamaq kimi adi insani dəyərləri belə heçə sanaraq sağa-sola çamur atan, təhsil sistemini ləkələmək üçün hər yola baş vuran belələri ilə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Baxmayaraq ki, həyatda qazandığı demək olar ki,hər şeyi məhz təhsil sisteminə, təhsil işçilərinə,eks təhsil naziri Misir Mərdanova borclu olan Zəminə Əliqızının əməlləri artıq sərhəd tanımır. Məhz M.Mərdanovun çox gərgin əməyi nəticəsində Bakı şəhəri Təhsil İdarəsində vəzifədə qalmağı bacaran bu müxalifətçi, qələmindən zamanında yüz cür hədyan tökülən bu şəxs yenə də köhnə ampulasındadır. Onun hələ də Bakı şəhər Təhsil İdarəsində işdə qalmasında Misir Mərdanovun nə qədər böyük xidmətləri olduğunu bilməyən yoxdur. Ümumiyyətlə onları birləşdirən tellər o qədər qırılmaz və möhkəmdir ki, bunu yalnız təsəvvür etmək deyil, son vaxtlar məhkəmə predmetləri olan ANALİZLƏRLƏ çözmək mümkündür.

Zəminə Əliqızı 90-ların sonlarında müxalifət qəzetlərində iqtidarın Heydər Əliyevin əleyhinə tənqidi, hətta təhqiramiz yazıları ilə tanınıb. Daha sonra “Teleskop”unu başqa istiqamətə yönəldən Z.Əliqızının yolu təhsil sisteminə düşüb. M.Mərdanovun hərtərəfli qayğısı ilə mövqelərini möhkəmləndirən bu xanım Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə qədər yüksəlib. İctimaiyyətlə “sıx əlaqələr” qurmaq üzrə mahir olan Z.Əliqızı bu illər ərzində çox şeylər qazanıb. Buraya var-dövlət, çoxsaylı mülklər, oğul-uşaq və s.daxildir. Olsun. Amma, yuxarıda dediyimiz yollarla BTİ-də qalmağı bacaran Zəminə Əliqızı burada suları bulandırmaqla, yalan məlumatları yaymaqla məşğuldur. Hələ ictimaiyyətlə əlaqələr sektorunun müdiri olduğu zamanlarda belə əlaqələri yaratmaq üzrə ixtisaslaşan xanım təhsilin bu günü, yeniliklər,islahatlar ilə barışmaq istəmir. O səbəbdən də BTİ haqqında hər cür hədyanları, böhtanları mediaya ötürməklə, təhsil haqqında mənfi rəy formalaşdırmaqla itirdiyi keçmişini qaytarmaq xülyası ilə yaşayır. Onun bəzi saytlarla “informasiya mübadiləsi” etdiyi barəsində bilməyən tapılmaz. Bir daha xatırladaq ki, məhkəmələrdə təqsirləndirilən sayt rəhbərləri bütün məlumatların ona məhz Zəminə Əliqızı tərəfindən ötürüldüyünü bildirmişdi.

Saytımıza daxil olan məlumatlara görə, Zəminə Əliqızı yenə də ənənəvi ampulasındadır. BTİ, Təhsil nazirliyi haqqında mediada gedən əsassız,böhtan xarakterli məlumatların böyük əksəriyyətinin məhz onun kabinetindən qaynaqlandığı söylənilir. Bu işdə onun ən yaxın köməkçisi qismində isə BTİ-nin “köhnələr”indən olan Sevinc Rəsulova çıxış edir. Məhz bu ikili mediada Təhsil Nazirliyi və BTİ haqqında kompromatların yayılmasında əsas fiqurlardır.

Əldə etdiyimiz məlumata görə Zəminə Əliqızının dəfələrlə vəzifədən çıxarılmasına təşəbbüs göstərilsə də Misir Mərdanovun bilavasitə müdaxiləsi ilə ən yüksək səviyyədə tapşırmalardan sonra o iş yerini qoruyub saxlaya bilib. Bütün bunların isə ən böyük zərbəsi yenə də təhsilimizə dəyir. Mehriban xanımın təhsilə göstərdiyi böyük diqqətə Zəminə Əliqızının və “komandasının” verdiyi cavab budur. Uğurlara göz yummaq, qarayaxma,böhtan yolu ilə görülən işlərə kölgə salmaq dövlət siyasətinə xəyanətdən başqa bir şey deyil. Zatən bu xəyanətin təməlləri hələ 90-ların sonlarında qoyulmuşdu! (MilliYol.az)
 

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər