{category-title}

Astara Pedoqoji Kollecində bazar üsul-idarəsi... - Nazirlik isə susmağındadır...

 Ali təhsil ocaqlarında qış imtahan sesiyası davam edir. Tələbələrin təhsil müvəffəqiyyətlərinin qiymətləndirilməsinə hesablanan imtahan sesiyası bir çox hallarda əsl rüşvətyığma kompaniyasına çevrilir. Tələbələrin qorxuyla, müəllimlərin səbirsizliklə gözlədiyi qış imtahan sesiyasında Astara Pedaqoji Kollecində baş verən “macəralarla” bağlı Rubrika.az saytına ilginc məlumatlar daxil olub.

Diqqətli oxucularımız xatırlayır ki, Astara Pedaqoji Kolleci ölkə ictimaiyyətinə hələ 2015-ci ildən yaxşı tanışdır. 4 il əvvəl Kollecin o zamankı direktoru “iş başında”-rüşvət alarkən həbs olunmuşdu. Bu qədər “zəngin” ənənələri olan Kollecdə o vaxtdan çox sular axsa da, dəyişən bir şey olmayıb. Düzdür, Kollecin direktoru dəyişilib-keçmiş Təhsil naziri Mikayıl Cabbarov öz müşaviri Ağababa İbrahimovu buraya yeni rəhbər təyin edib. Biz bilmirik Mikayıl müəllim A. İbrahimovu cənub bölgəsinə göndərəndə onun qarşısına hansı vəzifələr qoyub. Ancaq onu dəqiq bilirik ki, 2015-ci ildən sonra kollecdə dəyişən bir də qiymətlər olub. Elə güman etməyin ki, tələbələr Ağababa müəllimin gəlişindən ilhamlanaraq hamısı əlaçı olub, 3-ləri 5-lərə dəyişiblər. Əlbbətdə ki, yox ! Burada 3-lərin 5-lərə çevrilməsi prosesi pul haqq-hesabında baş verib.

Rubrika.az saytına verilən məlumata görə Astara Pedaqoji Kollecində 5-lik, 4-lük, 3-lük tələbələr var. Yəni 5 yüzlük, 4 yüzlük, 3 yüzlük imkanı olan tələbələr nəzərdə tutulur. Əsas onların maddi səviyyəsidir, biliyi isə həyatda özləri də qazana bilərlər.

Saytımıza məlumat verən tələbələr bildirirlər ki, hal hazırda kollecdə “işin razqar “ vaxtıdır. Tələbələr az qala müəllimlərin kölgəsindən də qaçırlar ki, birdən yenə pul istəyərlər. Ümumiyyətlə bütün semestr boyunca Kollecdə pul hər zaman ön plandadır. Dərsə gəlməmək də, aylığa getmək də, oxumamaq da problem deyil. Əsas məsələ odur ki, bütün bunları ört-basdır etmək üçün yetərincə pulun olsun.

Rubrika.az saytına verilən məlumata görə etiraz edən tələbələrə müəllimlər bildirirlər ki, onlar hər bir tələbə üçün direktora haqq verirlər. Pulu verməyə imkanı olmayan tələbələrə müəllimlər “indi mən sənin yerinə cibimdən pul qoymalı deyiləm ki” deyərək hədə-qorxu gəlirlər. Hətta əlacı kəsilən tələbələrdən biri anasının nişan üzüyünü sataraq direktorun “xəcalətindən” çıxıb.

Artıq kollecdə vəziyyət dramatik hal alıb. Nəinki tələbələr, hətta müəllimlər belə narazılıq edirlər. Amma, nədənsə Ağababa müəllimin bu idarəçiliyinə, “elmi təcrübələrinə” “dur” deyən tapılmır. İllərdir ki, Kollecdə heç bir yenilik, elmi uğur əldə edilməyib.. Bəs görəsən Təhsil nazirliyi nəyi gözləyir? Bəlkə LİMANDRANIN yetişməyini...
 

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Keniyada helikopter qəzası nəticəsində 7 nəfər ölüb - YENİLƏNİB

DİM-dən son xəbərdarlıq: Minlərlə abituriyent hələ seçimini təsdiqləməyib

"Sabah" bu axşam Çempionlar Liqasında pley-off oyununa çıxır

Azərbaycan-Qazaxıstan Müdafiə nazirlikləri arasında qərargah danışıqları aparılıb

Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb

Əraqçinin müavini Trampın Hörmüz boğazı ilə bağlı ərazi iddiasına cavab verib: İllüziyaları tezliklə düzəldəcəyik

Britaniyanın yeni səfiri: Etimadnaməmi İlham Əliyevə təqdim etmək mənim üçün böyük şərəf oldu

Moskva vilayətində məktəb təlimlərində baş verən partlayışda dörd müəllim xəsarət alıb

Azərbaycanda avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Sabah dörd şəhər və rayonda qaz olmayacaq

Bakıda istifadəsiz tikilidə yanğın baş verib

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Moskva vilayətinə son iki ilin ən böyük dron hücumu olub, 5000-dən çox insan işıqsız qalıb

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Ədalət Mədətoğlu vəfat etdi – FOTO

BİZİM TƏQVİM:18 avqust Azərbaycanda Sərhəd Qoşunları Günüdür

Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər