{category-title}

 

"İcra hakimiyyətindən “bizlik deyil” deyə cavab verdilər..." - GİLEY

 

Cəlilabad rayon sakini İmanova Gülzar Həbib qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə yetkili dövlət qurumlarına müraciət edən şikayətçi yazır:

“Mən İmanova Gülzar Həbib qızı 1958-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailə qurduqdan sonra Cəlilabad rayon Kazımabad kəndinə köçmüşəm. Hal hazırda Cəlilabad rayon Kazımabad kəndində yaşayıram.

Həyat yoldaşım vəfat edib. Himayəmdə iki övladım var - 1983-cü il təvəllüdlü İmanov Fariz Fərman oğlu, 1986-cı il təvəllüdlü İmanov Pərviz Fərman oğlu - hər ikisi ömürlük birinci qurup əlildirlər. Hər uşağım pensiya alır. Xəstə və yaşlı olduğum üçün bu iki övladımı dövlətin himayəsinə verilməsi üçün Cəlilabad rayon icra hakimiyyəti başçısının müavini Dürdanə xanıma (hazırda vəzifəsindən azad edilib) müraciət etdim, “bizlik deyil” deyə cavab verdi.

Daha sonra DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etdim, onlar da “bizlik deyil” dedilər. Mən daha Sonra ƏƏSMN-nin rəhbəri Sahil Babayevə müraciət etdim(Nazirlər Kabinetinin 05 noyabr 2013-cü il N-320 saylı qərarını əsas tutaraq). 12 aprel 2019-cu ildə DSMF-nun müavini Səfər Mehtiyevdən cavab gəldi ki, sənədləri DSMF-nin Cəlilabad rayon şöbəsinə təqdim edim. Mən həmin sənədləri təqdim etsəm də problemim həll edilmədi. Bundan sonra dəfələrlə ƏƏSMN-nin qaynar xəttinə zəng etsəm də bir faydası olmadı.

Bir daha ƏƏSM naziri Sahil Babayevə şikayət ərizəsi yazdım, lakin şikayətimə baxılmır. Hər gün DSMF-nun Cəlilabad şöbəsinə getsəm də, heç bir nəticəsi yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinə müraciət etsəm də bir nəticəsi yoxdur.

Artıq qərara gəlmişəm problemimi həm ictimailəşdirim, həm də həll edilməsi üçün beynəlxalq təşkilatlardan kömək istəyim, bir də QHT-lərdən.

Uşaqlarıma verilən pensiyanı istəmirəm, tək istəyim odur ki, dövlət bu iki uşağı himayəsinə götürsün, yaşlı anayam, artıq baxa bilmirəm. Ailə başçı olan həyat yoldaşım da vəfat edib.

İnanıram ki, mənə köməklik göstərib problemimi işıqlandıracaqsız. Hər kəsə təşəkkür edirəm”.
Hurriyyet.org
 

Son xəbərlər

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Bütün xəbərlər