{category-title}

"Məktəb iylənib, xəstəlik yayılıb..." - Şəkidə ÖZBAŞINALIQ

 Bu günlərdə sosial şəbəkələrdə Şəkinin Şorsu kənd sakininin kəndin məktəbində ipək qurdu saxlanıldığı, direktorun şagirdləri barama qurduna baxmağa məcbur etdiyi haqda müraciəti yayılıb. 

Virtualaz.org xəbər verir ki, yaşlı kəndli müraciətində barama qurduna qulluq edən şagirdlərin xəstəlik tapdığını söyləyib.

“Direktor başımıza itin oyununu açır. Barama qurdunu məktəbə gətirib, uşaqlar baxıblar. Məktəb iylənib, xəstəlik yayılıb, uşaqlar indi xəstədilər, evdə yatırlar. Bu məktəbi barama üçün tikiblər, yoxsa uşaqların oxuması üçün? Əvvəl belə bir hadisə olmamışdı. Hərəsi 250 ağaca qol çəkib, dövlət barama veribsə apar evində bax”, -sakin deyir.

Onun sözlərinə görə, baramanı kəndlinin dolanması üçün verirlər, amma kəndlinin barama qurdu götürməsinə imkan yaradılmır.

“Direktorun, kənd nümayəndəsinin, bələdiyyənin uşağı həmin məktəbə oxumur. Onların nə vecinədir? Keçən il də məktəbdə barama qurdu saxladılar, dərman vurdularmı, hansı həkim gəlib yoxladı, kim təmizlətdi? Göz gör-görə xəstəlikdir, camaatı avam yerinə qoyurlar. Bir nazirin, rəisin uşağı o məktəbdə oxusaydı onlara divan tutardı. Qanmayanı aparıb beş-on sutka tutsalar bir də məktəbdə belə iş görməz. Boş evlər var, barama qurdunu aparıb o evlərdə saxlasınlar. Bu məktəb uşaqlar üçün, kənd üçün tikilib, sənə çörək qazandırmaq üçün tikilməyib. Keçən il 10 min manat almısan, hansı fağıra bir cüt ayaqqabı almısan, nə də müftə bir iynə vurmusan? Deyirlər ki, yolla gələndə bir ayaqqabı gey, məktəbə gələndə başqasını”.

“Adı Aydındır, arada mollalıq edir…”

Virtualaz.org kəndlinin bu müraciətini araşdırıb. Şorsu kənd məktəbinin direktor müavini Mübariz Musayev virtualaz.org-a açıqlamasında həmkəndlisini yalan məlumat verməkdə ittiham edib və həmin şəxsin WhatsApp şəbəkəsində yayılmış digər müraciətini saytımıza göndərib. Direktor müavini bildirib ki, birinci müraciətdən dərhal sonra Şəki Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin əməkdaşları məktəbdə olub, araşdırma aparıblar.

“Həmin şəxsin adı Aydındır, 1-ci qrup gözdən əlildir, arada mollalıq da edir, daşla müalicə elədiyini də söyləyənlər var. Direktor Şərəf Şuayeva hazırda məktəbdə deyil, amma müraciətdən xəbərdarıq. Təxminən mayın əvvəlində çəkiblər, qruplarda paylaşılıb, sonra yayılıb. İcra hakimiyyətinin, təhsil şöbəsinin əməkdaşları hətta bazar günü xəbərdarlıq etmədən gəlmişdilər ki, real vəziyyəti görsünlər. Sonra həmin şəxs dediklərini inkar etdi, bildirdi ki, o da barama qurdu almaq istəyirmiş, buna görə də belə edib. Biz də videonu yayanlara öz etirazımızı bildirmişik”,-direktor müavini deyib.

360 şagird tutumlu Şorsu kənd məktəbi 2012-ci ildə istifadəyə verilib. M.Musayev deyir ki, ötənilki tədris mövsümündə məktəbdə 352 şagird təhsil alıb, 11-cilər arasında bu il ali məktəblərə qəul imtahanlarında iştirak edib yüksək bal toplayanlar da var. 

Direktor müavini şagirdlərdən məktəbə iki ayaqqabı gətirmələrinin tələb edilməsi ilə bağlı ittihamlara da münasibət bildirib. Deyib ki, kəndin yolları ilboyu palçıq olduğundan məktəbin təmizliyi üçün belə bir addım atıblar. Uşaqlar palçıqlı ayaqqabılarını qapının ağzında soyunur, təmiz ayaqqabı ilə sinif otaqlarına keçirlər: “Demişik ki, ucuz ayaqqbı alsınlar, palçıqlı ayaqqabı ilə sinifə girsələr görün məktəb hər gün nə vəziyyətə düşər. Tədris mövsümü boyu kəndə yağış, qar yağır”.

İcra nümayəndəsi də məktəbdə qurd-filan görmədiyini deyir

Şorsu kənd icra nümayəndəsi Mustafa Əliyev də məktəbdə barama qurdunun saxlanılması ilə bağlı faktın təsdiqini tapmadığını deyib. Onun sözlərinə görə, kəndin 2300-dən yuxarı sakini var, məktəbdə ipək qurdunun saxlanılmasına dair heç kimdən şikayət daxil olmayıb: “11 illik məktəbdir, bina bir neçə ildir istifadəyə verilib. İcra hakimiyyəti də gəlib yoxladı”.

Şəki şəhər təhsil şöbəsindən də müraciətdən sonra yoxlama aparıldığını, faktın təsdiqini tapmadığını söyləyiblər.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da başa çatan tədris mövsümündə hansısa rayon, yaxud kənd məktəbinin həyətində, binasında barama qurdunun saxlanılması faktına rast gəlinmədiyini söyləyib. Valehov deyib ki, bu məsələyə ciddi nəzarət edilib və heç bir məktəb direktoru buna yol verə bilməz.

Bəs nazirlikdən nə deyirlər?

Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, kümçü ailələrin seçimi zamanı yem bazasının olması, saxlama şəraiti öyrənilib, yalnız bundan sonra ipəkqurdu verilib. Əvvəlcə 38 rayon üzrə təlabat müəyyənləşdirilib, sonra hər rayonda baramaçılıq üzrə bir mütəxəssislə müqavilə bağlanılıb. Həmin şəxslər baramaçılıqla məşğul olanlara ipəkqurdu bəsləmək üçün informasiya xidməti göstərir, maarifləndirmə aparır: “Məktəbdə barama qurdu saxlanılması ilə bağlı nazirliyə müraciət daxil olmayıb”.

Nazirlik əməkdaşı deyir ki, baramaçılıq kənd sakinləri üçün ən gəlirli və əlverişli təsərrüfat sahəsidir, Qısa müddətdə yaxşı gəlir əldə etmək mümkündür. Baramanın kiloqramı 9 manatdan alınır. Vəsaitin 4 manatı “Şəki-İpək” ASC, 5 manatı isə dövlət tərəfindən subsidiya şəklində ödənilir. İyunun 19-na kimi kümçülər tərəfindən “Azəripək” MMC-yə 588,05 ton yaş barama təhvil verilib. Bu, ötən ilin yekun göstəricisindən 74 ton artıqdır. Şəkidə 40,30 ton yaş barama tədarük olunub.

Qeyd edək ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6,0 min tona çatdırılması nəzərdə tutulur. Son üç ildə Çin Xalq Respublikasından Azərbaycana 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib.
 

Son xəbərlər

Birinci sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbulu başa çatıb

Binəqədinin bəzi ərazilərində qaz kəsiləcək

Gürcüstan Baş naziri: Azərbaycan sərhədinədək avtomagistralın inşası davam etdiriləcək

Putinlə Əhməd əl-Şaraa arasında görüş keçirilir

Zabitlərin ehtiyata buraxılma müddəti yeni qaydada müəyyənləşəcək

Tramp Putini doğum günü münasibətilə təbrik etməyib

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

İraqda deputatlığa namizəd sui-qəsd nəticəsində öldürülüb

Elçin Yusubov: Xankəndi və ətraf ərazilərə 65 mln. manat özəl investisiya cəlb edilib

Ərdoğan futbolçuları belə təbrik etdi - Video

Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar

Uşaqların saatlarla telefona baxması bu xəstəliklərə səbəb ola bilər - FOTO

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür

AKP: Son iki gündə Qəzzaya rekord həcmdə humanitar yardım daxil olub

Azərbaycan Ordusunda gecə və gündüz şəraitində nümayiş məşqləri keçirilib - VİDEO

Prezident İİB ilə Anlaşma Memorandumunu təsdiq edib

Son 8 ayda ölüm sayı açıqlanıb

Təhsil üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi - TƏHLİL

Keçmiş icra başçısı vəfat etdi

Bakıda qadın evdə doğuş etdi

Britaniya Azərbaycana silah embarqosunu LƏĞV ETDİ

550 nəfər dövlət qulluğuna imtahan verəcək

Bütün xəbərlər