{category-title}

Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO

 


"Yeni Müsavat” Media Qrupunun reportyorları media tur çərçivəsində Xocavənd rayonun Edilli kəndində də olub. Qarabağ ətrafında təxribatlar başlamazdan əvvəl bu kənddə ermənilər və azərbaycanlılar birlikdə yaşayıb.

Edilliyə yola düşərkən bizi maraqlandıran və haqqında daha əvvəllər də danışdığımız Kamo Ağacanyan haqqında araşdırma aparmağı da planlaşdırmışdıq. Bizimlə yol yoldaşı olan və illər sonra kəndinə qayıdan Edilli sakinləri ilə də bu haqda danışdıq.

Qondarma "Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizlik xidmətinin rəhbəri olan Ağacanyan haqda yerli sakinlər deyir ki, əslən yarıazərbaycanlı olan Ağacanyan Edilli kəndində doğulub, bu kənddə boya-başa çatıb. Onun atası Əkbər vaxtilə Füzuli şəhərində yaşayıb, bu şəhərdə erməni qızla ailə qurub, sonra nə baş veribsə, o arvadını da götürərək Edilli kəndinə köçüb və bu kənddə təsərrüfatla məşğul olub, azərbaycanlılarla birlikdə çalışıb.

Yerli sakinlərin sözlərinə görə, Əkbər Kərimov həmişə öz soydaşları ilə ünsiyyətdən qaçırmış, hətta onların salamına belə cavab vermir, özünü eşitməzliyə vururmuş. Onun atasının adı İbad, anasının adı isə Münəvvər olub. Kamo özü isə həmişə erməni tay-tuşları ilə oturub-durur, dava-filan olanda həmişə ermənilərə qahmar çıxırmış.

Məlumata görə, Kərimovlar ailəsində doğulan Ağacanyan Ermənistanda müxtəlif vəzifələrdə çalışdığı müddətdə əslən Azərbaycandan olmasını gizlətməyə çalışıb.

O, həm soy adını dəyişərək Ağacanyan edib, həm də ata adını Ağberoviç kimi göstərib. Doğulduğu Edilli kəndinin adını isə Uxtadzor kimi qeyd edib. Çünki ermənilər bu kəndi işğal etdikdən sonra adını dəyişdirərək Uxtadzor qoyub.

Ermənilər Qarabağda separatçı hərəkata başlayanda Kamo Ağacanyan əsl erməni simasını ortaya qoyaraq həmkəndlilərinə qarşı kinini, nifrətini göstərməyə başlayıb. Atası ilə birlikdə azərbaycanlıların Edillidən məcburi çıxarılmasının fəal iştirakçılarından biri olub.

52 yaşlı Ağacanyan separatçı rejimdə müxtəlif yüksək vəzifələr tutub. Həmçinin illərlə doğulduğu Edilli kəndindən ayrı düşməyib. Burada özünə böyük bir obyekt də tikdirib.

Səfərimiz zamanı bu obyektə də baş çəkdik. Ağacanyan kəndin ən mənzərəli guşəsində tikilən bu restorana özü də tez-tez istirahətə gəlirmiş.

İki mərtəbəli bu restoranın birinci mərtəbəsində məclislərin təşkil olunması üçün böyük bir zal var. Giriş hissədə geniş mətbəx, həyətində isə böyük bir manqalı var.

Ağacanyana məxsus bu məkanın ikinci mərtəbəsi həm də ofis kimi istifadə olunub. Buradakı otaqlarda əsasən yerli sakinlərə və döyüşçülərə məxsus rəsmi sənədlər var.

Bu sənədlərin və bütün erməni izlərinin bu torpaqlardan silinməsinə az qalıb. Gözəl təbiəti olan Edilli böyük qaydışı, öz camaatını gözləyir...
<embed width="640" height="360" src="https://bax.tv/embed/126784.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen><embed>

Son xəbərlər

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

Bütün xəbərlər