ABŞ-ın Nyu-York şəhərində bu həftə ötən dövrlə müqayisədə odlu silahdan istifadə halları iki dəfə artıb.
“New York Post” xəbər verir ki, bu həftə ölkənin ən böyük şəhərində 28 atışma hadisəsi baş verib və 38 nəfər xəsarət alıb. Bu hadisələr nəticəsində azı beş nəfərin həyatını itirdiyi qeyd edilir.
Bundan əvvəl şəhərin polis idarəsinin rəisi Nyu-Yorkdakı hüquq-mühafizə orqanlarının bəzi bölmələrinin dağıdılacağını - təxminən 600 əməkdaşın digər vəzifələrə keçiriləcəyini açıqlamışdı.
Nyu-Yorkdakı səlahiyyətlilər afroamerikalı Corc Floydun ölümü səbəbindən baş vermiş etirazlar çərçivəsində polisin fəaliyyətinə dəyişiklik edilməsinin lazım olduğu barədə qərar veriblər.