{category-title}

“Nələr baş verir, ölkə niyə dağılır?” - ABŞ-dakı məşhurlarımız

 

 

Amerikada yaşayan azərbaycanlı tanınmışlar Minneapolis şəhərində (Minnesota ştatı) polis tərəfindən öldürülən afroamerikalı Corc Floyddan sonra baş tutan iğtişaşlardan yazıb.

“Qafqazinfo” xəbər verir ki, onlar sosial şəbəkələrdə paylaşımlar edərək ABŞ-da yaranan vəziyyət barədə izləyicilərinə məlumat veriblər.

İki il əvvəl “Greencard” qazanaraq Pensilvaniya ştatına köçən repçi Elmir Məhərrəmov bildirib ki, mərkəzdən kənar yaşadığı üçün iğtişaşların şahidi olmur:

“Çox adam narahatdır, yazır, zəng edir. Bizdə hər şey yaxşıdır, halbuki mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq, 1 həftəlik kommendat saatı elan olunub”.

Ailəsi ilə birgə Nyu-York şəhərində yaşayan aparıcı-bloqqer Günel Hümbətova qərbdə vəziyyətin gərgin olduğunu qeyd edib: “Məlum hadisələrə görə 8 saatdan sonra evdən bayıra çıxmaq olmaz. Məhləmizdə bəzi görüntülərin şahidi olmuşam. Deyirəm ki, Bakıdakı bəzi boş- bekarların iş- gücü qurtardı, özlərini düzəltdilər, indi də Amerikaya keçdilər. Kim haqlıdı, kim haqsızdı, kimlər vandalizm edirsə, onu aşkar etməyə çalışırlar. Ətiniz tökülsün”.

“The American Academy of Dramatic Arts”ın ilk azərbaycanlı tələbəsi olan müğənni Səbinə Əsgərova komendant saatında küçəyə çıxanların həbs olunduğunu vurğulayıb.

“Komendant saatındayıq. Saat 6-dan 18:00-a kimi kim küçəyə çıxırsa, həbs olunur. Həmin vaxtda kiminsə başına hər hansı bir hadisə gələrsə, bundan heç kəs cavabdehlik daşımır. 2020-ci ilin bitməsinə 6 ay qalıb, hələ də yeni ilin başlamasını gözləyirəm”.

Aparıcı Aynur Talıbova nümayişçilərə rezin güllələr atıldığını deyib: “Dünən Prezident Tramp Ağ Evin qarşısındakı hadisələr zamanı zərər çəkmiş kilsəyə baş çəkərkən polis nümayişçilərə qarşı gözyaşardıcı qaz ve rezin güllələrdən istifadə etdi. Hadisə yerində həmkarım, kameraman Aytən Məmmədova da vardı... Nələr baş verir, Amerika niyə dağılır?”.

 

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər