{category-title}

Zakir Həsənov: “Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə və qələbə ruhuna malikdir”

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissələrin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri, eləcə də hərbi psixoloqlarla görüşüb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Müdafiə naziri cari ilin ötən dövründə döyüş və mənəvi-psixoloji təminat sahəsində fəaliyyətlərin təhlilini apararaq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

Müdafiə naziri bildirib ki, ordu rəhbərliyi şəxsi heyətin Azərbaycançılıq ideyası ilə tərbiyə olunmasını diqqət mərkəzində saxlayır, Azərbaycan əsgərinin vətənpərvər ruhda formalaşmasını, Vətənə, dövlətə sadiq xidmət etməsini təmin edir. General-polkovnik Z.Həsənov qeyd edib ki, Azərbaycançılıq ideyasına, Heydər Əliyev irsinə yiyələnmiş şəxsi heyət yüksək döyüş əzminə və qələbə ruhuna malikdir, Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə qadirdir.

Orduda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışan Müdafiə naziri tərbiyə işinin də planlı şəkildə aparılması, qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır vəziyyətdə olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daima gücləndirilməsi ilə bağlı vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Son xəbərlər

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Bütün xəbərlər