{category-title}

Bayram Səfərov: Zəfər salnaməsinin müəllifi

 

Bayram Səfərov

Şuşa rayonu İcra Hakimiyyətinin Başçısı

 Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası Ali Baş Komandan İlham Əliyevin  qətiyyətinin nəticəsidir

 Müzəffər Ordumuz 44 günlük Vətən müharibəsini zəfərlə bitirdikdən sonra Ali Baş Komandan İlham Əliyevin dərhal işğaldan azad edilən ərazilərimizə səfər etməsi düşmənə daha bir sarsıdıcı zərbə oldu. Bu qürurverici hadisə düşmən tərəfini matəm libasına bürüdü. Azərbaycanda isə Qələbə sevinclərinin davamı kimi, xalqımızın əhvali-ruhiyyəsini daha da yüksəltdi.

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şərəflə döyüşüb, qəhrəmancasına şəhid olanların ailələri də Ali Baş Komandanın bu səfərlərini sevincdən axan göz yaşları ilə qarşıladı. Çünki o torpaqlarda Vətən oğullarının yerdə qalmayan qanı axıb! Bu yolda qazi kimi geri dönənlərin Zəfər Paradına qatılması da ayrı bir qürurverici hisslər yaşatdı onlarda...

Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Buna görə də “güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail oldu.

Müzəffər Ali Baş Komandanının  işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonlarına səfərlərində yaşadığı böyük sevinc hissi  üzlərindən, gözlərindən oxunurdu. Həmin səfərlərdə qarşılanma zamanı yaranan izdiham isə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən qazanılan bu Qələbənin miqyasını açıq şəkildə göstərirdi. Əslində bu təntənə şanlı Zəfərin əyani nümayişi idi. 30 il üzünə həsrət qaldığımız həmin torpaqlarda artıq üçrəngli bayrağımız xalqımızın dövlət başçısına sonsuz minnətdarlığının ifadəsi kimi yenidən dalğalanır. Bu da haqlı olaraq hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi yaşadır.

Azərbaycan Prezidenti fəaliyyət göstərdiyi 2003-cü ildən müntəzəm olaraq regionlara səfər edir. Həmin səfərlər ölkəmizin hər guşəsinin sosial-mədəni inkişafını təsdiqləyən hadisələrin tarixləşməsi ilə yadda qalır. Regionların paytaxt Bakıya yaxınlaşdırılması, yəni bütün sahələrdə inkişafını təmin edən siyasətin nəticələri ilə yerindəcə tanışlıq məqsədi daşıyan həmin göruşlərdə dövlət başçısı xalqın ona inam və etibarını görür, eləcə də dəstəkləndiyinin şahidinə çevrilir. Bu, xalq-hakimiyyət birliyinin təməl daşı, sarsılmazlığı deməkdir. Məhz həmin milli birlik və həmrəylik 44 günlük Vətən müharibəsində də Qələbəmizi təmin edən əsas amillərdən biri kimi önə çıxdı.

Bəli, dövlət başçısının regionlara hər səfəri böyük izdihamla qarşılanır. Lakin bu dəfə qalib Ordunun Müzəffər Komandanı kimi işğaldan azad edilmiş ərazilərimizə səfər etməsi ölkəmizin inkişafının qarşısıalınmazlığının, məğlubedilməzliyinin göstəricisi oldu. Bu səfərlər Müzəffər Ali Baş Komandanımızın Qələbə yürüşü idi.

Hərbi əməliyyatların başladığı ilk gündən Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi. Dövlət-xalq-ordu birliyi nümunəyə çevrildi. Dövlət başçısı bütün çətinliklərə sinə gərdi, bəzən hərbi forma geyinərək döyüş əməliyyatlarının idarə olunmasına birbaşa nəzarət etdi. Əslində işi yalnız döyüşləri idarə etməklə bitmədi. Mənfur qüvvələrin, Azərbaycanın haqq işinə xələl gətirməyə çalışanların təbliğat maşınlarını da darmadağın etdi. Xarici KİV-lər vasitəsilə haqq işimizi dünyaya olduğu kimi deyil, terrorçu Ermənistanı müdafiəyə qalxan, açıq-aşkar informasiya hücumuna keçənlərin də susdurulmasına xidmət etdi. Dünyanın ən reytinqli televiziya kanallarına, informasiya agentliklərinə müsahibələr verdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını ən incə detallarına qədər anladan Prezidentimiz ayrı-ayrı ölkələrin maraqlarına xidmət edən jurnalistlərin məqsədli və qərəzli suallarına elə peşəkarlıqla cavab verdi ki, bu, döyüş meydanında düşmənə vurulan zərbə qədər sərt və təsirli olurdu. Ermənistanın əsl simasını, mənfur xislətini, təcavüzkar siyasətini ifşa edən Ali Baş Komandan həm işğalçıya, həm də onun havadarlarına Vətən müharibəsində məğlubiyyətə düçar olacaqlarının anonsunu da öncədən verirdi.

Azərbaycan Prezidentinə xalq məhəbbəti döyüşlərin ilk günündən özünü göstərirdi. Xalqımız haqq uğrunda başladığımız savaşda Ali Baş Komandanımızın qələbəsinə qətiyyətlə əmin idi. Bu qələbəyə illərlə hazırlaşan Prezident İlham Əliyev ərazilərimiz işğaldan azad edildikcə müraciətlərində göstərdiyi qətiyyət xalqımızı bir daha inandırırdı ki, bu yolda öldü var, döndü yoxdur! Son qarışa qədər torpaqlarımız mənfur işğalçılardan azad ediləcək.

Qardaş Türkiyənin  həmin günlərdə Azərbaycanın haqq mübarizəsini dəstəkləməsi, mənəvi cəhətdən hər an yanında olması da məhz dövlət başçımızın yürütdüyü siyasətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin “Türkiyə-Azərbaycan: bir millət, iki dövlət” müdrik kəlamının dövlət siyasətinin tərkib hissəsinə çevrildiyi bir daha özünün təsdiqini tapdı.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva davamlı şəkildə yaralı əsgər və zabitlərimizlə, şəhid və qazi ailələri ilə görüşlər keçirdilər, onların bütün qayğı və problemlərini diqqətdə saxladılar, hər zaman yanlarında olduqlarını nümayiş etdirdilər. Buna hamımız əyani şahidik.

Nəhayət, 44 günlük Vətən müharibəsinin Zəfər Paradı!

Həmin gün dünya və düşmən mövqeyində dayanan, hələ də işğalçı Ermənistanı dolayısı və bəzən də birbaşa, açıq-aşkar müdafiədən çəkinməyən xarici qüvvələr, erməni lobbisinin təsirindən çıxa bilməyən, özlərini hegemon sayanlar daşnakları “iti qovan kimi” qovmağımıza, öz tarixi ərazilərimizi azad etməyə qadir olduğumuzun şahidinə çevrildilər. Azadlıq meydanında Ermənistan ordusunun döyüş meydanlarında qoyub qaçdığı ağır hərbi texnika və silahların nümayişi bir daha tərəflərin birinin gücünü və qüdrətini göstərdi.

Bu zəfər salnaməsi hələ illər boyu yazılacaq, tarixləşəcək, bugünkü və gələcək nəsillərə örnək olacaq!

Var olsun Müzəffər Ordumuz və Ali Baş Komandanımız!

Qarabağ Azərbaycandır!

 

 

Son xəbərlər

Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycanda Novruz bayramı qeyd edilir

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib

Elşad Abdullayev: Xalqımızın ən sevimli bayramı - Novruz

Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib

Bayram günlərinin hava proqnozu açıqlanıb

Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq

Azərbaycanda sabahdan 11 günlük tətil başlayır

Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb

Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Yanvarda nikah və boşanmaların sayı azalıb

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub

Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb

SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub

Parlamentdə müəllimlərin maaş artımından danışıldı

Bütün xəbərlər