{category-title}

Maliyyə Nazirliyində də yoxlamalar gündəmə gəlib - İDDİA

 "Milli Məclisdə büdcə oğurluqları və mənimsənilən vəsaitlər ətrafında müzakirələr, eyni zamanda rəqəmlərin açıqlanması Maliyyə Nazirliyində yoxlamaların aparılmasını gündəmə gətirib".

Bu barədə Arqument.Az-a iqtisadçı ekspertlərdən biri məlumat verib.

O qeyd edib ki, aldığı məlumata görə, Samir Şərifovun fəaliyyəti təftiş ediləcək: "Milli Məclisdə deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının hesabatına əsasən, büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadə büdcədən 90 milyon manatın səmərəsiz xərcləndiyini deyib. Bunlar təsadüfi deyil. Nazirliklə, bağlı ciddi addımlar atılacaq". 

"Məndə olan məlumata görə, Samir Şərifov hətta vəzifəsini də itirə bilər, onun yerinə isə müavini Azər Bayramov iddialıdır. Amma nazirlikdə yoxlama aparılsa, Azər Bayramov da çıxılmaz duruma düşəcək. Çünki adı mənimsəmələrdə hallanan şəxslərdə biri də özüdür. Həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2004-cü ildən büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Hər halda hakimiyyətdaxili söhbətlərdə pul mövzusu ciddi məsələdir və mənimsəmələrin demək olar ki, az qismi açıqlanır. Böyük mənada yeyintiərin olduğu deyilir. Bunu da, yəqin, heç kəsə bağışlamayacaqlar", - o bildirib. 

Mənbə deyib ki, Azər Bayramov faktiki özünü qorumaqla məşğuldur: "Fərhad Əliyev-Kərəm Həsənov nümunəsi var da. Biri özünü qorumaq üçün digərini qurban verir. İdarəetmə bu şəkildə qurulub". 

Azər Bayramov 2004-cü ilin fevral ayından Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifəsində çalışır. 

Arqument.Az gün ərzində Maliyyə Nazirliyindən məsələ ilə bağlı münasibət öyrənməyə cəhd etsə də, sözügedən qurumdan açıqlama almaq mümkün olmayıb. 

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

“Qızıl top”a əsas namizədlər bəlli olub

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının siyahısı hazırlanacaq

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Özəl bağçaların hansı qaydada maliyyələşəcəyi məlum olub

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub

Tramp İranla Hörmüz razılaşması üzrə danışıqların yaxşı getdiyini bildirib

Zaqatalada selin qarşısını almaq üçün dağ çaylarına ağır texnika cəlb edilib

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR

İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb

Rusiyada Ermənistandan idxal olunan daha 70 min butulka içkinin satışı dayandırılıb

ABŞ İrana qarşı əməliyyatlarda yerüstü raket arsenalının böyük hissəsini sərf edib

Sabahdan Samux, Şəmkir və Qazaxın bəzi ərazilərində qaz olmayacaq

Culfaya yeni icra başçısı təyin edilib

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Bütün xəbərlər