{category-title}

Təhsil Nazirliyi qanunlara qarşı gedərək yeni rüşvət mənbələri yaradır? - İDDİA

 

 

“Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov 1-ci siniflərə elektron qəbulda edilən yenilikləri PİA.az-a şərh edərkən qeyd edib.

Martın 13-də 2019-2020-ci tədris ili üçün elektron sistem vasitəsilə dövlət ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Həmin rayonlarda yerləşən məcburi köçkün məktəblərinin I siniflərinə qəbul da elektron sistem vasitəsilə aparılacaq.

Martın 11-dən 2018-2019-cu tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün I sinfə şagird qəbulu sistemində avtomatik elektron sorğu yaradılacaq.

Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Qeydiyyat valideynin (qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat mərkəzlərində aparılacaq. Bakı üzrə valideynlərə kömək məqsədilə 50 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb. Ümumilikdə elektron sistem tətbiq edilən rayonlar üzrə 82 Alternativ Qeydiyyat Mərkəzi fəaliyyət göstərəcək.

2019-2020-ci tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün qəbul qaydası elektron formada həyata keçiriləcək.

2019-cu ildə başlayacaq 1-ci siniflərə elektron qəbuldakı edilən yeniliklərdə məqsəd nədir?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Təhsil Nazirliyinin ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozuduqlarını düşünən təhsil eksperti PİA.az-a açıqlamasında bildirib ki, hətta Nazirliyin işçilərinin Təhsil haqqında qanundan xəbərləri yoxdur və bilmirlər ki, təhsilin məqdəsi nədir:

“Təhsil nazirliyinin təklif etdiyi bu yenilik ölkə Prezidenti İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə dövlət strategiyası”na ziddir. Belə ki, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatanlılığı prinsipini Təhsil nazirliyi kobud şəkildə pozur. Ölkə Prezidenti həmişə çıxışlarında qeyd edir ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib. Amma təhsil Nazirliyi bunun qarşısını alır.

Təhsil Nazirliyinin sözcüsü 13 mart 2019-cu ildə başlayacaq 1-ci siniflərə elektron qəbulda yeniliklərlə bağlı müsahibəsinə baxaq:

Sual: Digər dildə tədris aparılan bölmələr üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?

Cavab: 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi tələb olunur.

Sual: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?

Cavab: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müvafiq komissiyaya qeydiyyata yazılır. Bu prosesin yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi nə zaman və necə bildiririləcək?

Cavab: Bu qiymətləndirmənin nəticəsi 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Mən bu açıqlamadan belə görürəm ki, Nazirliyin işçiləri deyəsən heç bir iş görmədən, isti otaqda, rahat kresloda oturub aldıqları böyük əmək haqqı bunlara bəs etmir, indi də 1-ci siniflərə müsahibə təyin edib yaxşı gəlir əldə etmək istəyirlər.

Deməli, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu ilə bağlı ərizə ilə müraciət edilib. Onlardan 15 032 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Bu il, 2019-2010-ci tədris ilində bu rəqəmin artacağı qaçılmazdır. Sizcə azı 15 032 şagirdi şəffaf müsahibədən keçirmək üçün təhsil nazirliyinin resursu, kadrı varmı?

Birmənalı olaraq YOX! Bu proses şəffaf şəkildə həyata keçirilməyəcək. Nəzərə alsaq ki, electron qaydada nə qədər valideyin yer olmadığı üçün seçim edə bilmir. Amma bu seçimə insan faktoru təsir edəcəyinə görə kasıbın balası, imkansız, adamsız şagirdlər daha rus bölməsində təhsil ala bilməyəcəklər.

Digər tərəfdən bu insanların təhsil hüququnun kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasında yazılıb:

Maddə 42. Təhsil hüququ

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu tə`min edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Maddə 45. Ana dilindən istifadə hüququ

Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır.

Bunlar ölkənin ali qanunun tələblərini öz maraqlarına görə ciddi şəkildə pozurlar. Nazirliyin işçilərinin hətta “Təhsil haqqında qanun”dan xəbərləri yoxdur və bilmirlər ki, təhsilin məqdəsi nədir.

“Təhsil haqqında qanun”da yazılıb:

19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.

Bunlar istəyir ki, atalar sözündə deyilən kimi, nə yoğurub, nə yapıb axırda kökə tapsınlar. Yəni uşaq məktəbə gələndə artıq rusca danışmağı, yazmağı öyrənsin, bunlarda sonra şəkil çəkdirib paylaşsınlar ki, bəh bəh bəh, gör biz necə uşaq yetişdiririk.

Ali məktəblərə qəbul imtahanlarının, olimpiyadaların nəticələri repititorların, hazırlıq kursların özəl mərkəzlərin əziyyəti hesabına başa gəldikdən sonra, bunlar öz nəticələri kimi təqdim etməyə artıq vərdiş ediblər.

Cənablar, məktəbin vəzifəsi var, ola bilsin ki, xəbəriniz yoxdur, amma qanunvericilik aktlarında bu müəyyən olunub. 2011-ci ildə qəbul edilmiş ÜMUMTƏHSİL MƏKTƏBİNİN NÜMUNƏVİ NİZAMNAMƏSİ"ndə yazılır:

3. Ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları

3.3. Ümumtəhsil məktəbinin vəzifəsi təhsilalanların meyil, maraq və potensial imkanları, fərdi xüsusiyyətləri nəzərə alınmaqla, onların zəruri biliklərə və həyati bacarıqlara yiyələnməsini, yaradıcı, milli-mənəvi və ümumbəşəri dəyərlərə malik sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasını, müstəqil həyatda səmərəli təhsil və əməkfəaliyyətinə hazırlanmasını təmin etməkdən ibarətdir.

3.4. İbtidai təhsil səviyyəsində şagirdlərə oxu, yazı, hesablama, ünsiyyət bacarıqları aşılanır, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, xarici dildə sadə ünsiyyət bacarıqları və məntiqi təfəkkür elementləri,estetik zövq, sadə tətbiqi bacarıq və vərdişlər formalaşdırılır.

Yəni yuxarıda sadalanları valideyin özü eləmir, bunu məktəb etməlidir. Əgər şagird məktəbə bu bilik və bacarıqlara yiyələnib gələcəksə, onda məktəb nəyə lazımdır?

Başqa bir qanunumuzda, Azərbaycan Respublikasında dövlət dili haqqında qanunda yazılır:

II. VƏTƏNDAŞLARIN DİL SEÇMƏK HÜQUQU

Maddə 3. Azərbaycan Respublikası vətəndaşlarının təhsil üçün dil seçmək azadlığı təmin edilir.

Qanunlar bu qədər seçim imkanı verdiyi, azadlıqları müəyyən etdiyi halda, siz niyə insanların hüquqlarını məhdudlaşdırırsız? Qanun şahdır? Yoxsa siz şahsız?

Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində deyilir:

3.1. Ümumtəhsil məktəbi dövlətin tələbinə görə cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşa ümumi təhsil almaq imkanını təmin edir.

Amma təhsil nazirliyi onların bu hüququnu əlindən almağa çalışır. Bundan sonra rus bölməsində təhsil almaq istəyənlərin bu istəkləri qeyri qanunumi yolla məhdudlaşdırılacaq. 28 noyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində demişdi: Azərbaycanda rus dilinə əvvəllər olduğu kimi hörmətlə yanaşılır. Rus bölməsində təhsil üçün heç bir məhdudiyyət yoxdur.

Bir çox ailələrin Təhsil Nazirliyində işləyənlər qədər gəliri, maddi imkanı yoxdur ki, övladlarını bahalı liseylərə digər dillərdə təhsil alamağa qoysunlar. Onlar dövlətin onlara yaratdığı imkandan istifadə edib pulsuz təhsil almaq istəyirlər. Amma təhsil nazirliyi bonların bu hüququnu əlindən alır.

Cənablar, Ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində deyilir:

7. Ümumtəhsil məktəbində təhsilalanların hüquq və vəzifələri

7.1. Təhsilalanların hüquqları aşağıdakılardır:

7.1.1. təhsil alacağı ümumtəhsil məktəbini, tədris dilini, təhsilin təmayülünü, sinifdənkənar məşğuliyyəti sərbəst seçmək;

7.1.2. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

Bunları həyata keçirmək sizin vəzifə borcunuzdur. Heç bir qanun sizin dövlət məktəblərində digər dillərdə vətəndaşın təhsil almağına mane olmağınıza imkan və icazə vermir. Şagirdlərin rus bölməsinə qəbulu zamanı heç bir müsahibə və müsabiqə təşkil oluna bilməz. Bunu etmək ölkə prezidentinin siyasətinə, qanunlara qarşı çıxmaq deməkdir”. (PİA.az)

Son xəbərlər

Qubada partlayış - Xəsarət alan var

Ağadadaş Ağayevin qaldırdığı mülki iddia məhkəmə baxışına verilib

General qardaşlara ağır itki

Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

KİV: ABŞ Suriyadakı müttəfiq qüvvələrin mühüm mövqelər tutmasına kömək edib

Bələdiyyə seçkilərinə namizədliyi irəli sürülən şəxslərin sayı açıqlanıb

“Haber Global”: Türkiyə-Suriya sərhədində qələbəlik yaşanır

HƏMAS - “Hizbullah”- Əsəddən sonra zənciri kim tamamlayacaq? - ANALİZ

Azərbaycanın iki ölkədə səfirliyi, bir dövlətdə isə baş konsulluğu hazırda fəaliyyət göstərmir

“Minimum əməkhaqqı və pensiya məbləği yüksələcək”

Prezidentdən siyasi partiyalarla bağlı - Fərman

Bu həftə səsvermə vəsiqələrinin MSK-dan dairə seçki komissiyalarına verilməsi yekunlaşır

Ölkədən çıxışına qadağa qoyuldu

Polis mayoru vəfat etdi - Foto

Nazirlik əhaliyə müraciət etdi - Video

Bu günə olan valyuta məzənnələri

KİV: İsrail Ordusu Suriya ərazisinə daxil olub

Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var

KİV: Suriya üsyançıları İsrail sərhədi yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürüblər

Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək

İran həmin xəbərləri təkzib etdi

Tramp da Fransaya getdi

Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırıb

Konfransımızın bu gün keçirilməsi təsadüfi deyil - Spiker

Bütün xəbərlər