{category-title}

Gələn ildən XI sinifdə xarici dil fənni üzrə tətbiq ediləcək yeni imtahan modeli müzakirə olunub


Dövlət İmtahan Mərkəzində (DİM) 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində təhsilalanların yekun attestasiyası zamanı xarici dil fənləri üzrə istifadə ediləcək imtahan modeli müzakirə olunub.

Qurumdan verilən məlumatda bildirilib ki, gələn ildən XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil biliyinin dinləmə bacarığı üzrə bir mətn və mətnə əsasən 4 qapalı tipli test tapşırığı, oxu bacarığı üzrə iki oxu mətni və hər mətnə aid 4 qapalı tipli test tapşırığı, leksik-qrammatik biliyin ölçülməsi üzrə 13 qapalı tipli test tapşırığı, yazı bacarığının yoxlanılması isə verilən mövzu və ya sual əsasında ən azı 100 söz həcmində bir abzasdan ibarət yazı yazmaq tələb edən modelə əsasən qiymətləndirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, yeni yanaşmanın əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real, funksional və kommunikativ kontekstdə ölçməkdir. Yazı tapşırığı iştirakçıların strukturlaşdırılmış yazı bacarığını ölçməyə yönəlib və şagirdlərin fikirlərini məntiqi ardıcıllıqla ifadə etmə qabiliyyətini ön plana çıxarır. Mütəxəssislər hesab edirlər ki, bu dəyişikliklər xarici dillərin tədrisində kommunikativ yanaşmanın güclənməsinə, şagirdlərin real dil bacarıqlarının istifadəsinə hazırlanmasına və qiymətləndirmənin beynəlxalq dil standartlarına daha yaxın olmasına xidmət edir. Yeni model müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacaq.

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi yeni imtahan modelinə uyğun tapşırıq nümunələri və öyrədici materialları artıq təsdiqləyib və istifadə olunan xarici dil fənni üzrə dərsliklərdə geniş şəkildə təqdim edilib. Bundan əlavə, tətbiq olunacaq imtahan modelinə uyğun müxtəlif tapşırıq nümunələri DİM-in siniflər üzrə nəşr etdiyi "Qiymətləndirmə tapşırıqları" kitabında, test toplularında da veriləcək.

Son xəbərlər

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub - FOTO

Pelleqrini: Baş Qərvənd kəndindəki məktəb Slovakiya və Azərbaycan dostluğunun simvolu olacaq

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Azərbaycanda sabah 40 dərəcəyədək isti olacaq

Azərbaycanda iyul ayının pensiyaları ödənilib

İlham Əliyev və Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

Milli Məclis aqrar sektorda ƏMTQ öhdəliyi ilə bağlı qanun layihəsini I oxunuşda qəbul edib

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişiklikləri qəbul edib

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış edirlər

Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür

Qudyal çayında 11 yaşlı oğlan boğularaq ölüb

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Diana Ryan: Hazırda Azərbaycandan "TikTok" platforması üzrə 7 milyon istifadəçi var

"Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir

"Təmiz Şəhər": Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq

Bütün xəbərlər