{category-title}

 

 

Azərbaycanda dəhşətli cinayət: Əmisini amansızlıqla öldürdü, evə od vurdu

 


12 iyul 2020-ci il tarixində saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Səniybər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Səniybər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Hakan Fidan İraqa səfər edəcək

Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı

LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?

Lukaşenko ABŞ və Litvanı söydü

“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama

Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ərdoğan da İrəvana getməyəcək?

Milli Məclisin Zəfər Günü bəyanatı - TAM MƏTN

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

"Telegram" və "WhatsApp" Krımda rəsmi olaraq bloklanıb

Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib

BŞİH-də növbəti müşavirə keçirilib, Trest rəhbərliyi tənqid edilib

Luvr muzeyindən oğurluq edən daha bir nəfər saxlanılıb

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər