{category-title}

 

Avropa İttifaqının Bakıya qərəzi: Əlindəki kartlar niyə dəyişdi? – TƏHLİL

 


Ermənistandakı parlament seçkilərindən sonra rəsmi İrəvan və Avropa İttifaqı əlindəki kartları dəyişdirdi, halbuki bundan əvvəl Avropa İttifaqı postmüharibə dövrünün tələbləri çərçivəsində Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı idi.

Avropa İttifaqı indi də Bakı ilə münasibətlərin təməllərini möhkəm zəminlər üzərində qarantiyaya almaq istəyir, lakin ikili oyun oynamaqla beynəlxalq yanaşmalarda qərəz nümayiş etdirir.

Bunun səbəbi kimi iki versiyanı irəli sürə bilərik:

1. Bu, Qarabağ üzərində beynəlxalq güclərin geosiyasi rəqabətinin təzahürüdür,

2. Avropa İttifaqı Rusiyanı yeni geosiyası reallıqda kənara sıxışdırmaq istəyir və buna görə Ermənistan kartından istifadə edir.

Azərbaycan isə İrəvandan fərqli olaraq dövlətlərarası münasibətlərdə bərabərhüquqlu prinsiplərlə çıxış edir. Ancaq görünür ki, Bakının balanslı mövqeyi Avropa İttifaqına sərf etmir, ona görə də verdiyi bəyanatlar diplomatik və iqtisadi münasibətlərin təzahürləri kimi səslənsə də, onlarda qızışdırıcı motivlər çoxdur.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin İrəvana səfəri zamanı səsləndirdiyi bir rəqəm postmüharibə dövründə Ermənistanın xeyrinə yönəlmiş addımın ifadəsi kimi xarakterizə oluna bilər.

Söhbət ondan gedir ki, Şarl Mişel Avropa İttifaqının Ermənistana 2.6 milyard avro ayıracağını bildirib.

Bunu geosiyasi rəqabətdə Rusiya əleyhinə işə salınmış təsir mexanizminin bir parçası kimi qiymətləndirmək olar, bununla bağlı fikrimizi izah edəcəyik.

Hələlik isə, səbəb nə olursa olsun, Avropa İttifaqının Azərbaycan və Ermənistana münasibətdə maliyyə balansını pozmasını Bakıya qərəzli siyasətin göstəricisi kimi dəyərləndirmək lazımdır.

Birincisi, Ermənistan müharibədə məğlub olsa da, işğalçı ritorikasına son qoymayıb və yekun sülhə əngəl törədən davranışlar sərgiləyir.
İkincisi, Azərbaycanın işğaldan azad etdiyi ərazilər erməni vandalizminin qurbanına çevrilib və xarabalığı xatırladır, yenidənqurma işləri üçün daha çox pul Bakıya ayrılmalı idi.

Lakin Avropa İttifaqı Azərbaycana 150 milyon avroluq paket nəzərdə tutub, bu isə ikili standartın növbəti təzahürüdür.

Halbuki, Avropa İttifaqı Ermənistana böyük məbləğdə həcmi o zaman ayırmalı idi ki, İrəvan revanşist ritorikaya son qoysun və sülhə qeyd-şərtsiz töhfələr versin.

Rusiya amilinə gəlincə, Ermənistanda seçkidən sonra Nikol Paşinyanı ayaqda saxlayan qüvvələr sırasında Kreml başda gəlirdi. 

Belə ki, Rusiya istəsə idi, Ermənistandakı bütün təsir rıçaqlarını işə salar və Paşinyanın devrilməsi üçün hərbi çevriliş cəhdlərinə yardım edərdi.

Bunun üçün Kremlin əlində güclü vasitələr mövcud idi:

1. Ermənistanda Rusiyanın hərbi bazası,

2. Ermənistan enerji bazarları da daxil olmaqla iqtisadiyyatın əksər sahələrini ələ alan Rusiyaya bağlı şəxslər.

Bununla belə, Rusiya konfrontasiyaya getmədi, Kremlə bu sərf də etmirdi, lakin indi İrəvan bunu dəyərləndirmək əvəzinə yenidən ikili oyun oynayır.

Paşinyanın Qərb dairələri ilə işbirliyini inkişaf etdirməsi həm də Rusiyanın əleyhinə işlənən siyasi layihələrin tərkib hissəsidir.

İndi Paşinyanın Qərbə qucaq açması Avropa İttifaqını da şirnikləndirir və 2.6 milyard avroluq yardım Ermənistanı Rusiyanın təsir dairəsindən tamamilə çıxarmağa hesablanıb.

Ona görə də, bunun elementləri Qarabağ məsələsinə münasibətdə də özünü göstərir, təsadüfi deyil ki, Şarl Mişel İrəvanda olarkən gorbagor olmuş “status” amilini yenidən gündəmə gətirib.

Paşinyan mövqeyindəki ikili çalarları gücləndirərsə, Moskva Ermənistanla münasibətlərdə redaktələr etmək məcburiyyətində qala bilər.

Bəs Kremlin hansı ssenariləri həyata keçirməsi mümkündür?

1. Ermənistandakı hərbi bazasını çıxarmaq. Burada mesaj ondan ibarətdir ki, hərbi baza olmadığı təqdirdə, sənin suverenliyin təhlükə altındadır,

2. Ermənistana satdığı təbii qazın qiymətləri ilə bağlı şantajların davam etdirilməsi, bununla da Ermənistanın enerji bazarını məhvə sürükləmək.

Avropa İttifaqının kursundakı dəyişikliklərin bir səbəbi də Türkiyə amili ilə bağlıdır.

Fikir verirsinizsə, Avropa İttifaqı Şuşa Bəyannaməsindən sonra mövqeyini Ermənistanın xeyrinə dəyişdirmək niyyətlərini dilə gətirib.

 Fransa Prezidenti Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edir.

Şarl Mişelin Bakı səfəri və Prezident İlham Əliyevlə görüşünə gəlincə, bununla bağlı ayrıca yazımız olacaq.

Qısa onu deyə bilərik ki, Şarl Mişel İrəvandakı “status” bəyanatını Bakıda təkrarlamadı, heç İlham Əliyev buna imkan da verməzdi.

Son xəbərlər

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

“Ağcabədi batalyonu”nun komandiri vəfat etdi

İsmayıllıda ailə faciəsi - 19 yaşlı qızla 3 yaşlı körpə öldü

Bütün xəbərlər