{category-title}

 

 

 

DİN-dən ƏMƏLİYYAT: "Bağban" saxlanıldı - VİDEO

 


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşının alınması istiqamətində qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

DİN-nin Mətbuat xidmətindən  veirlən məlumata görə,  Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyat zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 30 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək yayılmasının qarşısı alınıb.

Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov rayon ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 8 qram heroin, “Beretta A-6” markalı tapança və 7 ədəd patron aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış zamanı oradan 23 kiloqram 900 qram heroin, 2 kiloqramdan artıq tiryək, 1 kiloqramdan artıq marixuana, 4 kiloqram 585 qram psixotrop maddə  metamfetamin, həmçinin  1100 ədəd güclü təsiredici xassəyə malik “Metadon” və 90 ədəd “Pregabalin” həbləri aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Altay Əhmədov şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib.  Daha sonra o, narkotik vasitələri Beyləqan rayonu Daşburun  qəsəbəsi ərazisində əvvəlcədən təyin edilən yerdən götürüb. Altay Əhmədov həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı şəhəri, eləcə də ölkə ərazisində  müxtəlif yerlərə qoymaqla  ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təşkil etməli imiş.

Qeyd edək ki, saxlanılan şəxs narkotik vasitələrin Azərbaycana göndərildiyi həmin ölkəyə dəfələrlə qanunsuz səfər edərək külli miqdarda heroin və digər bu kimi maddələrin Azərbaycana gətirilməsinə birbaşa rəhbərlik edib. O, narkotik vasitələrin satışını təşkil edən zaman tanınmamaq və gizliliyini qorumaq üçün ünsiyyətdə olduğu şəxslərə özünü “Bağban” adı ilə təqdim edirmiş.

Altay Əhmədov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adıçəkilən şəxs tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

Bütün xəbərlər