{category-title}

Metropoliten rəhbərliyinə növbəti sərt ittihamlar - FOTO

 

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı- qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş Nazim Abdullayev, maşinistlər Asif Rzayev və Fikrət Şıxaliyev növbəti dəfə “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. Şikayətçilərin sözlərinə görə, mətbuatda problemləri ilə bağlı məsələ qabardılsa da, hələ də metropolitendə vəziyyət düzəlməyib, əksinə, daha da pisləşib.

Onlar redaksiyamıza birgə müraciətlərində aşağıdakıları bildiriblər: “Nazirlər Kabinetinin 28 oktyabr 2010-cu il tarixli 189 saylı qərarının 2.1.2-ci bəndində, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, 2.2.8-ci bəndində isə qatarların həm hərəkət, həm də obyektlərin yanğın təhlükəsizliyinin təmin edilməsi göstərilib. Həmçinin ”Metropolitenin texniki istismar qaydaları" kitabının 18.36-cı bəndində, yolda hərəkət zamanı maşinistə yolun boşluğuna, yolayrıcı qurğuların vəziyyətinə, işarələrə nəzarət etməkdən və qatarı idarə etməkdən yayınmaq qadağan edilir. Bütün bunlara baxmayaraq, bu ilin aprel ayının 17-də Hərəkət qatarının istismar üzrə iş departamentinin rəisi Akif Əhmədov tərəfindən iş yerində (maşinist kabinəsində) yuxulama hallarını istisna etməkdən ötəri təlimatlar çatdırılıb. Təlimatda maşinistlərə bildirilir ki, hərəkət zamanı qatarların və sərnişinlərin təhlükəsizliyini bir kənara qoyub, idman hərəkətləri edin. Yəni maşinistlərə idarəetmədən yayınmaq tövsiyə edilir. Yəqin ki, bundan sonra maşinist peşəsinə qəbul İdman Akademiyasının məzunları arasında aparılacaq".

Metropoliten rəhbərliyinə növbəti sərt ittihamlar - FOTO
Şikayətçilər haqqında bəhs etdikləri təlimatın nüsxəsini redaksiyaya təqdim ediblər. Onlar daha sonra aşağıdakıları söyləyiblər: “25.09.2017-ci il tarixindən etibarən Zaur Hüseynovun əmri ilə maşinistləri yeni, çox ağır iş qrafikinə keçirildikdən sonra onlar bu əzablı qrafikə uyğunlaşa bilmirlər. Onlar maşinist kabinəsində yatır, stansiyaları qismən və ya dayanmadan keçirlər. Məsələn, aprelin 15-də 30 saylı marşrutun maşinisti Elçin Ağayev ”20 Yanvar" stansiyasını qismən keçib. Aprelin 16-da 39 saylı marşrutun maşinisti Vüsal Hacıyev “Ulduz” stansiyasını dayanmadan keçib. Aprelin 21-də 9 saylı marşrutun maşinisti Rəşad Baxşəliyev “Qara Qarayev”dən “Koroğlu” stansiyasına 5 vaqonun qapısını açıq qoyaraq gedib. Bu, olduqca təhlükəli bir məsələdir. Ay ərzində bu kimi hallar tez-tez baş verir. Halbuki əvvəlki illərdə nadir hallarda belə hadisə olardı. Metropoliten sahəsi üzrə “Təlimatçı maşinist” başlığında, təlimatçı maşinistlərin lokomotiv briqadaları ilə bilavasitə lokomotivlərdə, trenajorlarda işçi sxem və modellərdə texniki, nəzəri, əməli təlim keçmələri göstərilib. Metropolitenin Təlim-Tədris Mərkəzinin texniki kabinetində maşinistlər üçün vaqon kabinəsi trenajoru quraşdırılıb ki, bu da maşinistlərin biliklərinin artırılmasına deyil, onların qoruxudulmalarına, qərəzli imtahan edilmələrinə xidmət göstərir".
Metropoliten rəhbərliyinə növbəti sərt ittihamlar - FOTO

Şikayətçilər söyləyiblər ki, “Qatarların hərəkətinin təşkili və manevr işi” üzrə təlimatın 6.9-cu bəndində nasaz əyləcləri olan, nasaz qoşqu qurğularının xəttə buraxılması qadağan edilir: “Metropolitendə isə gecə işində motovozlarla daşınan yüklər heç bir təhlükəsizlik tədbirləri görülmədən daşınır. Yük platformalarının əksəriyyətində əyləc sistemi yoxdur. Dəfələrlə Zaur Hüseynova bu barədə məlumat verilməsinə, məktub çatdırılmağına baxmayaraq heç bir tədbir görülmür. Bu barədə də akt var da var” (şikayətçilər aktı təqdim etdilər- Ə.R).

Depolar üzrə İş Departamentinin akkumulyatorların təmiri sahəsində vəziyyət çox acınacaqlıdır. Zaur Hüseynovun dövründə alınan keyfiyyətsiz akkumulyator batareyalarının əksəriyyəti artıq sıradan çıxıb, xeyli hissəsində isə işləmə müddəti çoxdan başa çatıb. Keçmiş sovet respublikalarında çoxdan ömrünü başa vurmuş H-80 tipli akkumulyator batareyaları Bakı Metropolitenində hələ də işlənilir. Şikayətçilər akkumulyatorlarının vaxtı ötmüş vaqonların nömrələrini də redaksiyamıza təqdim ediblər.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-yə ittihamlarla bağlı sorğu göndərsək də müvafiq cavab ala bilmədik.

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər