{category-title}
Siyasət
18.08.2021, 15:13
Prezidentdən Aslan Aslanovla bağlı sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev Aslan Aslanovu təltif edib.
Dövlət başçısının bununla bağlı sərəncamına əsasən, mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri olan A.Aslanovun bu gün 70 yaşı tamam olur.