{category-title}

Burası Azərbaycan təhsilinin utanc ünvanıdır... - İTTİHAM

 

Haqqında zaman-zaman mediada dastanlar yazılan, dövlətin universitetindən daha çoxu kimlərisə dövlətləndirən universitet kimi tanınan Gəncə Dövlət Universitetində hələ də “köhnə hamam, köhnə tas” prinsipi hökm sürməkdədir. Bu prinsipin isə nədən ibarət olduğunu izah etmək üçün klassiklərimizə müraciət etməli olacağıq. “Salam verdim, rüşvət deyildir deyə almadılar !” Əgər Gəncə Dövlət Universitetinin fəaliyyətini, bu günkü durumunu bir cümlə ilə ifadə etmək mümkün olsaydı yəqin ki, böyük Füzulinin bu kəlamlarından yaxşısını tapmaq mümkün olmazdı. Sadəcə bu universitet haqqında qısa araşdırma aparmaq kifayətdir ki, Azərbaycan elminə, təhsilinə necə ağır zərbələr vurulduğunun, rüşvətin, korrupsiyanın ayaq açıb yeridiyinin şahidi olasan.

Aktual.az bildirir ki, rektorun “qara kassa”sı kimi tanınan Şahin və Elçin “diplomatiyasının” rəhbərlik etdiyi korrupsiya mexanizmi burada təhsili tamamilə məhv edib. Daxil olan məlumatlara görə, univesitetdə tədris prosesi az qala şərti xarakter almağa başlayıb. Çünki, tələbələr onsuz da biliyə qiymət verilmədiyini gözəl bilirdilər. GDU-da biliyə yox, tələbənin cibinə qiymət yazırlar. İmtahan sesiyaları zamanı isə tələbələr “kisənin ağzını açmaq” məcburiyyətində qaldılar. Əks təqdirdə tələbə lap “Tarix-Nadir”i bütöv oxusa belə qiymət alması mümkünsüz idi.
Verilən məlumata görə, rektor Yusif Yusifov bütün sahələrdə zamanın nəbzini tutmağı yaxşı bacardığı kimi, maliyyə məsələlərində də mahirdir. Belə ki, manatın kəskin devalivasiyasından sonra universitetdə imtahan qiymətləri də “devalivasiya”ya uğrayıb. Manata olan inamı tükənən rektor imtahanlarda “dollar diplomatiyası”ndan istifadə etmək barəsində göstəriş verib. Tələbələr bildirirlər ki, əgər əvvəllər imtahanlara pulu manatla ödəyirdilərsə indi həmin məbləğ dollarla tələb edilir. Sonuncu imtahan sesiyasında əvvəllər 50 manatlıq imtahanlar 50 dollara, 100 manatlıqlar isə 100 dollara yazılıb. Bu isə onsuz ağır durumda olan tələbələri daha dəhşətli vəziyyətə salıb.
Verilən məlumatlara əsasən, universitetdə rektorun pul yığma məsələləri üzrə ən güvənilən adamları Şahin və Elçin adlı şəxslərdir. Onlar rektorun bilavasitə “qara kassası” rolunu oynayırlar. Universitetdə bütün şübhəli maliyyə əməliyyatları və pultoplamaları məhz onların rəhbərliyi altında həyata keçirilir.
Bildirilir ki, tələbələrdən pul təkcə imtahanlarda alınmırdı. Onların “soyulması” üçün semestr arası dövrlərdə də müxtəlif variantlar mövcuddur. Cari xərclər üçün dövlət tərəfindən yetərincə vəsait ayrılmasına baxmayaraq tələbələrdən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığıldı. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir.
Məlumatlara görə GDU-da vəziyyət getdikcə acınacaqlı hal alır. Azərbaycan elmi adına böyük rüsvayçılıqla müşayət olunan total rüşvətxorluq və korrupsiya pik həddə çatıb. Burada qanunsuzluq qanun şəklini alıb. Maraqlıdır ki, bütün bu əməllər əlaqədar qurumların, Təhsil nazirliyinin gözləri önündə baş verir. Amma,illərdir hökm sürən rüşvətxor və korrupsioner idarəetmənin məhv etdiyi GDU-da vəziyyəti düzəltməyə kimsə cəhd etmir. Yəni doğrudanmı Y.Yusifov və onun “peşəkar komandası”nın üzvləri olan Şahin və Elçin ölkə qanunlarından, xalqın gələcəyindən daha güclüdür? Ölkədə balaca uşaqların belə GDU-da baş verənlər barəsində ətraflı məlumatları olduğu halda nədən əlaqədar dövlət qurumlarının guya heç nədən xəbəri yoxdur? Məgər onlar görmürmü ki, bir qrupun şəxsi maraqları naminə böyük bir elm ocağı bazara çevrilib, təhsil məhv olub, rüşvət ayaq açıb yeriyir? Görmürlərsə deməli ortada bir əmma var. Gələn yazımızda həmən “əmma”nı sizlərə çatdıracağıq! (Aktual.az)

Son xəbərlər

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Azərbaycan İordaniya ilə şəhərsalma sahəsində tərəfdaşlığı müzakirə edib

Cəlilabadın sabiq bələdiyyə sədrinin cəzası ağırlaşdırılıb

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

Həsən Məmmədovun oğlu VƏFAT ETDİ

Çempionlar Liqası: II təsnifat mərhələsində 5 oyun keçiriləcək

Ərdoğan: Yaxın tarixdə sülh masası yenə Türkiyədə qurulacaq, Rusiya-Ukrayna müharibəsinə son qoyulacaq

MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb

Bütün xəbərlər